Prezident İlham Əliyev fərman imzaladı - Dəyişiklik
GÜNDƏM
17.03.2023, 16:09
Prezident İlham Əliyev fərman imzalayıb.
Mia.az xəbər verir ki, fərmana əsasən, peşə təhsili müəssisələrində 2023-cü il aprelin 1-dən peşə təhsili pilləsinin bütün səviyyələri üzrə dövlət büdcəsinin vəsaiti hesabına kadr hazırlığı mərhələli şəkildə adambaşına maliyyələşdirmə prinsipi əsasında dövlət sifarişi ilə həyata keçiriləcək..
Adambaşına maliyyələşdirmə prinsipi əsasında kadr hazırlığı həyata keçirilən peşə təhsili müəssisələrində 2023–2026-cı illərdə 12 000 təhsilalana münasibətdə ayrı-ayrı ixtisaslar üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına artım əmsalı tətbiq ediləcək.
Müəyyən edilib ki: Hər tədris ili üçün ayrı-ayrı ixtisaslar üzrə peşə təhsili pilləsinin bütün səviyyələrinə dövlət sifarişi ölkənin əmək bazarının xüsusiyyətləri və prioritet inkişaf istiqamətləri nəzərə alınmaqla, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırılmış təklifləri əsasında müəyyənləşdirilir; Nazirlər Kabineti dövlət sifarişinə uyğun olaraq, hər tədris ili üçün ayrı-ayrı ixtisaslar üzrə peşə təhsili pilləsinin bütün səviyyələrinə tələbə qəbulunu həmin il may ayının 1-dək təsdiq edir.
Nazirlər Kabinetinə ayrı-ayrı ixtisaslar üzrə peşə təhsili müəssisələrində dövlət sifarişi ilə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını, habelə yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə peşə təhsili müəssisələrində kadr hazırlığının maliyyələşdirilməsi və hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına artım əmsalının tətbiq edilməsi qaydalarını bir ay müddətində təsdiq etmək və Fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
Elm və Təhsil Nazirliyi hər növbəti təqvim ili üçün dövlət büdcəsinin vəsaiti hesabına adambaşına maliyyələşdirmə prinsipi əsasında dövlət sifarişi ilə kadr hazırlığını həyata keçirəcək peşə təhsili müəssisələrinin siyahısını və təhsilalanlarının sayını, eləcə də hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına artım əmsalı tətbiq ediləcək təhsilalanların sayını Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən etməlidir.
Maliyyə Nazirliyi Fərmanın icrasından irəli gələn tədbirlərin dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsini təmin etməlidir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Almaniyada qətliam törədən türk çıxdı – Səbəb…
Bugün, 00:14 KRİMİNAL
-
Əziz Yıldırım: “40 milyon avro ona verənə qədər…”
Bugün, 00:05 İDMAN
-
DÇ-2026: Braziliya yığması 90+6-da qələbə qoluna sevindi
29.06.2026, 22:54 İDMAN
-
Milli Məclis bəyanat yaydı
29.06.2026, 20:09 SİYASƏT
-
Mehriban Əliyeva nazirləri topladı: nələr müzakirə olunub? - MÜŞAVİRƏ + FOTOLAR
29.06.2026, 19:17 GÜNDƏM
-
Aqrar Universitetində yoxlama: nöqsanlarla bağlı qərar qəbul edilib
29.06.2026, 18:47 İQTİSADİYYAT
-
Türk aktrisa çimərlikdə belə pozalar verdi: “Bu, reklam deyil” – FOTOLAR
29.06.2026, 18:10 ŞOU-BİZNES
-
"SOCAR prezidentinin qohumuyam" deyib qanunsuz torpaq satmaq istədi, lakin...
29.06.2026, 17:55 KRİMİNAL
-
"İmişli” klubu baş məqşçi və köməkçiləri ilə vidalaşdı
29.06.2026, 17:41 İDMAN
-
Nərimanovda bu obyektlər sökülür - FOTOLAR
29.06.2026, 17:28 CƏMİYYƏT
-
Zelenski Rusiyanın son hücumu haqda: 8 nəfər ölüb, 35 nəfər yaralanıb
29.06.2026, 17:20 DÜNYA
-
Almaniyada silahlı atışma: 5 nəfər öldürülüb, 2 nəfər saxlanılıb
29.06.2026, 17:09 DÜNYA
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
29.06.2026, 17:00 İQTİSADİYYAT
-
Ərdoğanı təhqir edən erməni bloger təslim oldu (YENİLƏNİB)
29.06.2026, 16:54 PRESS
-
Səadət Yusifova: "Azərbaycan Türk dünyasının mədəni əməkdaşlığında fəal rol oynayır"
29.06.2026, 16:43 MƏDƏNİYYƏT
-
Məktəblərdə mobil telefonlardan istifadə qadağan olundu - Nazir əmr imzaladı + YENİ QAYDALAR
29.06.2026, 16:31 GÜNDƏM
-
Sabahdan bəzi rayonlarda yağış yağacaq - Xəbərdarlıq
29.06.2026, 16:30 GÜNDƏM
-
“Azəriqaz”ın qadın əməkdaşı həbs edildi
29.06.2026, 16:27 KRİMİNAL
-
Səbinə Mehdiyeva Bakı Musiqi Kollecinin direktoru təyin edilib
29.06.2026, 16:17 CƏMİYYƏT
-
Ankarada Türk İnternet Media Birliyinin II Qurultayı: Aqil Ələsgər İdarə Heyətinə seçildi - FOTOLAR
29.06.2026, 16:17 PRESS
-
Türk sənətçi efirdə uşağını əmizdirdi: “Bir saat belə onu tək qoymaram”
29.06.2026, 16:06 ŞOU-BİZNES
-
Azərbaycan ictimaiyyəti müharibə cinayətkarlarının müdafiəsi ilə bağlı süni kampaniyanı rədd edib
29.06.2026, 15:51 SİYASƏT
-
Bu şəxslər təltif olundu - SİYAHI
29.06.2026, 15:38 GÜNDƏM
-
Aktyor Deniz Göktaşa cinayət işi açıldı
29.06.2026, 15:30 MƏDƏNİYYƏT
-
Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu artırıldı - Dəyişiklik təsdiqləndi
29.06.2026, 15:21 GÜNDƏM
-
Xüsusi icra məmurları vergi yoxlamalarına cəlb olunacaq - Mikayıl Cabbarov qərar imzalayıb
29.06.2026, 15:15 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev daha bir ölkəylə vizanı ləğv etdi
29.06.2026, 15:00 GÜNDƏM
-
"Kristal"ın binalarında “kupça” üçün 500 manat alınır
29.06.2026, 14:55 CƏMİYYƏT
-
Baklkıda blogerlər restoranda saçyolduya çıxdılar - VİDEO
29.06.2026, 14:44 PRESS
-
Baş prokuror Beynəlxalq Komissiyanın Baş direktoru ilə görüşdü - Müzakirə + FOTOLAR
29.06.2026, 14:41 SİYASƏT
-
Bakıda daha bir nəfər dənizdə batıb
29.06.2026, 14:22 CƏMİYYƏT
-
DÇ-2026-da inanılmaz olay: “Nazirəm” deyib gizlicə stadiona girdilər və… - FOTOLAR
29.06.2026, 14:05 İDMAN
-
Bu gün geomaqnit qasırğası gözlənilir
29.06.2026, 13:49 GÜNDƏM
-
Nazir Pərviz Şahbazova ağır itki üz verib
29.06.2026, 13:22 CƏMİYYƏT