Deputat iş adamı ilə quda oldu: "Bu, o demək deyil ki, mən toy eləmişəm"

Deputat iş adamı ilə quda oldu: "Bu, o demək deyil ki, mən toy eləmişəm"

CƏMİYYƏT

19.06.2021, 17:03

"Bir sıra saytlarda məlumat gedib ki, mən oğluma toy eləmişəm, bu, doğru deyil."

Mia.az xəbər verir ki, bunu manşet.az-a açıqlamasında Milli Məclisin deputatı Səməd Seyidov bildirib.

O, daha sonra yayılan məlumatla bağlı bunları deyib: "Mən bir daha rəsmi bəyan edirəm ki, heç bir toy məclisi keçirilməyib. Pandemiya dövründə bu ola da bilməz. Bəli, mən kiminləsə quda ola bilərəm, amma bu, o demək deyil ki, mən toy eləmişəm. Övladlarımız gedib nikah ediblər, ancaq toy məclisi keçirilməyib".

Qeyd edək ki, deputatın oğlu Urxan Seyidov "EFES Elçin” kimi tanınan iş adamı, "CARÇIOGLU GROUP” MMC-in prezidenti Elçin Carçıyevin qızı ilə nikaha daxil olub.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR