“Ölümü ömür seçənlər” adlı kitab nəşr olunub
MƏDƏNİYYƏT
14.10.2021, 16:48
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızının “Ölümü ömür seçənlər” kitabı işıq üzü görüb.
Mia.az xəbər verir ki, nəşrdə 27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən müharibəsinində tarix yazan, Vətən uğrunda qəhrəmancasına döyüşərək canını fəda edən 39 kürdəmirli şəhiddən bəhs olunur.
721 səhifədən ibarət kitab hər şəhidin qısa, eyni zamanda, şərəfli həyatından, bir-birinə bənzəyən şəxsi keyfiyyətlərindən bəhs edən oçerklərdən ibarətdir.
Müəllif şəhid qəhrəmanların ailəsinin, doğmalarının, dostları və döyüş yoldaşlarının söylədikləri xatirələri dilimizdəki bədii sözün zəngin ifadə vasitələri ilə qələmə alıb və hər bir şəhid haqqında öz düşüncələrini əlavə edib.
Kitabın “Ön söz”ündə Ermənistan-Azərbaycan münaqişəsinin tarixi, sonda isə faşizmin mahiyyəti, erməni vandallarının havadarlarının köməyi ilə keçən əsrin əvvəllərindən bu günədək xalqımıza qarşı törətdikləri facilər, vəhşiliklər haqqında müfəssəl məlumat verilib. Şəhid olmazdan öncə döyüş yoldaşları, doğmaları ilə qısa danışıqları zamanı dedikləri sözləri onların Vətən, torpaq sevgisi və şəhidliyə münasibəti ilə izah edən müəllif şəhidlərin ali məqama hazır olmasını təsdiq etməklə yanaşı, oxucunu şəhidlərin həm nisgilimiz və faciəmiz, həm də qürurumuz və fəxrimiz olduğunu, bir ailənin deyil, artıq bütöv bir millətin övladı olduğu fikrinə kökləyir, sınmış ürəklərdə təskinlik yaradır. “Təki Vətən sağ olsun!” – deyərək qamətini bükməyən, xalqımızın and yerinə çevrilən şəhid anası obrazını bütün əsər boyu diqqət mərkəzində saxlayan müəllifin gənc nəslin “Torpaq”, “Vətən”, “Üçrəngli bayraq”, “Şəhid” kimi yüksək dəyərlər əsasında tərbiyələndirilməsində Azərbaycan qadınının böyük rolu oxucuya təqdim olunub. “Ölümü ömür seçənlər” kitabı hər bir şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi yolunda atılan önəmli addımdır və gələcək nəsillərə hərbi vətənpərvərlik ruhunun aşılanması məqsədi daşıyır.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Daha 3 jurnalist müharibədə həlak olub
Bugün, 10:51 PRESS
-
Şimali Koreyanın yeni silahı – 7 hektarlıq ərazini külə çevirən raket sınaqdan çıxarıldı
Bugün, 10:39 GÜNDƏM
-
İstanbulda daha 11 məşhur müğənni və aktyorlar sübh tezdən qandallandı – 2 nəfər isə gizlənib
Bugün, 10:25 ŞOU-BİZNES
-
İçərişəhərin qala divarlarında aşınma olub - Açıqlama
Bugün, 10:17 MƏDƏNİYYƏT
-
Tramp: “10 maddəlik plan uydurmadır, anlaşmaya əməl edin, yoxsa…” – “Ordumuz yeni fəth üçün səbirsizlənir”
Bugün, 10:03 GÜNDƏM
-
Hövsanda 1.5 kilometrlik yol və saysız çalalar... - VİDEO
Bugün, 09:58 CƏMİYYƏT
-
Azərbaycan nefti 20 dollar ucuzlaşdı - Qara qızıl neçəyə düşdü?
