İlham Əliyev xalqı təbrik edib - Novruz bayramı ilə bağlı
GÜNDƏM
17.03.2023, 19:47
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Mia.az xəbər verir ki, təbrikdə deyilir:
"Hörmətli həmvətənlər!
Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə bahar əhval ruhiyyəsi, cansağlığı və gələcək işlərinizdə nailiyyətlər arzulayıram.
Azərbaycan torpağında çox qədim kökləri olan Novruz bayramı əcdadlarımızın indiki nəsillərə müqəddəs yadigarıdır. Zamanın bütün sınaqlarından çıxaraq əsrlərin yaddaşında silinməz izlər qoyan bu el bayramı uzaq dövrlərdən bəri xalqımızın mənəvi dünyasının dərinliklərinə nüfuz etmiş, ənənəvi dəyərlərimizin təşəkkülündə mühüm rol oynamışdır. Ulu babalarımızın zəngin daxili aləmi, müdrik həyat fəlsəfəsi və gələcəklə bağlı işıqlı arzuları bahar bayramında dolğun təcəssümünü tapmışdır.
Ülvi bəşəri hisslərin daşıyıcısına çevrilən, yeniləşdirici gücə malik Novruz bayramı bu gün də insanlar arasında səmimi münasibətlərə yol açaraq dostluq, mərhəmət və xeyirxahlıq duyğularını möhkəmləndirir, cəmiyyətimizin vahid məfkurə ətrafında inkişafının ahəngdarlığını təmin edir. Milli varlığımızın ayrılmaz parçası saydığımız və yad təsirlərdən qoruduğumuz Novruz ənənələri mənəvi sərvətlərimizə hörmətlə yanaşmağımızın yüksək ifadəsi, eyni zamanda bəşər mədəniyyəti xəzinəsinə qiymətli töhfəmizdir.
Xatirəsini daim minnətdarlıqla andığımız şəhidlərimizin öz canları, qanları bahasına azadlıq bəxş etdikləri əzəli torpaqlarımızda gerçəkləşdirilən irimiqyaslı layihələr, geniş vüsət alan quruculuq işləri və əhalimizin doğma yurdlara qayıdışı ilə yenidən canlanan həyat yaz fəslinin Odlar diyarına builki gəlişinə xüsusi ab-hava qatır və rəmzi məna qazandırır.
Ölkəmizin hüdudlarından uzaqlarda yaşayan, qəlbi vətən sevgisi ilə döyünən və baharı bizimlə birgə qarşılayan soydaşlarımıza bayram salamlarımı yetirirəm.
Bu əlamətdar bayramın hər evə, hər ocağa yeni sevinc, bol ruzi-bərəkət və firavanlıq gətirməsini arzu edirəm.
Novruz bayramınız mübarək olsun!".
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
İSTANBULDA PİŞİK ÜSTƏ GÜLLƏLƏNMƏL: qonşusuna "sənin pişiyin niyə evimə girdi" dedi və...
Bugün, 00:28 KRİMİNAL
-
İSTANBULDA ŞOK OLAY - Klub başqanı şərikinə 19 güllə sıxdı
Bugün, 00:06 KRİMİNAL
-
Havada bomba təhlükəsi - Rusiya təyyarəsi Antalyada təcili eniş edib
Bugün, 00:03 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 MƏDƏNİYYƏT
-
Azərbaycan və Türkiyə XİN başçıları telefonda danışıblar
18.11.2026, 23:24 GÜNDƏM
-
Sahibə Qafarova Türkmənistana işgüzar səfər edib
18.11.2026, 23:04 GÜNDƏM
-
Kəmaləddin Heydərov qanunsuz tikliyə etiraz edən işçisini vəzifədən çıxardı - VİDEO
18.11.2026, 22:10 CƏMİYYƏT
-
AZAL-ın BİTMƏYƏN NAXÇIVAN DƏRDİ: sərənişinlər çarəsiz qalıb, rəhbərlik isə... - "Bütün medianı AZAL tərəfindən satın alınıb"
18.11.2026, 22:03 CƏMİYYƏT
-
Antalya bələdiyyəsinin sədr əvəzi CHP-dən istefa verdi
18.11.2026, 21:26 DÜNYA
-
Abdullah Öcalana İmralıda ailə üzvləri ilə görüşə icazə verilib - FOTO
18.11.2026, 21:10 DÜNYA
-
"AZƏRİQAZ"DA İNANILMAZ QƏRAR: 21 rayonda sürücülərdən maşınlar geri yığılır (YENİLƏNİB)
18.11.2026, 20:56 GÜNDƏM
-
Qazaxda ağır qəza: üç nəfər ölüb
18.11.2026, 20:40 KRİMİNAL
-
Ceyhun Bayramov ABŞ rəsmisi ilə müzakirə aparıb - XİN açıqladı
18.11.2026, 20:27 SİYASƏT
-
Prokurorun etirazı qəbul olunmadı General qızı haqda qərar verildi (Yenilənib)
18.11.2026, 19:39 GÜNDƏM
-
Əsgər ölümündə təqsirləndirilən hərbi həkim həbs olunub
18.11.2026, 18:25 KRİMİNAL
-
Amerika klubları "Fənərbağça"nın hücumçusu uğrunda yarışır
18.11.2026, 18:09 İDMAN
-
Juan Mata 38 yaşlında futbola "sağ ol" dedi
18.11.2026, 18:06 İDMAN
-
Trampın bu hərəkəti gündəm oldu - FOTO
18.11.2026, 17:51 DÜNYA
-
DSMF-nin debitor və kreditor borcları artıb
18.11.2026, 17:43 İQTİSADİYYAT
-
Polis əməliyyatı: 104 kq narkotik dövriyyədən çıxarıldı, həbslər var
18.11.2026, 17:37 KRİMİNAL
-
"Qalatasaray"ın hücumçusu Ukraynaya görə geri dönə bilmir
18.11.2026, 17:15 İDMAN
-
Küləkli hava ilə bağlı - XƏBƏRDARLIQ
18.11.2026, 17:09 CƏMİYYƏT
-
Dövlət qulluğu imtahanında mühüm dəyişiklik: daxili müsahibə və iki fənn ləğv edilir, yenisi əlavə olunur (YENİLƏNİB)
18.11.2026, 17:03 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
18.11.2026, 17:00 İQTİSADİYYAT
-
Kirayəçi evdən çıxmırsa, ev sahibi nə etməlidir? - Şərh
18.11.2026, 16:55 CƏMİYYƏT
-
Ərdoğanın müavininin oğlu istintaqa çağırıldı - Milyardlıq dələduzluq iddiası
18.11.2026, 16:29 SİYASƏT
-
Kremlin əsas ideoloqun paylaşdığı xəritə: “üçqütblü dünya modeli" və ya Rusiya, Çin və Amerikaya ayrılan xəyali dünya (TƏHLİL)
18.11.2026, 16:23 SİYASƏT
-
Su Ehtiyatları Agentliyi barədə yeni qərar: 435 ştat vahid yardıldı
18.11.2026, 16:16 CƏMİYYƏT
-
Aparıcıya yeni vəzifə verildi
18.11.2026, 15:54 PRESS
-
AKP-nin "ağır topu"ndan Ərdoğana xəbərdarlıq: "Sözün bitdiyi yerdəyik, partiyanı parçalayırlar"
18.11.2026, 15:43 SİYASƏT
-
RUSİYAYA QARŞI YENİ HƏMLƏ - İngilislər Ukraynaya 1000-dən çox raket və 12-dən çox radar göndərir
18.11.2026, 15:38 GÜNDƏM
-
Artıq ödənilmiş vergi... - Geri qaytarılma prosesi sadələşdirilib
18.11.2026, 15:30 İQTİSADİYYAT
-
“PlayStation 5” udmaq istəyirdi, amma “Changan Q07” qazandı - “Sürətlə Yeni Mövsümə” lotereyasının qalibi danışdı
18.11.2026, 15:15 İQTİSADİYYAT
-
İcra başçısının müavini nazirin qəbuluna niyə gedib? - Maraqlı xəbərə sözardı... + FOTO (YENİLƏNİB)
18.11.2026, 15:13 CƏMİYYƏT