Xəzər Universitetinin nümayəndə heyəti Ankaraya işgüzar səfər edib - Çoxsaylı görüş və razılaşmalar olub (FOTOLAR)
CƏMİYYƏT
13.01.2026, 09:12
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı və İctimai Əlaqələr və Media üzrə direktor Əlövsət Əmirbəyli 2026-cı il yanvarın 6-8-də Ankarada işgüzar səfərdə olublar.
Mia.az xəbər verir ki, ilk görüş yanvarın 6-da Ankara Müzik ve Güzel Sanatlar Universitetində rektor professor Erhan Özdenlə keçirilib.
H.İsaxanlı və E.Özden iki qardaş ölkənin universitetləri arasında əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıblar. Daha sonra isə Xəzər Universiteti ilə Ankara Müzik ve Güzel Sanatlar Universiteti arasında anlaşma protokolu imzalanıb.
Yanvarın 6-da nümayəndə heyəti TÜRKSOY Başqan yardımçısı Sait Yusufla görüşüb. S.Yusuf qonaqlara təşkilat haqqında və gələcək planlarından danışıb.
Ankara Sosyal Bilimler Universitetinin (ASBU) rektoru, professor Musa Arıcan yanvarın 6-da Xəzər Universitetindən gələn qonaqları səmimi qarşılayaraq, universitet haqqında geniş məlumat verib və iki universitet arasında anlaşma protokolu imzalanıb.
Görüşdə Azərbaycanın Türkiyədəki səfirliyinin Təhsil müşaviri dosent Nəcibə Nəsibova, TÜRKSOY Dairə başqanı Dr. Barış Cavid Mövsümlü, Yentek Taşdemir Model Tasarım-ın Baş müdiri Ali Taşdemir və universitet rəhbərliyi iştirak ediblər.
M. Arıcan qonaqları ASBÜ ilə tanış edib və ziyafət verilib.
Yanvarın 7-də nümayəndə heyəti Türkiye Cumhuriyeti Anayasa Məhkəməsinin başqanı Kadir Özkaya və Məhkəmənin üzvü Yılmaz Akçil`lə görüşüb. Dosent Nəcibə Nəsibovanın iştirakı ilə keçən görüşdə Kadir Özkaya qonaqlara Anayasa Məhkəməsi haqqında ətraflı məlumat verib.
Hamlet İsaxanlı isə Xəzər Universitetinin son illərdə əldə etdiyi nailiyyətlər haqqında danışıb və Kadir Özkayanı Bakıya, Xəzər Universitetinə dəvət edib.
Qonaqlar Məhkəmənin tarixi muzeyi ilə tanış olublar.
Xəzər Universitetinin nümayəndə heyəti yanvarın 7-də Hacettepe Unuversitetinin rektoru professor Mehmet Cahit Güran tərəfindən qəbul edilib. Hamlet İsaxanlı Xəzər Universitetinin nailiyyətləri haqqında geniş söz açıb. daha sonra gələcək illərdə iki universitet arasında əməkdaşlıqla bağlı razılıq əldə edllib. Professor Mehmet Güran geniş əlaqələrin qurulmasının zəruriliyini vurğulayıb.
Yanvarın 8-də nümayəndə heyəti Qazi Universitetinin rektoru Prof. Uğur Ünal`la görüşdü. Görüş zamanı Hamlet İsaxanlı Qazi Universiteti ilə olan əməkdaşlıqdan məmnun olduğunu bildirdi və gələcəkdə daha çox işlərin görüləcəyini qeyd etdi.
Ü. Ünal da Xəzər Universiteti ilə əməkdaşlığı yüksək qiymətləndirdi və H.İsaxanlıya yeni kitablarini hədiyyə verdi. Görüşdə Dos. Nəcibə Nəsibova iştirak etdi.
.Yanvarın 8-də nümayəndə heyəti Ankara Universitetsinin rektoru Prof. Necdat Ünivar`ın dəvəti ilə üniversitetin qonağı oldu. Qonaqları səmimi qarşılayan Necdat Ünivar universitet haqqında geniş məlumat verdi. Hamlet İsaxanlı dəvət üçün rektor Necdat Ünivara dərin təşəkkürnü bildirdi. Görüş zamanı iki universitet arasında bundan sonra da əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulandı. Görüşdə Dos. Nəcibə Nəsibova iştirak etdi.
Rektor tərəfindən qonaqların şərəfinə ziyafət verildi. Ziyafətdə Ankara Universitetnin prorektorları – Prof. Gülnur Göllü Bahadır, Prof. Hatice Bakkaloğlu və Əczaçılıq fakültəsinin professoru Tansel Çomoğlu və digər şəxslər iştirak etdilər.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri Prof.Akad. Hamlet İsaxanlı və İctimai Əlaqələr və Media üzrə Direktor Əlövsət Əmirbəyli yanvarın 8-də Orta Doğu Teknik Universitetinin rektoru Prof. Ahmet Yozgatlıgil`in qonağı oldular. Qonaqları səmimi qarşılayan Ahmet Yozgatlıgil universitet haqqında geniş məlumat verdi. Hamlet İsaxanlı rektor Ahmet Yozgatlıgilə dərin təşəkkürünü bildirdi. İki universitet arasında bundan sonra da əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulandı.
Görüşdə Dos. Nəcibə Nəsibova iştirak etdi.
