"Ziraat Bank Azərbaycan”ın Müşahidə Şurasının sədri dəyişdi

"Ziraat Bank Azərbaycan”ın Müşahidə Şurasının sədri dəyişdi

İQTİSADİYYAT

17.11.2023, 18:01

Himmet Aksoy Ziraat Bank Azərbaycan” ASC-nin Müşahidə Şurasına yeni sədr təyin olunub.

Mia.az Banka istinadən xəbər verir ki, o, Türkiyənin "Zıraat Bankası"nda 1999-cu ildən işləyir, indiyə qədər Bankın Daxili Əməliyyatlar blokuna rəhbərlik edib və yeni vəzifəsində İlker Meti əvəz edib.

Xatırladaq ki, "Zıraat Bank Azərbaycan" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 65,5 milyon manatdır. Bankın səhmlərinin 99,98%-i Türkiyənin "Ziraat Bank"ına, 0,01%-i "Zıraat Sıgorta" şirkətinə, 0,01%-i isə "Ziraat Yatırım Menkul Değerler" şirkətinə məxsusdur.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR