GENERAL RƏİS TƏYİN OLUNDU - Nazirlikdə növbəti dəyişiklik

GENERAL RƏİS TƏYİN OLUNDU - Nazirlikdə növbəti dəyişiklik

GÜNDƏM

13.12.2025, 12:16

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyinat olub.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə müvafiq Əmr imzalanıb.

Əmrə əsasən, general-mayor Elmir İbrahimov Baş Hərbi İnspeksiyanın rəisi təyin edilib.

Qeyd edək ki, həmin vəzifədə əvvəlki rəis general-leytenenat Zakir Ağayev idi. O, ötən il təqaüdə göndərilib.

Yeni rəis Elmir İbrahimov isə əvvəllər Daxili Qoşunların N saylı hərbi hissəsinin komandiri olub. Daha sonra Müdafiə Nazirliyində xidmətini davam etdirib. General Birinci və İkinci Qarabağ müharibəsi işitirakçısıdır. Vətən müharibəsinə xüsusi təyinatlı komandir kimi qatılıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR