39 yaşlı əslən ağdamlı İsveçdə itkin düşüb

39 yaşlı əslən ağdamlı İsveçdə itkin düşüb

GÜNDƏM

18.09.2021, 11:52

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb.

Report-un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb.

O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır.

Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonunundan olan İ.Mirzəyev 10 ildən çoxdur bu ölkədə yaşayır. O, Arvikada tikinti şirkətində çalışırdı.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR