10-01-2017 [18:31]
Prezident İlham Əliyev Dövlət Neft Fondunun 2017-ci il büdcəsi haqqında fərman imzalayıb.
Mia.az xəbər verir ki, Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsini formalaşdırmaq və Fondun valyuta vəsaitinin səmərəli idarə edilməsini təmin etmək məqsədilə aşağıdakı qərar verilib:
1. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsinin gəlirləri 8 370 589,8 min manat, xərcləri isə 14 483 856,0 min manat məbləğində təsdiq edilsin.
2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsinin gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:
Sıra №-si | Gəlir mənbələri | Gəlirlərin məbləği (min manat) |
2.1. | Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər (karbohidrogenlərin nəql edilməsi üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta xərcləri çıxılmaq şərtilə, habelə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərmayəçiləri, payçısı və ya tərəfdaşı olduğu layihələrdə onun sərmayəsinə və ya iştirak payına düşən gəlirlər istisna olmaqla) | 7 550 705,3 |
2.2. | Karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar sərmayəçilər tərəfindən müqavilə sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər | 3 465,0 |
2.3. | Neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər | 16 830,0 |
2.4. | Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər | 799 094,6 |
2.5. | Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı sərmayəçilər tərəfindən ödənilən bonuslar | 495,0 |
| Cəmi | 8 370 589,9 |
3. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsinin xərcləri aşağıdakı məqsədlərə yönəldilir:
Sıra №-si | Xərc istiqamətləri | Xərclərin məbləği (min manat) |
3.1. | Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi tədbirlərin maliyyələşdirilməsi | 90 000,0 |
3.2. | Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinə transfertin yuxarı həddi | 6 100 000,0 |
3.3. | Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankına transfertin yuxarı həddi | 7 500 000,0 |
3.4. | Samur-Abşeron suvarma sisteminin yenidən qurulması layihəsinin maliyyələşdirilməsi | 70 000,0 |
3.5. | Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsi | 165 825,0 |
3.6. | "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsi | 29 304,0 |
3.7. | Cənub Qaz Dəhlizi layihələrində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi | 496 155,0 |
3.8. | Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər | 32 572,0 |
| Cəmi | 14 483 856,0 |
4. "Azərbaycan Respublikasının Dövlət Neft Fondunun 2017-ci ildə idarə edilməsi ilə bağlı xərclər smetası” təsdiq edilsin (əlavə olunur).
Prezident Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qalatasaray" 3 xalı 3 qolla qazandı
Nazir xidməti maşınında qəzaya düşüb
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerlə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR
SƏRHƏDLƏR DƏQİQLƏŞDİRİLiR: nəzərdə tutulan işlərin 35 faizi görülüb
ƏƏSMN-in strukturunda müdir dəyişikliyi olub - Regional idarələrdə kimlərə vəzifələr verilib?
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib
Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı - VİDEO, FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ: "Beləliklə, biz çox məsuliyyətlə davrandıq və..." - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib
Penitensiar Xidmətin sabiq rəisinin ifadəsi yayılıb
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub
CHP-dən "Ərdoğanla görüşməyin" deyən Kamal Kılıçdaroğluna cavab verildi: "Gələcəyə yumruq sıxaraq gedəmmərik"
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan çıxarılır - İngilis alimləri mühüm kəşfə imza atır
"Kəpəz hospital"da əməliyyat olunan uşaq ölüb
Bəkir Orucov: "Mən arxası, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım"
“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək
Sabahın hava proqnozu açıqlandı
Şolts: "Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq"
XİN sözçüsündən Avropa Parlamentinin qətnaməsinə reaksiya: "Bu, açıq siyasi sifarişindən başqa bir şey deyil"
Sensasion olay: partiya fəalı şantaj üçün özünü yerə atdı və... - Ancaq telefon çəkilişi iyrənc niyyəti deşifrə edib (VİDEO, FOTOLAR)
Şirvanda əməliyyat: saxlanılanlar var - FOTO
Nəsimi rayonunda akademik Zərifə Əliyevaya həsr olunmuş adlı tədbir keçirilib - FOTOLAR
“Neftçi”nin şikayətinə "yox" deyildi
Kılıçdaroğlu CHP sədrinə "təpindi": "Sarayla müzakirə deyil, mübarizə apararlar" - "Ərdoğanın qərarlarına ortaq olma"
"MOSSAD HƏMAS LİDERLƏRİNİ ÖLDÜRMƏLİ, QƏZZA İSƏ YOX EDİLMƏLİDİR" - İsrailli nazir hökumətə səsləndi
Azərbaycan hökuməti Qorxmaz İbrahimliyə cərimə ödəyəcək - Qərar