Rəsmi Tehrandan ermənilərə daha bir güzəşt - Erməni maşınlarına giriş haqqı kəskin azaldıldı

img

21-01-2017 [15:15]


İranın Gömrük İdarəsi ermənistanlı turistlər üçün yeni güzəştlər tətbiq etməyə başlayıb.

Strateq.az xəbər verir ki, Ermənistanın Meğri sərhəd keçidindən İrana daxil olan Ermənistan dövlət nömrə nişanı olan nəqliyyat vasitələri üçün üç aylıq giriş haqqı 500 dollardan 90 dollara endirilib.

Yenilik İran prezidenti Həsən Ruhaninin Ermənistana son səfəri əsnasında iki ölkə arasındakı imzalanan gömrük razılaşmanın istiqamətində atılan ilk addımdır.

Xatırladaq ki, bu yaxınlarda İranın enerji naziri Həmid Çitçian Tehranda təşkil edilən İran-Ermənistan ortaq komissiya iclasının dəmiryolu sektoru, mülki aviasiya, kənd təsərrüfatı, heyvandarlıq, su, elektrik, dağ-mədən, neft, neft-kimya və turizm sahəsindəki əməkdaşlığın inkişaf etdirilməsinə önəm veriləcəyini də vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR