QURU SƏRHƏDLƏRİNİN BAĞLI QALMASININ FAYDASI... - TƏHİLİL
SİYASƏT
16.06.2025, 22:30
Azərbaycanın iki əsas qonşusu İran və Rusiya bu gün real müharibələrin içərisindədir. Rusiya-Ukrayna müharibəsi davam etdiyi bir zamanda, İran–İsrail gərginliyi də artıq açıq toqquşma mərhələsinə keçib. Hər iki cəbhədə vəziyyət gündən-günə daha da gərginləşir.
Xüsusilə İran daxilində ciddi narahatlıq müşahidə olunur. İsrailin intensiv hücumları və İranın eyni şiddətdə cavab zərbələri vəziyyəti daha da qəlizləşdirir. Sosial panika, iqtisadi çöküş, ərzaq və enerji çatışmazlığı ehtimalı, hərbi çağırışdan yayınma halları, eləcə də etnik və dini azlıqların təşvişə düşməsi regionu kütləvi miqrasiya riski ilə üz-üzə qoyur.
Artıq yüzlərlə İran vətəndaşı Pakistan və Türkiyəyə üz tutmağa başlayıb. Pakistanla sərhəddə yaranan izdiham o qədər böyüyüb ki, rəsmi İslamabad sərhədlərini bağlamağa məcbur qalıb. Türkiyənin sərhəd bölgələrində də vəziyyət fərqli deyil. Belə bir kontekstdə İranın qonşusu olan Azərbaycan da bu problemin birbaşa hədəfinə çevrilə bilər.
Lakin rəsmi Bakı bu təhlükəni zamanında və düzgün şəkildə qiymətləndirərək özünü bu riskdən sığortalayıb. 2020-ci ildən bəri Azərbaycan quru sərhədlərini bağlı saxlayır. Əvvəlcə bu qərarın əsas səbəbi pandemiya idi. Lakin pandemiya dövrü artıq geridə qalsa da, sərhədlərin açılmaması, əslində, yeni bir təhlükəsizlik mərhələsinin başlanğıcına işarə edir. Reallıq ondan ibarətdir ki, sərhədlərin bağlı saxlanması artıq müvəqqəti addım yox, davamlı təhlükəsizlik prioritetidir.
Müharibələrin yaratdığı hibrid təhdidlər və miqrasiya riskinin artması göstərir ki, bu qərar ölkənin milli təhlükəsizliyi üçün strateji zərurətdir. Sərhədlərin açılması bu məqamda bir sıra ciddi problemləri aktuallaşdıra bilər. İranla sərhəddə baş verə biləcək mümkün miqrasiya dalğası Azərbaycanda humanitar, siyasi, təhlükəsizlik və sosial-iqtisadi sahələrdə əlavə gərginliklərə yol aça bilər. Minlərlə insanın birdən ölkəyə daxil olması müvəqqəti yaşayış, səhiyyə, ərzaq təminatı və təhlükəsizlik sistemlərini yükləyə, hətta iflic edə bilər. 44 günlük müharibənin ardından ölkədə bərpa prosesi və “Böyük Qayıdış” layihəsi hələ yekunlaşmayıb. Belə bir həssas dönəmdə yeni və kütləvi axın dövlətin mövcud resurslarını kritik şəkildə zorlayar.
Hazırda Azərbaycanın iqtisadi imkanları, sosial təminat sistemi və dövlətin planlaşdırma gücü ölkə əhalisinin real sayına və ehtiyaclarına uyğun tənzimlənib. Əhalinin qəfil və plansız şəkildə artması bu sistemi sarsıda bilər.
Digər tərəfdən, İran daxilindəki xaotik vəziyyətdən istifadə edən müəyyən dairələr, xüsusilə xüsusi xidmət orqanları, öz agentlərini mühacir görüntüsü altında Azərbaycana yerləşdirməyə cəhd göstərə bilər. SEPAH (İslam İnqilabı Keşikçiləri Korpusu) ilə əlaqəli şəxslərin ölkəyə daxil olaraq təxribat, casusluq və ideoloji təsir mexanizmləri qurmaq ehtimalı tamamilə realdır. Habelə Yaxın Şərqdə fəaliyyət göstərən silahlı şiə qrupları da mülki axınlar arasında gizlənərək sərhədi keçə bilərlər.
Bütün bu risklərə baxmayaraq, quru sərhədlərinin uzun müddətdir bağlı qalması bəzi daxili dairələr və xarici media tərəfindən “təcridçilik”, “avtoritarizm” və ya “soydaşlara arxa çevirmək” kimi təqdim edilir. Bu yanaşmalar mövcud geosiyasi təhlükəsizlik reallıqlarını nəzərə almayan səthi və emosional yanaşmalardır.
Burada əsas məsələ sərhədlərin açıq və ya bağlı olması deyil, onların nə zaman, necə, hansı təhlükəsizlik təminatları ilə açılacağıdır. Məsələn, Rusiya-Ukrayna müharibəsi zamanı yüzlərlə ukraynalı və rus qonşu ölkələrə axın etdi. Bu ölkələr arasında Gürcüstan ən çox təsirlənənlərdən biri oldu və hələ də bu axının sosial-siyasi nəticələrini aradan qaldırmağa çalışır.
Əgər quru sərhədlərin açılması ilə bağlı addımlar atılacaqdısa, bu, yalnız daha sabit bir mərhələdə mümkün olardı. Lakin İran–İsrail qarşıdurması artıq soyuq müharibə mərhələsini keçib və real hərbi toqquşmalara çevrilib. İran ərazisindən atılan raketlər, İsrailin cavab zərbələri, region ölkələrini bu münaqişəyə cəlb etmək cəhdləri göstərir ki, Cənubi Qafqazda təhlükəsizlik tampon zonaları yaratmaq bu gün hər zamankından daha zəruridir.
Təəssüf ki, ictimaiyyətin müəyyən hissəsində belə bir təəssürat formalaşıb ki, sərhədlər daim qapalı qalacaq. Halbuki Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, sərhədlər yalnız təhlükəsizlik zəmanətləri bərpa olunduqdan sonra açılacaq. Bu, məqsəd yox, vasitədir ölkənin suverenliyini, daxili sabitliyini və strateji mövqeyini qorumağa yönəlmiş müvəqqəti tədbirdir.
Onu da deyim ki, sərhədlərin bağlı qalması nə beynəlxalq hüquqa ziddir, nə də qeyri-insani addımdır. Əksinə, bu, xalqını qorumağa çalışan məsuliyyətli və uzaqgörən dövlətin qərarıdır. Qlobal miqyasda bir çox inkişaf etmiş ölkə o cümlədən Avropa dövlətləri oxşar tədbirlərə əl atmaqdan çəkinmir. Azərbaycan isə bu riski daha əvvəl görüb və qabaqlayıcı addım atıb.
Nəticə olaraq, Azərbaycanın quru sərhədlərinin bağlı qalması təcridçilik deyil, idarəolunan təhlükəsizlik siyasətidir. Azərbaycan dünya ilə tam inteqrasiya olunmuş ölkədir. Bu qərar yalnız hibrid müharibələrin və qeyri-ənənəvi təhdidlərin artdığı bir dövrdə dövlətin öz suverenliyini və sabitliyini qorumaq üçün qəbul etdiyi zəruri tədbirdir.
