BAKIDA QADIN MÜƏLLİMİ GÜLLƏLƏYƏN ŞAGİRD HƏBS EDİLDİ - Atası məmur imiş (YENİLƏNİB)
KRİMİNAL
07.02.2026, 16:05
Fevralın 6-da Bakıda İdrak Liseyində silahlı insident baş verib.
Mia.az Unikal-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisindəki liseydə qeydə alınıb.
Bildirilib ki, 10-cu sinif şagirdi müəllimə silahdan atəş açıb.
Dərhal xəstəxanaya çatdırılan müəllimin vəziyyətinin ağır olduğu bildirilir.
***
Liseyin rəhbəri Mönsüm Alışov “Unikal”a açıqlamasında hadisənin ehtiyatsızlıqdan baş verdiyini deyib:
“Şagird ov tüfəngini liseyə məktəb çantasında gətirib. Hadisə ehtiyatsızlıqdan baş verib”, – deyə o əlavə edib.
***
Fevralın 6-da saat 09 radələrində Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyinin qarşısında 10-cu sinif şagirdi Ə.Ş. insident törədib.
Bu barədə DİN məlumat yayıb.
Məlumata görə, o, atasına məxsus ov silahı ilə məktəbə gələrək orada müəllimə işləyən Ş.K-ya xəsarət yetirib. Polis əməkdaşları tərəfindən Ə.Ş saxlanılıb. Ondan ov silahı götürülüb.
Faktla bağlı araşdırma aparılır.
***
"İdrak" liseyində şagirdin müəlliməsini güllələməsinin bəzi təfərrüatları məlum olub.
Şahidlərin məlumatına əsasən, hadisə tənəffüs zamanı baş verib.
Bildirilib ki, güllə müəllimənin boyun nahiyəsinə dəyib.
Qeyd olunub ki, hazırda dərslər təxirə salınıb, valideynlər uşaqlarını məktəbdən götürürlər.
"Report"un əldə etdiyi məlumata əsasən, güllə atan şagirdin atası Şirinov Samir əvvələr Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyində rəis müavini vəzifəsində işləyib, hazırda işsizdir.
***
“İdrak” liseyində 10-cu sinif şagirdi tərəfindən güllələnən müəllimin kimliyi açıqlanıb.
Mia.azxəbər verir ki, güllələnən müəllimə 1997-ci il təvəllüdlü Şəhla Fəqani qızı Kamilovadır.
O, 2014-cü ildə Xətai rayonunda yerləşən 260 saylı məktəbi yüksək nəticələrlə bitirib. Ş.Kamilova həmin il BDU-ya universitetə daxil olub və kompyüter elmləri ixtisası üzrə ali təhsil alıb.
***
"Binəqədi rayonu İdrak liseyində fevralın 6-da şagirdin güllələdiyi müəllimin vəziyyəti orta ağırdır".
Mia.az xəbər verir ki, bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin və Kliniki Tibbi Mərkəzi məlumat yayıb.
Məlumatda deyilir ki, 06.02.2026-ci il tarixində saat 09:10 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə n çağırış qeydə alınıb: "Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 1997-ci il təvəllüdlü şəxs (qadın) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Odlu silahdan açılan atəşlə zədələnmə diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib, müvafiq laborator və instrumental müayinələr aparılıb. Hazırda onun müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır".
***
Bu gün Bakıdakı “İdrak” liseyindən təcili tibbi yardım briqadası vasitəsilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 1997-ci il təvəllüdlü şəxs (qadın) üzərində boyun nahiyəsində yad cismin xaric edilməsi əməliyyatı uğurla icra olunub.
Bu barədə Kliniki Tibbi Mərkəzdən məlumat verilib.
Bildirilib ki, aparılmış diaqnostik radioloji müayinələrdən sonra boyun nahiyəsində çoxsaylı yad cisimlər aşkar olunub. Xəstə dərhal cərrahi əməliyyata qəbul olunub, əməliyyat fəsadsız başa çatıb.
Hazırda pasiyentin müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. Həyatı üçün təhlükə yoxdur.
***
Bakıda şagirdin güllələdiyi müəllimə palataya köçürülüb.
Bu barədə Kliniki Tibbi Mərkəzdən (KTM) məlumat verilib.
Qeyd olunub ki, 1997-ci il təvəllüdlü qadın KTM-in Reanimasiya şöbəsindən Neyrocərrahiyyə şöbəsinə köçürülüb.
Hazırda pasiyentin müalicəsi palata şəraitində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.
***
Bakıda müəlliməni güllələyən şagird 4 ay müddətə həbs olunub.
Mia.az xəbər verir ki, bu barədə Binəqədi Rayon Məhkəməsində qərar verilib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb
Bugün, 11:26 KRİMİNAL
-
"Media təkcə informasiya məkanı deyil, eyni zamanda..." - Daha bir deputat mediaya vəsaitin artırılma məsələsini qaldırdı
Bugün, 11:18 SİYASƏT
-
Türkiyəli aktrisa Fransada ev aldı: "Ölkəmdən getmək niyyətində də deyiləm"
Bugün, 11:14 MƏDƏNİYYƏT
-
YAXIN ŞƏRQİN GƏLƏCƏYİNİ DƏYİŞƏCƏK YENİ PLAN HAZIRLANIR - "Heç bir ölkənin iki ordusu ola bilməz"
Bugün, 11:06 DÜNYA
-
"Sözcü TV" və "Sözcü" qəzetinin binasında əməliyyat: "Kölgə adam"ın oğlu nədə ittiham olunur?
Bugün, 10:55 PRESS
-
"Azərbaycan futbolu “istedadlı dələduzlar”ın inhisarındadır" - Natiq Muxtarlı yazır
Bugün, 10:28 YAZARLAR
-
2027-ci ilin "Qremmi Mükafatları"na namizədlər - SİYAHI
Bugün, 10:20 MƏDƏNİYYƏT
-
Təcili Tibbi Yardım Mərkəzində "intriqa" iddiaları: Şöbə müdiri istefa verdi, digərləri də gedir
Bugün, 10:17 CƏMİYYƏT
-
Azərbaycanda siqaret yenə bahalaşacaq
Bugün, 10:08 İQTİSADİYYAT
-
Azərbaycan neftinin qyməti 98 dollara endi
Bugün, 10:03 İQTİSADİYYAT
-
Zakir Həsənov hərbçilərə ali rütbələri təqdim edib -FOTOLAR
Bugün, 10:00 GÜNDƏM
-
Xocavənd, Cəbrayıl və Zəngilanın kəndlərinə köç olub
Bugün, 09:29 GÜNDƏM
-
"AZƏRİQAZ"ın DAHA BİR İDARƏSİ TAMAMİLƏ LƏĞV OLUNUR - Yanvarın 1-dən...
Bugün, 09:21 CƏMİYYƏT
-
Vaxtilə Türkiyə klubunda top qovan futbolçu Almaniya liderliyinə namizəd oldu - Bertold prezident ola biləcəkmi?
Bugün, 09:12 GÜNDƏM
-
Bülent Arınç Ərdoğandan vəzifə istədi
Bugün, 09:03 SİYASƏT
-
Türkiyədə deputatın daha 9 yaxını saxlanıldı - Aralarında millinin keçmiş oyunçu da var
Bugün, 00:16 SİYASƏT
-
Tomas Frank "Kristal Palas"ın baş məşqçisi oldu
Bugün, 00:09 İDMAN
-
Ermənistan dövlət televiziyasında əlbəyaxa dava - Jurnalistlə politoloq canlı yayımda bir-birlərini yumruqladı
Bugün, 00:04 PRESS
-
Lukaku Belçika yığması ilə vidalaşdı - AÇIQLAMA
Bugün, 00:03 İDMAN
-
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Bugün, 00:01 GÜNDƏM
-
Hikmət Hacıyev Avropa İttifaqının rəsmisi ilə müzakirə aparıb
16.11.2026, 23:14 SİYASƏT
-
Bakıxanovdakı "Gülüstan parkı"nda yüzlərlə ağac quruyub, ərazi isə zibilliyə çevrilib - VİDEO
16.11.2026, 22:33 CƏMİYYƏT
-
Leyla Əliyeva Qaraçuxur İdman Zalının açılışında iştirak edib
16.11.2026, 22:28 İDMAN
-
Terminallarda 500 AZN-dən artıq məbləğdə pul köçürməsinə yeni qadağalar gəldi - Nələr etməlisiniz?
16.11.2026, 21:44 İQTİSADİYYAT
-
İmran Xan ölümlə üz-üzə qalıb: "Hər gün 22 saat "kars"da saxlanılıram, gec olmadan ədalət istəyirəm"
16.11.2026, 21:02 DÜNYA
-
İstanbulda bələdiyyə sədr əvəzi CHP-dən istefa verdi
16.11.2026, 20:46 SİYASƏT
-
Azərbaycan Radiosunun 100, AzTV-nin isə 70 illik yubileyi... - “Yubiley gecəsi” konsert proqramı təşkil olunub + FOTOLAR
16.11.2026, 20:37 MƏDƏNİYYƏT
-
ABŞ və Rusiya prezidentlərinin görüşünə hazırlıq gedir
16.11.2026, 19:03 GÜNDƏM
-
BAKI MERİYASI YENİDƏN FORMALAŞDI: Zülfəli İsmayılov, Rəşad Ağayev, Elmin İmanov, Anar Tağıyev... - Onlar haqda hansı qərarlar verildi?
16.11.2026, 18:19 CƏMİYYƏT
-
Ceyhun Bayramov Böyük Britaniya XİN başçısı ilə telefonda danışdı - Nələr müzakirə edilib?
16.11.2026, 18:19 SİYASƏT
-
Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib
16.11.2026, 17:56 İQTİSADİYYAT
-
Qonaq qarşılanması, hədiyyə alınması üçün açılan 651 min manatlıq kart, icarəyə verilən texnikalar... - “Azenco” ilə bağlı sensasion məhkəmə işi davam edir
16.11.2026, 17:55 KRİMİNAL
-
Ordunun intellektual bölmələrində yeni seçim meyarları müəyyənləşdi -SİYAHI
16.11.2026, 17:27 CƏMİYYƏT
-
Deputat: "Rayonlar arasında ədalət prinsipi pozulub, qazlaşdırılmayan 900 kəndin 101-i təkcə Lerik rayonunun payına düşür"
16.11.2026, 17:14 CƏMİYYƏT