Bakıda keçmiiş məhkum bir nəfəri öldürdü, birinə isə xəsarət yetirdi

img

09-10-2020 [12:40]


Bakıda bir nəfəri öldürüb digərini yaralayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin  10-cu Polis Bölməsinə oktyabrın 8-də saat 3 radələrində Müşfiqabad qəsəbəsi ərazisindən Qobustan rayon sakinləri Murad Bəhramov və M.Abbasəliyevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətilməsi, M.Bəhramovun orada ölməsi barədə daxil olub, məlumatla əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və və 10-cu Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Əlixanov saxlanılaraq istintaqa təhvil verilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA