Bakıda evdən oğurluq edən şəxs tutulub

Bakıda evdən oğurluq edən şəxs tutulub

KRİMİNAL

18.11.2025, 12:16

Bakının Nizami rayonunda evdən oğurluq edən şəxs saxlanılıb.

Mia.az Daxili İşlər Nazirliyinə istiandla bildirir ki, keçirilən əməliyyat-axtarış tədbiri ilə həmin evdən 70 min nağd pul, 8 min manat dəyərində qızıl-zinət əşyaları və şəxsi sənədləri olan seyfi oğurlamaqda şübhəli bilinən 26 yaşlı Məhəmməd Məcid saxlanılıb.

Araşdırmalarla həmin şəxsin ev sahibinin mənzildə olmadığından istifadə edərək içəri daxil olduğu və seyfi oğurladığı məlum olub.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Araşdırmalar davam etdirilir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR