“Nefti ucuzlaşdırırlar ki, Rusiyanı SSRİ-nin gününə salsınlar” - Politoloq

img

13-01-2017 [17:19]


"Bu gün iri dövlətlər arasında faktiki müharibə gedir. Sadəcə olaraq ölkələr Yaxın Şərq, Donbas, Abxaziya, Dağlıq Qarabağ, Orta Asiya, İraq və digər bölgələrdə öz vasitələrindən istifadə edərək və inhisarlarında olan qurumlar vasitəsilə bu müharibəni aparırlar”.

Mia.az xəbər verir ki, bu sözləri BakiPost.az-a politoloq Arzu Nağıyev deyib.

O bildirib ki, milyonlarla qaçqınlar ordusu, şəhərlər, kəndlər, təsərrüfat subyektlərinin viran edilməsi, insanlara qarşı terror hadisələrinin olması sözügedən müharibənin sübutudur: "Məsələyə daha ciddi yanaşsaq, görərik ki, bu gün artıq NATO və Rusiya arasında soyuq müharibə başlayıb və bu proseslərin daha da vüsət alacağı gözlənilir. Bir-birini günahlandırmağa çalışan super güclər, hətta iqtisadi layihələrin qarşısını almaq üçün bütün vasitələrdən istifadə edirlər. Məsələn, Rusiya-Türkiyə qarşıdurması, Suriyada və İraqda terror təşkilatlarından istifadə edərək nüfuz bölgüsünün aparılmasını göstərmək olar”.

Arzu Nağıyev qeyd edib ki, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların əsas məqsədi, nəyin bahasına olursa olsun, Rusiyanı qaz və neft bazarından çıxarmaqdır: "Onlar neftin qiymətini ucuşlaşdıraraq SSRİ-ni necə məhv etmişdilərsə, həmin ssenarini oynamaq, dünya birjalarında Rusiyanı etibarsız biznes tərəfdaşı kimi qələmə vermək istəyirlər. NATO Qərbi Avropada öz kontingentini artırır, Rusiya da Donbasda möhkəmlənir, Orta Asiyada bazalarını möhkəmlətməyə çalışır.

KTMT yaradır ki, müharibə qorxusunu öz sərhədlərindən uzaqlaşdırsın. Belə bir vəziyyətdə gərginlik təbii ki, digər dövlətlərdə də artır”.

Politoloq vurğulayıb ki, bunlar hamısı güc nümayişindən başqa bir şey deyil: "Çünki səbəb və məqsəd məlumdur. Ona görə də dünya müharibəsinin başlanma ehtimalı da çox azdır”.

Qeyd dək ki, ABŞ Rusiya ilə sərhəddə ordu yığıb. Çin və Rusiya isə ABŞ-a qarşı birləşib. Bir çox ekspertlər iri dövlətlər arasında müharibənin başlayacağını proqnozlaşdırırlar.


Digər xəbərlər
SON XƏBƏRLƏR