Turan Rzayev
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İRANIN TƏHDİDİ İŞƏ YARADI – Tramp “nefti və danı ələ keçirəcəyik” sözünü geri götürdü
Bugün, 22:59 GÜNDƏM
-
Prokurorluq gömrükdə əməliyyat keçirdi - 4 vəzifəli şəxs qandallandı, ikisi qadındır
Bugün, 20:52 GÜNDƏM
-
“Fənərbağça” klubu baş mıəşqçi ilə bağlı iddiaları təkzib etdi
Bugün, 20:51 İDMAN
-
Fransaya casusluqda ittiham olunan şəxslər hakim qarşısına çıxarılıb
Bugün, 19:43 KRİMİNAL
-
İran regiondakı hərbi hədəf siyahısını yeniləyib
Bugün, 18:05 GÜNDƏM
-
Qusarda torpaq sürüşməsi olub
Bugün, 17:54 GÜNDƏM
-
Hikmət Hacıyev Slovakiya XİN-in dövlət katibi ilə görüşüb
Bugün, 17:44 SİYASƏT
-
Dövlət Baxçalı daha bir təşkilatı ləğv etdi
Bugün, 17:32 SİYASƏT
-
İqtisadi Şura üzvləri iclas keçirdi - Müzakirə + FOTOLAR
Bugün, 17:14 İQTİSADİYYAT
-
Mərkəzi Bankın valyuta ehtiyatı artdı, qızıl azaldı – Həftəlik hesabat
Bugün, 17:09 İQTİSADİYYAT
-
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi
Bugün, 17:06 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Tramp yeni hücum anonsu verdi, İrana “çökəcəyik” dedi: “Tezliklə neftlərini ələ keçirəcəyik”
Bugün, 16:38 GÜNDƏM
-
“Kəpəz Hospital”ın ambulansı xəstə yox, sənəd daşıyırmış... – Gənci “qırımızı”da keçəndə vurub öldürüb
Bugün, 16:27 CƏMİYYƏT
-
DÇ-2026-da daha bir skandal: FİFA yığma komandanın formasını dəyişdirdi – Fransaya görə (FOTOLAR)
Bugün, 16:26 İDMAN
-
Bakında qızıl-zinət əşyaları oğurlayan iki nəfər saxlanılıb
Bugün, 16:19 KRİMİNAL
-
PREZİDENT İKİ NƏFƏRİ YÜKSƏK VƏZİFƏYƏ TƏYİN ETDİ - FOTO
Bugün, 16:11 GÜNDƏM
-
Azərbaycandan Ermənistana yenə dizel göndərilib
Bugün, 16:03 İQTİSADİYYAT
-
Məşhur hücumçu Türkiyə yığmasının formasını bəyəndi: “Çox gözəldir”
Bugün, 15:59 İDMAN
-
Çində yaşayış binasında partlayış: 7 ölü, 17 yaralı var
Bugün, 15:48 DÜNYA
-
Böyük Britaniya müdafiə naziri istefa verdi
Bugün, 15:41 DÜNYA
-
TƏBİB-də daha bir dəyişiklik - İcraçı direktor müavinini yola saldı, müşavirini isə... (FOTOLAR, YENİLƏNİB)
Bugün, 15:19 GÜNDƏM
-
"AZƏRİQAZ" RƏHBƏRİNİN SAXTA QƏBUL OYUNU: şikayətin məzmunu, mühasiblərin "qırğını", yaxud...
Bugün, 15:16 CƏMİYYƏT
-
AZAL-da NƏ BAŞ VERİR? – Vəzifədən azad edilənlər var
Bugün, 15:16 GÜNDƏM
-
Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı olub - FOTOLAR
Bugün, 15:04 MƏDƏNİYYƏT
-
CHP-də ”qaynayan qazan”dan çıxış yolu - İncə hər iki tərəfə incə mesaj verdi
Bugün, 14:55 SİYASƏT
-
Bakı Şəhər İcra Hakimiyyətində yeniliklər nə vəd edir? - Eldar Əzizov yola salınacaq?
Bugün, 14:30 CƏMİYYƏT
-
Məhərrəm ayı bu tarixdə başlayır
Bugün, 14:16 CƏMİYYƏT
-
“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi
Bugün, 14:07 İQTİSADİYYAT
-
PA-nın şöbə müdiri partiya sədri ilə nələri müzakirə edib? - Açıqlama
Bugün, 13:53 SİYASƏT
-
DÇ-2026-da ilk qalmaqal: mikrafon açıq qaldı, müxbirlərin canlı yayımdakı sözləri şok yaratdı
Bugün, 13:28 İDMAN
-
Ölkə iqtisadiyyatını necə görmək istəyirik? - Mikayıl Cabbarov sualları cavablandırır (MÜSAHİBƏ)
Bugün, 13:14 İQTİSADİYYAT
-
Azərbaycan və İran razılaşdı - Araz çayının su ehtiyatları ilə bağlı
Bugün, 13:08 İQTİSADİYYAT
-
"İdrak"da şagirdin atəş açdığı silahın sahibi də cinayət təqibinə cəlb olunub
Bugün, 12:53 CƏMİYYƏT