Cənubi Afrikada mədəndə qəza: 11 nəfər ölüb, 75 yaralı var

Cənubi Afrikada mədəndə qəza: 11 nəfər ölüb, 75 yaralı var

DÜNYA

28.11.2023, 15:51

Cənubi Afrika Respublikasının Şimal-Qərb əyalətində mədəndə qəza baş verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, qəza nəticəsində 11 işçi həyatını itirib.

SABC dövlət televiziyasının xəbərinə görə, Rustenburq şəhərində platin mədənində 86 işçinin olduğu liftin ipi qopub: "11 nəfər ölü ilə yanaşı, 75 yaralı var. Xəsarət alan işçilərdən 42-si xəstəxanaya yerləşdirilib. Səlahiyyətlilər qəza ilə bağlı araşdırma aparır".

Lamiyə Əhmədli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR