TRT-nin YANLIŞ, YOXSA MƏQSƏDLİ SÜJETİ: altında nə gizlənib? - TƏHLİL
SİYASƏT
14.07.2025, 15:07
Türkiyənin rəsmi dövlət kanalı “TRT”nin kürd dilində yayım bölməsi, Güney Azərbaycanın qədim və böyük şəhərlərindən olan Urmiyanı “kürd şəhəri” kimi təqdim edib.
Kanal bu şəhərdən hazırladığı reportajda kürd dilində və kürd musiqiləri ilə bir saatlıq süjet yayımlayıb. İlk baxışdan jurnalistik mövzu seçimi kimi görünən bu süjet, təəssüf ki, pərdəarxasında ciddi risk faktorlarını özündə ehtiva edir.
Məsələ ondadır ki, “TRT Kurdi”nin süjetində Urmiya şəhərinin yalnız kürd mədəniyyəti təqdim olunur, bu da bölgədə heç vaxt türklərin məskunlaşmadığı və ya artıq “keçmişdə qalmış” bir qrup olduğu təəssüratını formalaşdırır. Halbuki Urmiya sadəcə coğrafi ərazi deyil, Azərbaycan türklərinin mədəni və siyasi yaddaşında xüsusi yeri olan bir şəhərdir. Qədimdən bu bölgə Oğuz–Türk tayfalarının məskəni olub. Urmiyanın Qacar sülaləsinin yüksəlişində oynadığı rol, Şeyx Məhəmməd Xiyabani və Seyid Cəfər Pişəvərinin hərəkatları zamanı bu şəhərin siyasi mərkəz kimi çıxış etməsi onun türklüyünü təkcə etnik deyil, həm də tarixi fakt kimi təsdiqləyir.
“TRT Kurdi”nin süjetindən fərqli olaraq deyə bilərəm ki, bəli, tarix boyu Urmiyada kürdlər də yaşayıb, ərazidə onların da mədəniyyəti var və bu, danılmazdır. Amma Azərbaycan türkləri bölgənin dominant, köklü və əsas etnosudur. Bunu nəzərə almamaq və ya təhrif etmək açıq qərəzdir.
Əslində bu hadisə son zamanlar mənim israrla müdafiə və açıq şəkildə xəbərdarlıq etdiyim bir məsələnin nə qədər doğru və gələcək perspektivdə region üçün riskli olduğunu sübut edir. Söhbət son zamanlar təslim olduğu, silahı yerə qoyduğu deyilən, Türkiyənin 41 ildir mübarizə apardığı PKK terror təşkilatının əslində transformasiyaya məruz qalmasından gedir. Bir daha qeyd edirəm ki, PKK-nın mübarizəsi yeni mərhələyə keçib.
Türkiyə PKK-ya hərbi baxımdan ciddi zərbələr vursa da, təşkilatın mədəni, sosial və xüsusilə də informasiya strategiyası hələ də aktivdir. “TRT Kurdi”nin bu reportajı həmin sızmanın real nəticəsidir. Əgər bir zamanlar “TRT” yayım şirkətinin kanallarında Güney Azərbaycana dair proqramlarda “Azərbaycan türkləri”, “türk şəhəri”, “ortaq kimlik” kimi ifadələrə yer verilirdisə, hazırda bu terminlərin yerini “kürd şəhəri” anlayışının alması təsadüfi deyil. Bu, həm dövlət siyasətində, həm də redaksiya strategiyalarında yön dəyişikliyinin xəbərçisidir.
Mediyanın dili simvolikdir və hər simvol müəyyən mərkəzdən gələn mesajı daşıyır. “TRT” kimi dövlət kanallarında yayımlanan süjetlər, təkcə məlumat vermək deyil, ictimai fikri formalaşdırmaq və siyasi konturları cızmaq funksiyasını daşıyır. Bu baxımdan Urmiyanın “kürd şəhəri” kimi təqdim olunması yalnız bir reportaj deyil, eyni zamanda mövqe bəyanatıdır. Bu mesaj həm İrana, həm də bölgədəki digər türk icmalarına yönəlib: “Artıq Urmiya türk yox, kürd şəhəridir”.
Təəssüf ki, bu gün həm Türkiyədə, həm də Azərbaycanda çoxları bir qrup PKK üzvünün silahı yerə qoymasını “terrorsuz Türkiyə” arzularının reallaşması kimi başa düşür. “TRT Kurdi”nin bu reportajı isə açıq şəkildə bu eyforiyaya qapılmağın real fəsadıdır.
Məsələnin bir də, təbii ki, Türkiyə–Azərbaycan münasibətləri konteksti var. Bu və bu kimi materiallar Azərbaycanda böyük narazılıqla qarşılanır. Ümumiyyətlə, son illərdə Türkiyə mediasının ardıcıl və qərəzli, fərqli motivli dezinformasiyalar yayması tez-tez müşahidə olunur. Bütün bunlar bir daha Türkiyə mediasında PKK təsirinin nə qədər real təhdid halını aldığını göstərir.
Ən təhlükəlisi isə odur ki, bu süjetə qarşı nə siyasi dairələrdən, nə də TRT rəhbərliyindən hər hansı izahat və ya təkzib verilməyib. Bu susqunluq ya səmərəsiz nəzarətin, ya da şüurlu şəkildə yönləndirilmiş bir siyasətin göstəricisidir. Əgər bu, redaksiya səhvidirsə, dərhal rəsmi açıqlama və düzəliş olmalı idi. Yox əgər yeni redaksiya xəttidirsə, o zaman Türkiyə içində milli mətbuatın kim tərəfindən və nə məqsədlə yönləndirildiyi ciddi şəkildə sorğulanmalıdır. Əks təqdirdə, bu kimi materiallar, qərəzli yazılar və süjetlər “iki dövlət, bir millət” konsepsiyasının içini “boşalda” bilər.
Turan Rzayev,
Politoloq
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Başqa vətən arzulamağa ehtiyac yoxdur” - Paşinyan
Bugün, 00:34 SİYASƏT
-
Məşhur aktrisanın ölkədən çıxışına qadağa qoyuldu
Bugün, 00:21 MƏDƏNİYYƏT
-
TÜRKİYƏ UNİVERSİTETLƏRİNƏ ŞOK: 110 min yer boş qalıb, 30 mindən çox isə... - Azərbaycandan qardaş ölkə üniversitetlərinə axın niyə azalır?
Bugün, 00:10 GÜNDƏM
-
"Kurtlar Vadisi"nin "Ömər Baba"sı "şübhələnirdim" dedi, istintaqa çağırıldı - Kəşfiyyatçının şübhəli ölümü işi böyüyür
Bugün, 00:08 MƏDƏNİYYƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:03 MƏDƏNİYYƏT
-
ABŞ İrana uçuşlara icazə verən ölkələri hədələdi: "Dollar sistemindən çıxaracağıq"
Bugün, 00:01 İQTİSADİYYAT
-
Xalq artisti Ramiz Həsənoğlu əməliyyat edildi
21.09.2026, 23:03 MƏDƏNİYYƏT
-
“Şəki yaylası”nda faciəvi şəkildə ölən Ucalın atasından təsirli sözlər
21.09.2026, 21:54 CƏMİYYƏT
-
AzTV-nin keçmiş işçisi AAYDA-da yeni vəzifəyə olunub
21.09.2026, 20:51 İQTİSADİYYAT
-
"Fənərbağça" komandası Bakıya gəlir - Bu tarixdə
21.09.2026, 19:55 İDMAN
-
Xəzər dənizində zəlzələ olub
21.09.2026, 18:40 GÜNDƏM
-
Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib
21.09.2026, 18:06 GÜNDƏM
-
“AzerGold”a yeni sədr müavini təyin olundu - O, kimdir?
21.09.2026, 18:01 GÜNDƏM
-
Vilayət Eyvazov xidmətə qəbul olunmaq istəyən 203 nəfərİ seçim turunun növbəti mərhələsinə buraxıb - VİDEO
21.09.2026, 17:38 CƏMİYYƏT
-
Avropa İttifaqı "Google"u 403 milyon avro cərimələdi
21.09.2026, 17:22 PRESS
-
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
21.09.2026, 17:09 MƏDƏNİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
21.09.2026, 17:00 İQTİSADİYYAT
-
"Kurtlar Vadisi Pusu" serialının daha bir aktyoru istintaqa çağırıldı
21.09.2026, 16:57 MƏDƏNİYYƏT
-
Prezident İlham Əliyev sərəncam imzaladı
21.09.2026, 16:36 GÜNDƏM
-
İcra başçısı müavini DSK-ya sədr təyin olunub
21.09.2026, 16:12 CƏMİYYƏT
-
Cavid Hüseynovla Zaur İsmayılov istefaya göndərildi
21.09.2026, 16:06 İDMAN
-
Afra Saraçoğlu hava limanında saxlanıldı
21.09.2026, 15:56 MƏDƏNİYYƏT
-
UNİVERSİTETLƏ İNSTİTUT BİRLƏŞDİ - Baş nazir qərar verdi
21.09.2026, 15:42 GÜNDƏM
-
“TikTok”da saxta elanlar yerləşdirən şəxs saxlanılıb
21.09.2026, 15:32 KRİMİNAL
-
Serdar Ortaç vəsiyyətini açıqladı - Boğaziçi mənzərəli evi kimə qalacaq?
21.09.2026, 15:19 MƏDƏNİYYƏT
-
ABŞ iranlı jurnalistlərə viza verməyib
21.09.2026, 15:12 PRESS
-
Qarabağ zonasında daha 1840,3 ha ərazi minalardan təmizlənib
21.09.2026, 15:04 GÜNDƏM
-
"Real Madrid": "Elə edirlər ki, klub olaraq az qalırsınız bu liqadan çəkiləsiniz"
21.09.2026, 14:49 İDMAN
-
Hörmüz boğazında yenə neft tankeri vurulub
21.09.2026, 14:14 DÜNYA
-
Deputat Su Ehtiyatları Agentliyi ilə "İcbari tibbi sığorta"nı tənqid elədi: "Təcrübəli işçilərin sürətlə dəyişdirilməsi..."
21.09.2026, 14:10 GÜNDƏM
-
Kəlbəcərli şair Prezident İlham Əliyevə müraciət ünvanlayıb: "Cavid Qurbanovun fəaliyyətini yoxlatdırın..."
21.09.2026, 13:52 CƏMİYYƏT
-
Nazirin yüksək vəzifə verdiyi Aysel İbayeva kimdir? - ƏƏSMN-də növbəti təyinat
21.09.2026, 13:37 İQTİSADİYYAT
-
"YENİ HÜCUM OLSA, MÜHARİBƏNİN ÇOĞRAFİYASINI DƏYİŞƏCƏYİK" - Tehran dünyanı heyrətləndirəcək yeni silahını da işə salacağını iddia edir
21.09.2026, 13:23 GÜNDƏM
-
Bakıda polis əməliyyatı: saxlanılanlar var
21.09.2026, 13:11 KRİMİNAL