RƏSMİ BAKIDAN SƏRT BƏYANAT: "Ermənistan gizli yollarla Qarabağa hərbçilər göndərir" - "Bu, sülhməramlıların bölgədə..."
GÜNDƏM
27.02.2021, 18:49
"10 noyabr 2020-ci il tarixində Azərbaycan və Ermənistan arasında bütün hərbi fəaliyyətlərin dayandırılmasını özündə ehtiva edən birgə bəyanatın imzalanmasından sonra Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin beynəlxalq hüququn norma və prinsiplərinə, beynəlxalq insan hüquqlarının əsas prinsiplərinə zidd olaraq Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərində hərbi xidmət üçün göndərilməsi hallarına rast gəlinir".
Mia.az xəbər verir ki, bu sözlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinə göndərilməsi halları ilə bağlı məlumatında qeyd olunub.
Bildirilib ki, Ermənistanda fəaliyyət göstərən beynəlxalq media agentliklərinin məlumatlarında Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin aldadılaraq və ya zorla məcbur edilərək Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində hərbi fəaliyyətlərə cəlb edildiyi, bunun həm hərbçilərin həm də onların ailələrinin etirazına səbəb olduğu bildirilir:
"Məlumatlarda hərbçilərin valideynlərinin açıq şəkildə öz övladlarını Azərbaycan ərazisində hərbi xidmətə cəlb olunmasına etiraz etdikləri, Ermənistan hərbçilərinin “Laçın dəhlizi”ndən gizli şəkildə keçirilərək Azərbaycan Respublikasının ərazilərinə zorla yerləşdirilməklə onların həyatlarının risk altına qoyulduğu, onların işgəncə və qeyri-insani rəftara məruz qaldıqları öz əksini tapır.
Bu xüsusda bildiririk ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərində Azərbaycanın razılığı olmadan hər hansı bir formada yerləşdirilməsi beynəlxalq hüququn norma və prinsiplərinin, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığının, eləcə də Ermənistanın özünün də tərəfdar çıxdığı digər beynəlxalq sənədlərin müddəalarınının açıq şəkildə pozuntusudur.
Ermənistan hərbçilərinin hazırda Rusiya sülhməramlı qüvvələrinin yerləşdirildiyi Azərbaycan Respublikasının ərazilərinə qanunsuz şəkildə göndərilməsi eyni zamanda, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabr tarixli birgə bəyanatının kobud şəkildə pozuntusudur".
XİN xatırladıb ki, 10 noyabr birgə bəyanatı Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan Respublikasının ərazilərinə yerləşdirilməsinə paralel olaraq Ermənistan silahlı qüvvələrinin həmin ərazilərdən çıxarılmasını nəzərdə tutur:
"Həmçinin bəyanatda “Laçın dəhlizi” üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verilir. Bu dəhlizinin hərbi məqsədlər üçün istifadə olunması, xüsusilə gizli şəkildə, mülki formada və mülki nəqliyyat vasitələrində gizlədilməklə şəxsi heyətin ərazilərimizə yeridilməsi “Laçın dəhlizi” üzrə hərəkət rejiminin kobud şəkildə pozuntusudur. Bu, sülhməramlı kontingentin nəzarət mexanizmlərinin pozulması olmaqla, kontingentin bölgədə vəziyyətin sabitləşdirilməsi səylərinə zərbə vurur.
Ermənistanın bu addımları həmin bəyanatla regionda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin qarşılıqlı şəkildə tanınması və hörmət edilməsi əsasında əlaqələrin normallaşdırılması, sülh və sabitliyin təmin edilməsini nəzərdə tutan tədbirləri ciddi şəkildə sual altına qoyur və vəziyyətin gərginləşdirilməsinə xidmət edir.
Qeyd etmək istərdik ki, məhz Ermənistan tərəfindən öz silahlı qüvvələrini üçtərəfli bəyanatın qüvvəyə minməsindən sonra ötən ilin noyabr ayının sonlarında qanunsuz şəkildə Azərbaycan ərazisində yerləşdirməsi bölgədə hərbi gərginliyə səbəb olmuşdur. Azərbaycan hərbçilərinə və mülki şəxslərinə qarşı hücumlar təşkil edən Ermənistanın diversiya qrupu anti-terror əməliyyatı nəticəsində zərərsizləşdirilmiş, 62 nəfərdən ibarət qrup saxlanılaraq Azərbaycanın istintaq orqanlarına təhvil verilmişdir. Silahlı şəxslərin qanunsuz şəkildə Azərbaycan Respublikasının ərazilərinə daxil olması onların mənsub olduğu ölkə üçün beynəlxalq hüquqi məsuliyyət doğurmaqla yanaşı, həmin şəxslər üçün Azərbaycan Respublikasının milli qanunvericiliyinə uyğun olaraq fərdi cinayət məsuliyyəti yaradır.
Ermənistan hərbçilərinin digər ölkənin - Azərbaycan Respublikasının ərazilərində qanunsuz hərbi məqsədlər üçün istifadəyə, xüsusilə aldatma və zorla məcbur etmə vasitəsilə cəlb edilməsi, həm də beynəlxalq insan hüquqları hüququnun, habelə Ermənistanın da üzv olduğu Avropa Şurası və ATƏT kimi regional təşkilatlar çərçivəsində qəbul edilmiş müvafiq sənədlərdə təsbit edilmiş müddəaların ciddi şəkildə pozulmasıdır".
Azərbaycan tərəfi Ermənistandan özünün silahlı qüvvələrini qanunsuz şəkildə Azərbaycan ərazilərində yerləşdirilməsinə son qoymağı tələb edir və beynəlxalq ictimaiyyəti Ermənistanın bu cür təxribatçı hərəkət və fəaliyyətlərə son qoyması üçün zəruri tədbirlər görməyə çağırır: "Eyni zamanda, insan hüquqlarının müdafiəsi mandatı olan təşkilatların Ermənistanın öz silahlı qüvvələrinin nümayəndələrinin insan hüquq və azadlıqlarını kobud şəkildə pozan, onların həyat və sağlamlıqlarını legitim müdafiə ehtiyacı olmadan təhlükə altında qoyan bu hərəkətlərini qətiyyətlə pisləməsi və bu ölkəni qeyd edilən fəaliyyətlərdən çəkindirmək üçün tədbirlər görməsi vacibdir.
Azərbaycan tərəfi bir daha bəyan edir ki, bölgədə sülh və sabitliyin, rifah və dayanıqlı iqtisadi inkişafın təmin edilməsi üçün Ermənistan beynəlxalq hüquqdan, eləcə də 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixlərində imzalanmış birgə bəyanatlardan irəli gələn bütün öhdəliklərinin tam şəkildə və vicdanla icra edilməsinin alternativi yoxdur".
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
TÜRKİYƏ UNİVERSİTETLƏRİNƏ ŞOK: 110 min yer boş qalıb, 30 mindən çox isə... - Azərbaycandan qardaş ölkə üniversitetlərinə axın niyə azalır?
Bugün, 00:10 GÜNDƏM
-
"Kurtlar Vadisi"nin "Ömər Baba"sı "şübhələnirdim" dedi, istintaqa çağırıldı - Kəşfiyyatçının şübhəli ölümü işi böyüyür
Bugün, 00:08 MƏDƏNİYYƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:03 MƏDƏNİYYƏT
-
ABŞ İrana uçuşlara icazə verən ölkələri hədələdi: "Dollar sistemindən çıxaracağıq"
Bugün, 00:01 İQTİSADİYYAT
-
Xalq artisti Ramiz Həsənoğlu əməliyyat edildi
21.09.2026, 23:03 MƏDƏNİYYƏT
-
“Şəki yaylası”nda faciəvi şəkildə ölən Ucalın atasından təsirli sözlər
21.09.2026, 21:54 CƏMİYYƏT
-
AzTV-nin keçmiş işçisi AAYDA-da yeni vəzifəyə olunub
21.09.2026, 20:51 İQTİSADİYYAT
-
"Fənərbağça" komandası Bakıya gəlir - Bu tarixdə
21.09.2026, 19:55 İDMAN
-
Xəzər dənizində zəlzələ olub
21.09.2026, 18:40 GÜNDƏM
-
Nazirlər Kabineti şagirdlərin geyim formasının standartlarını təsdiqləyib
21.09.2026, 18:06 GÜNDƏM
-
“AzerGold”a yeni sədr müavini təyin olundu - O, kimdir?
