Abbas Abbasovla bağlı müraciət: "Onu destruktiv qüvvələrin hücumlarından qoruyun"
SİYASƏT
13.04.2015, 14:18
Dağıstan Respublikasının əməkdar mədəniyyət işçisi, "Gülüstan” Beynəlxalq Ədəbiyyatçılar İttifaqının prezidenti, Azərbaycan və Rusiya Yazıçılar birliklərinin üzvü Tahir Saleh Dərbənddə yaşayan azərbaycanlılar adından müraciət yayıb.
Tahir Salehin müraciətində Dağıstanda yaşayan azərbaycanlıların problemlərindən və bu problemlərə "AzerRos”un Ağsaqqallar Şurasının sədri Abbas Abbasovun münasibətindən bəhs olunur.
Tahir Saleh müraciətində aşağıdakıları bildirib: "Mən Azərbaycan Respublikasının Quba rayonunda anadan olmuşam. Hərbi xidmətdən sonra Dərbəndə köçmüşəm. Artıq 45 ildir ki, Dərbənddə yaşayıram. Şəhətdə fərqli zamanlar olub: bəzi vaxtlar azərbaycanlılar Dərbənddə rahat yaşayırdılar, bəzən isə situasiya tam rahat deyildi. Problemlər həmişə var idi. Onu deyə bilərəm ki, bizim vəziyyətimiz Azərbaycandakı soydaşlarımızın vəziyyətindən pis olması ilə seçilib.
Təəssüf ki, son illərdə bır sıra amillərdən dolayı öz öz doğma yurdumuzda daha çox yad adamlara çevrilirik. Əslində problemlər həddən artıq çoxdur. Biz, azərbaycanlılar işə düzəlməkdə, təhsildə, biznesdə və digər sferalarda milli zəmində ayrı-seçkiliyə məruz qalmağımızın şahidi oluruq. Həmyerlilərimiz üçün burada yaşamaq ildən-ilə çətinləşir. Təbii ki, bununla barışmırıq və yardım üçün çoxsaylı instansiyalara müraciət edirik. Amma təəssüf ki, heç kəs problemlərimizə diqqət yetirmir. Dərbənd azərbaycanlılarının bəziləri ümidsizliyə qapılaraq şəhəri tərk edirlər. Azərbaycanlıların şəhərdən sıxışdırılmasına tərəfdar olan şəxslər müxtəlif yollara baş vururlar. Belə faktlardan biri şair Nizami Gəncəvinin Dərbənddəki abidəsinin təhqir olunmasıdır.
Biz hamımız bu vandalizm aktından özümüzü alçalmış hiss elədik və mən Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti "AzerRos”a müraciət etmək qərarına gəldim. Dərhal da cavab aldım. "AzerRos”un Ağsaqqallar Şurasının sədri Abbas Abbasov bizimlə əlaqə yaradaraq lazımi tədbirlər görəcəyinə söz verdi. Növbəti gün Dağıstanın dövlət başçısı insidenti şəxsi nəzarətinə götürdü. Yerli hakimiyyət xüsusi komissiya yaratdı və abidəni lazımi görünüşə gətirdi.
Bu hadisə artıq heç kəsdən kömək ummayan azərbaycanlılar üçün xoş xəbər oldu. 2 ay sonra isə "AzerRos”un yeni prezidenti xanım Mehriban Sadıqova Dərbəndə gəldi. O, asğsaqqallarla və fəallarla görüşdü, problemlərimizlə maraqlandı.
Mehriban Sadıqova Dərbənd rəhbərliyi ilə dəyirmi masa keçirdi və bizim səsimizi nəhayət ki, yuxarılara duyurdu. Kimlər üçünsə bu hadisələr əhəmiyyətsiz görünsə də, illərlə diqqət və yardım gözləyən Dərbənd azərbaycanlıları üçün bu, gələcəkdəki müsbət dəyişikliklər üçün pozitiv siqnal oldu. Deməli biz atılmamışıq və problemlərimizlə məşğul olan insanlar, təşkilatlar hələ də var.
Amma bizi "AzerRos” və özümüzə dayaq bildiyimiz ağsaqqalımız Abbas Abbasova qarşı təşkil edilən son hücumlar narahat edir.
Biz bütün sağlam düşüncəli azərbaycanlılara müraciət edirik! Əgər 200 min Dərbənd azərbaycanlısının taleyi sizin üçün əhəmiyyətlidirsə, onu destruktiv qüvvələrin hücumlarından qoruyun.
Biz sizin həmrəyliyinizə çox ümid edirik!”.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Türkiyə və İran XİN başçıları müzakirə aparıb
Bugün, 19:02 DÜNYA
-
Fələstinin erməni əsilli XİN başçısı Bakıya gəlir
Bugün, 18:59 GÜNDƏM
-
İki tələbə imtahana süni intellektlə işləyən eynəklərlə girib
Bugün, 18:07 DÜNYA
-
DEPUTATLAR BU TARİXDƏ TOPLANACAQ - Hansı qanunlar dəyişir? (SİYAHI)
Bugün, 18:00 GÜNDƏM
-
Şeyx son gərginlikdən danışdı: "Amma kiminsə gözü bunu götürmür, görmür və görmək istəmirsə..."
