Şriftin ölçüsü / 127 dəfə oxunub

"Siz regionda vacib ölkəsiz" - Con Kerri Gürcüstana qısamüddətli səfər edib

12 Yanvar 2017 [15:35]
ABŞ dövlət katibi Con Kerri Gürcüstana qısamüddətli səfər edib.
 
APA-nın "apsny.ge” saytına istinadən verdiyi məlumata görə, C. Kerrinin təyyarəsi Tiflis hava limanına enib.

 Burada o, Gürcüstan xarici işlər nazirinin 1-ci müavini David Zalkaliani ilə görüşüb. 

Görüşdə ABŞ-Gürcüstan əməkdaşlığı müzakirə edilib. 

C. Kerri Gürcüstanın regionda vacib ölkə olduğunu bildirib.
 
"Rusiya Gürcüstana, qondarma Cənubi Osetiya və Abxaziyaya hərbi müdaxilə edərkən buna qarşı heç nə edilmədi, sanksiyalar tətbiq olunmadı" - Bu sözləri isə ABŞ dövlət katibi Vaşinqtondakı Sülh İnstitutunda keçirilən konfransda çıxışında deyib. 

O, Corc Buş administrasiyasının Rusiya-Gürcüstan müharibəsinə aktiv reaksiya vermədiyini söyləyib: "Mən istəməzdim kimsə düşünsün ki, kimisə tənqid edirəm. Biz hakimiyyətə gələndə Ukrayna münaqişəsi başladı və biz Avropa ilə birlikdə Rusiyaya qarşı sanksiyalar tətbiq etdik. Biz açıq şəkildə bildirdik ki, Rusiya Ukraynaya hərbi müdaxiləyə görə cavab verəcək. Avropada bəziləri sanksiyaları dayandırmaq istəyir, lakin biz sanksiyaları qüvvədə saxlayırıq”.
 
 Xatırladaq ki, C. Kerri ötən ilin iyulunda Gürcüstanda səfərdə olub. 


SON XƏBƏRLƏR