21.09.2026, 18:01 GÜNDƏM
-
Vilayət Eyvazov xidmətə qəbul olunmaq istəyən 203 nəfərİ seçim turunun növbəti mərhələsinə buraxıb - VİDEO
21.09.2026, 17:38 CƏMİYYƏT
-
Avropa İttifaqı "Google"u 403 milyon avro cərimələdi
21.09.2026, 17:22 PRESS
-
"Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
21.09.2026, 17:09 MƏDƏNİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
21.09.2026, 17:00 İQTİSADİYYAT
-
"Kurtlar Vadisi Pusu" serialının daha bir aktyoru istintaqa çağırıldı
21.09.2026, 16:57 MƏDƏNİYYƏT
-
Prezident İlham Əliyev sərəncam imzaladı
21.09.2026, 16:36 GÜNDƏM
-
İcra başçısı müavini DSK-ya sədr təyin olunub
21.09.2026, 16:12 CƏMİYYƏT
-
Cavid Hüseynovla Zaur İsmayılov istefaya göndərildi
21.09.2026, 16:06 İDMAN
-
Afra Saraçoğlu hava limanında saxlanıldı
21.09.2026, 15:56 MƏDƏNİYYƏT
-
UNİVERSİTETLƏ İNSTİTUT BİRLƏŞDİ - Baş nazir qərar verdi
21.09.2026, 15:42 GÜNDƏM
-
“TikTok”da saxta elanlar yerləşdirən şəxs saxlanılıb
21.09.2026, 15:32 KRİMİNAL
-
Serdar Ortaç vəsiyyətini açıqladı - Boğaziçi mənzərəli evi kimə qalacaq?
21.09.2026, 15:19 MƏDƏNİYYƏT
-
ABŞ iranlı jurnalistlərə viza verməyib
21.09.2026, 15:12 PRESS
-
Qarabağ zonasında daha 1840,3 ha ərazi minalardan təmizlənib
21.09.2026, 15:04 GÜNDƏM
-
"Real Madrid": "Elə edirlər ki, klub olaraq az qalırsınız bu liqadan çəkiləsiniz"
21.09.2026, 14:49 İDMAN
-
Hörmüz boğazında yenə neft tankeri vurulub
21.09.2026, 14:14 DÜNYA
-
Deputat Su Ehtiyatları Agentliyi ilə "İcbari tibbi sığorta"nı tənqid elədi: "Təcrübəli işçilərin sürətlə dəyişdirilməsi..."
21.09.2026, 14:10 GÜNDƏM
-
Kəlbəcərli şair Prezident İlham Əliyevə müraciət ünvanlayıb: "Cavid Qurbanovun fəaliyyətini yoxlatdırın..."
21.09.2026, 13:52 CƏMİYYƏT
-
Nazirin yüksək vəzifə verdiyi Aysel İbayeva kimdir? - ƏƏSMN-də növbəti təyinat
21.09.2026, 13:37 İQTİSADİYYAT
-
"YENİ HÜCUM OLSA, MÜHARİBƏNİN ÇOĞRAFİYASINI DƏYİŞƏCƏYİK" - Tehran dünyanı heyrətləndirəcək yeni silahını da işə salacağını iddia edir
21.09.2026, 13:23 GÜNDƏM
-
Bakıda polis əməliyyatı: saxlanılanlar var
21.09.2026, 13:11 KRİMİNAL
-
Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - Təhsilin İnkişafı Fondu ilə tərəfdaşlıq müqaviləsi imzalanıb + FOTOLAR
21.09.2026, 12:57 İQTİSADİYYAT
-
Zakir Həsənov: "Xəbər məni dərindən kədərləndirdi"
21.09.2026, 12:25 GÜNDƏM