Bugün, 17:48 SİYASƏT
-
Qara dənizdə azərbaycanlıların olduğu iki gəmiyə hücum oldu - Rəsmi Bakıdan bəyanat
Bugün, 17:33 GÜNDƏM
-
Milli Məclis bəyanat yaydı: "Təəssüflə qeyd etmək istəyirik ki, AK Parti iqtidarı..."
Bugün, 17:32 SİYASƏT
-
Qırğızıstan və Özbəkistan prezidentləri sabah Azərbaycana gəlir
Bugün, 17:30 GÜNDƏM
-
Tedesco türk klubunun tıklifinə "yox" dedi
Bugün, 17:23 İDMAN
-
Serenay Sarıkayaya milyon dollarlıq təklif gəlib
Bugün, 17:17 ŞOU-BİZNES
-
Azərbaycan və Laos prezidentləri görüşdü, birgə bəyanat verildi, yeni sənədlər imzalandı - FOTOLAR (YENİLƏNİB)
Bugün, 17:09 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Azərbaycanla Kamboca arasında hərbi əməkdaşlıq perspektivləri müzakirə olunub
Bugün, 16:47 GÜNDƏM
-
YAP İdarə Heyəti yeni heyətlə toplanır
Bugün, 16:18 SİYASƏT
-
Veysəloğlu Şirkətlər Qrupunun dörd əməkdaşının övladı Prezident təqaüdünə layiq görülüblər
Bugün, 16:16 CƏMİYYƏT
-
Məktəbə daş atıldı, iki şagird xəsarət aldı - TƏBİB-dən açıqlama
Bugün, 16:08 CƏMİYYƏT
-
Səbuhi Abbasov ATƏT-ə çağırış etdi: "Qərbi Azərbaycan İcması ilə Ermənistan arasında dialoqa başlanmalıdır" + VİDEO
Bugün, 16:02 SİYASƏT
-
BU VİDEO TREND OLDU: səliqəli məktəbli geyimi, xorla oxunan himnimiz... - VİDEO
Bugün, 15:53 GÜNDƏM
-
Məktəb direktorunun maşınını yandıran həbs edildi - VİDEO
Bugün, 15:35 GÜNDƏM
-
Özgür Özel onu satan və Ərdoğanın partiyasına keçən Cəmil Tuqaya "namussuz" dedi: "Kaş ki, əlim qırılaydı..."
Bugün, 15:15 SİYASƏT
-
"İran və Türkiyədən gələn dalğa Azərbaycanın milli təhlükəsizliyini təhdid edir..." - TƏHLİL
Bugün, 14:48 SİYASƏT
-
XİN Səudiyyə Ərəbistanına başsağlığı verdi
Bugün, 14:25 SİYASƏT
-
İrandan Azərbaycana 124 kq narkotik keçirmək istəyiblər
Bugün, 14:25 KRİMİNAL
-
Laos Prezidenti Fəxri xiyabanı ziyarət edib - FOTOLAR
Bugün, 14:18 GÜNDƏM
-
Yasamalda məktəbdə yanğın törətmək istəyən 10 və 11-ci sinif şagirdləri.. - Onlar saxlanıldı
Bugün, 14:13 GÜNDƏM
-
İlham Əliyevin adından Laos Prezidentinin şərəfinə rəsmi nahar verilib - FOTOLAR
Bugün, 13:58 GÜNDƏM
-
YAP BƏYANAT YAYDI, AKP İQTİDARINA ÇAĞIRIŞ ETDİ: "Bu zərərli siyasətdən çəkinin!" - "Türkiyə Prezidentin baş müşaviri, millət vəkilləri... - "Bu, Türkiyə cəmiyyətində qütbləşməni dərinləşdirir"
Bugün, 13:48 SİYASƏT
-
26 yaşlı bloger edam cəzası təhlükəsiylə üz-üzə - Proses təxirə salındı + FOTOLAR
Bugün, 13:32 KRİMİNAL
-
ADSEA-ya yeni səlahiyyət verildi - Hökumətdən qərar verildi
Bugün, 13:17 İQTİSADİYYAT
-
Vahid büdcə təsnifatı yenilənib
Bugün, 13:06 İQTİSADİYYAT
-
Baxçalı Ərdoğanın qarşısına tələb qoydu: "Husilərə qarşı hərəkət etməliyik, Səudiyyə Ərəbistanına hər cür hərbi dəstək verilməlidir"
Bugün, 12:56 SİYASƏT
-
Sabiq deputat: "BANM- ın 35 Prezident təqaüdçüsü, ADNSU-nun “sıfır"" - "Sövdələşmə ilə reytinqlərdə “önə çıxmaq” artıq yerimir"
Bugün, 12:35 CƏMİYYƏT
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:33 CƏMİYYƏT
-
"Texniki tənzimləmə haqqında" qanuna dəyişir
Bugün, 12:31 İQTİSADİYYAT