Ankarada keçirilən görüşlərdə hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkilib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Ermənistanda saxlanılan Azərbaycan hərbçisi barədə qərar çıxarıldı
Bugün, 17:07 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Dərsliklərdə plagiat mətnlərlə bağlı iddialara cavab verildi
Bugün, 16:47 CƏMİYYƏT
-
"Sərdar gözünün içinə qədər yalan deyir, Siyavuş da bilir!" - Sabir Rüstəmxanlı
Bugün, 16:31 SİYASƏT
-
Türkiyə Mərkəzi Banknın valyuta və qızıl ehtiyatı kəskin azaldı - Son bir həftədə
Bugün, 16:24 İQTİSADİYYAT
-
İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Səfirlikdən açıqlama
Bugün, 16:05 GÜNDƏM
-
Daha bir tiktoker saxlanıldı
Bugün, 15:51 KRİMİNAL
-
Bu kəndlərə köçənlərə 25 min avro veriləcək
Bugün, 15:29 DÜNYA
-
İslandiyada balıqçı gəmisi batdı: üç dənizçi öldü, 14 nəfər xilas edildi
Bugün, 15:25 DÜNYA
-
Rusiya MN: "Kiyevdəki hərbi sənaye obyektlərinə zərbələr endirdik"
Bugün, 15:21 GÜNDƏM
-
"Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit" vədi ilə dələduzluq...
Bugün, 15:14 KRİMİNAL
-
"Haysiyet" serialı finala çıxır, yerinə isə...
Bugün, 15:07 MƏDƏNİYYƏT
-
SOCAR ilə "Schneider Electric" şirkəti arasında Anlaşma Memorandumu imzalanıb
Bugün, 15:00 İQTİSADİYYAT
-
İraq və onun 12 il sonra Avropaya çıxarılan nefti: Bağdad nəyi planlayır? - Türkiyənin reaksiyası necə olacaq?
Bugün, 14:57 DÜNYA
-
Bağça müəllimləri üçün sertifikasiya imtahanının tarixi dəyişib
Bugün, 14:48 CƏMİYYƏT
-
Deniz Çakırın ifadəsi yayıldı: "Narkotik satan bir kimsəni tanımıram"
Bugün, 14:29 MƏDƏNİYYƏT
-
BİR MİLYONLUQ QALMAQAL - Şirkət rəhbəri həbs olundu
Bugün, 14:22 KRİMİNAL
-
MƏŞHUR HÜQUQŞÜNASA HÖKM OXUNDU - Namizəd Səfərovla bağlı qərar verildi
Bugün, 14:03 SİYASƏT
-
Ukraynaya verilən F-16-lar... - ABŞ texniki xərcləri Avropaya yüklədi
Bugün, 14:03 DÜNYA
-
Vilayət Eyvazov Masallıda qəbul keçirəcək
Bugün, 13:49 CƏMİYYƏT
-
Paşinyan Rusiya hərbçilərini ölkədən çıxarır - "Yeni Konstitusiya layihəsi Venesiya Komissiyasına göndəriləcək" (Yenilənib)
Bugün, 13:48 SİYASƏT
-
Türk "tiktoker"dən İYRƏNC ETİRAF: "İndi "TikTok"dan pul qazandıram deyə atam və anam mənə mini yubka alır, onları da tərbiyə elədim..." - FOTOLAR
Bugün, 13:21 PRESS
-
Xalq artisti Elmira Şabanova dəfn olunub (Yenilənib)
Bugün, 13:10 MƏDƏNİYYƏT
-
Əməkdar artist Firuzə İbadovanın səhhəti barədə - AÇIQLAMA
Bugün, 13:05 CƏMİYYƏT
-
"Məleykə xanıma əlimizdən gələn köməkliyi edəcəyik” - Misir Mərdanov DU-nun yeni rektorundan danışdı
Bugün, 12:45 CƏMİYYƏT
-
Azərbaycanlı QHT rəhbərləri Ermənistanda: yeni görüş + FOTOLAR (YENİLƏNİB)
Bugün, 12:28 GÜNDƏM
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:15 CƏMİYYƏT
-
Dövlət Baxçalının müavini açılışda pərt edildi: "Ona de, salamını "Apo"ya göndərsin" - "Sənə
Bugün, 12:09 SİYASƏT
-
XİN başçısı: "Vilnüs Bakı ilə dialoqu layihələrə və investisiyalara çevirməyə ümid edir"
Bugün, 12:03 İQTİSADİYYAT
-
Kafedə 28 yaşlı oğlan bıçaqlanıb
Bugün, 11:50 KRİMİNAL
-
Paşinyanın Konstitusiya layihəsi: bu, Qərbi azərbaycanlılar üçün nə vəd edir? - TƏHLİL
Bugün, 11:33 SİYASƏT
-
Özcan Denizin ürəyində problem var - Məşhur müğənni ayda nə qədər qazanır?
Bugün, 11:17 MƏDƏNİYYƏT
-
Ayda 10 min manat qazanan aktrisanın prokurorluqdakı ifadəsi: "Heç vaxt narkotik maddə qəbul etməmişəm"
Bugün, 11:01 MƏDƏNİYYƏT
-
Türkiyədə müğənni həbs edildi - Bir qrup sənətçi isə polisə çağırıldı
Bugün, 10:53 MƏDƏNİYYƏT