Şriftin ölçüsü / 80 dəfə oxunub

Azərbaycanın Perudakı müvəqqəti işlər vəkili konqres sədri ilə görüşüb - Müzakirə (FOTO)

11 Yanvar 2017 [20:44]
Azərbaycan Respublikasının Peru Respublikasındakı müvəqqəti işlər vəkili Mehdi Məmmədov Peru Respublikasının yeni seçilmiş konqresinin sədri Luz Salqado Rubianeslə görüş keçirib. 

Azərbaycan Respublikasının Perudakı Nümayəndəliyindən Mia.az-a daxil olan məlumata görə, görüş zamanı M.Məmmadov konqres sədrini yeni vəzifəyə seçilməsi münasibətilə təbrik edərək,  gələcək iş fəaliyyətində uğurlar arzulayıb.

M.Məmmədov həmsöhbətinə Azərbaycanın tarixi, yerləşdiyi region, ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar və digər ölkələrlə münasibətləri haqqında ətraflı məlumat verib. 

Görüşdə Azərbaycan və Peru arasında siyasi, təhsil, mədəniyyət və iqtisadi sahədə əməkdaşlıq perspektivləri müzakirə edilib.

Konqres sədri görüşdə Azərbaycanın Peruda diplomatik nümayəndəliyinin fəaliyyət göstərməsindən, həmçinin Peru hökumətinin yaxın zamanlarda Azərbaycanda Perunun diplomatik nümayəndəliyini açmaq niyyətində olduğundan, hər iki parlamentdə dostluq qruplarının fəaliyyət göstərməsindən bəhs edib.

Qeyd edək ki, 10 iyun 2013-cü il tarixində Peru Konqresində Xocalı soyqırımı və Ermənistanın Azərbaycana qarşı təcavüzündən bəhs edən Qətnamə qəbul edilmişdir. Qətnamədə Ermənistanın Azərbaycana qarşı işğalçı və təcavüzkar siyasəti pislənmiş, Xocalıda baş verən hadisələr soyqırım kimi qiymətləndirilmişdir.



SON XƏBƏRLƏR