Bugün, 09:44 İQTİSADİYYAT
-
Gömrük sahəsində dəyişiklik - Malların ikipilləli buraxılış mexanizmi tətbiq olunacaq
Bugün, 09:30 İQTİSADİYYAT
-
Barış Alper Yılmaz: “Heç nə məni ruhdan sala bilməz”
Bugün, 09:20 İDMAN
-
Nəsimi rayonunda 6 nəfər 72 kq narkotiklə qandallanıb
Bugün, 09:17 KRİMİNAL
-
“Qalatasaray”ın baş məşqçsi: “Bizə böyük bir xəyanət edilir” - Komandanın oyun planını kim "satır?"
Bugün, 09:06 İDMAN
-
Çempionlar Liqası: "Liverpul" səfrdə, "Barselona" isə doğma meydanında uduzdu
Bugün, 09:00 İDMAN
-
Xəzər dənizində yenə zəlzələ olub
Bugün, 08:58 GÜNDƏM
-
CNN: İran Hörmüzlə dünyanı diz çökdürür - Qlobal iqtisadiyyat silkələnir (TƏHLİL)
Bugün, 08:54 SİYASƏT
-
“Bloomberg” yazır: “İran müharibəsi ABŞ-ın qlobal mövqeyini zəiflətdi”
Bugün, 08:44 GÜNDƏM
-
TRAMP VİTSE-PREZİDENTİ İRANLA DANIŞIQLARA GÖNDƏRİR – Ağ Evdən açıqlamalar
Bugün, 00:44 GÜNDƏM
-
Pazeşkian Şahbaz Şəriflə söhbətləşdi: “İstənilən hücuma dərhal cavab veriləcək”
Bugün, 00:07 DÜNYA
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:04 CƏMİYYƏT
-
İran İsraili hədələdi: ”Əgər hücum dərhal dayanmazsa…”
08.04.2026, 22:47 GÜNDƏM
-
Litvanın Baş naziri Azərbaycana gəlib
08.04.2026, 21:40 GÜNDƏM
-
Ərdoğan Pakistanın Baş naziri ilə müzakirə aparıb – Telefonda
08.04.2026, 21:21 GÜNDƏM
-
İsrail Livana zərbələri şiddətləndirib, Tramp “Livan anlaşmaya daxil deyil” dedi – Ölənlərin sayı 112 nəfərə çatıb
08.04.2026, 21:19 DÜNYA
-
Ərdoğan Trampla telefonda danışdı – İranla bağlı müzakirə aparılıb
08.04.2026, 19:56 GÜNDƏM
-
Azərbaycan və İran XİN başçıları telefonda danışıb - Nələr müzakirə edilib?
08.04.2026, 19:46 SİYASƏT
-
Zamirə Ədilova vəzifədən ayrıldı - TƏBİB-də ilk dəyişiklik
08.04.2026, 19:38 PRESS
-
Xəzərdə ard-arda zəlzələ oldu - 5.3 maqnitudalı (Yenilənib)
08.04.2026, 18:30 GÜNDƏM
-
Yasamalda yol çöküb - Video
08.04.2026, 18:01 CƏMİYYƏT
-
Aİ-dən enerji bazarındakı bahalaşmaya şərh: "Özümüzü aldatmayaq, tezliklə ucuzlaşma olmayacaq"
08.04.2026, 17:58 İQTİSADİYYAT
-
Prezident və birinci xanım Milli Aviasiya Akademiyasında - FOTOLAR
08.04.2026, 17:37 GÜNDƏM
-
"Beşiktaş"ın prezidenti və baş məşqçisi cəzalandırılacaq
08.04.2026, 17:19 İDMAN
-
Opera və Balet Teatrında qalmaqal: nə baş verir? - Açıqlama
08.04.2026, 17:12 MƏDƏNİYYƏT
-
"Nar" Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində inklüziv təşəbbüsə qoşulub - FOTOLAR
08.04.2026, 17:05 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
08.04.2026, 17:00 İQTİSADİYYAT
-
Ceyhun Bayramov Qazaxıstan XİN başçısı ilə görüşüb
08.04.2026, 16:55 SİYASƏT