Kiyev Azərbaycanlıları Konqresi dövlətimizi və ordumuzu əməli addımlarla dəstəkləyir
08-10-2020 [16:17]
Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının qarşısını uğurla alması, işğal olunmuş əraziləri azad edərək, düşmənə sarsıdıcı zərbələr endirməsi, əldə edilən qələbələr bütün dünya azərbaycanlıları tərəfindən böyük sevinc və ruh yüksəkliyi ilə qarşılanır.
Mia.az xəbər verir ki, artıq xaricdəki Azərbaycan diasporu Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın çağırışlarına səs verərək, erməni yalanlarının ifşa edilməsi, ölkəmizin dəstəklənməsi üçün təşəbbüslər həyata keçirilməsi ilə əlaqədar fəaliyyətə başlayıblar.
Azərbaycan diasporunun hər zaman aktiv olduğu, Qarabağ münaqişəsində ölkəmizə açıq dəstək verən Ukraynada yaşayan soydaşlarımız da fəal dəstək tədbirləri həyata keçirir.
Bu tədbilərədn biri bu günlərdə Kiyev Azərbaycanlıları Konqresi tərəfindən həyata keçirilib.
Təşkilat üzvləri Ukrayna Mərkəzi Hərbi Hospitalını ziyarət edərək müalicə olunan ukraynalı yaralı hərbçilərin vəziyyəti ilə maraqlanıblar, hərbi hospitala əlil arabaları, çəliklər və digər tibbi ləvazimatlar təqdim edilib. Təşkilatın rəhbəri Oleq Krapivin qeyd edib ki, bu addımla Ukraynaya Azərbaycanın haqlı mövqeini dəstəklədiyinə görə öz təşəkkürlərini çatdırıblar.
Kiyev Azərbaycanlıları Konqresinin üzvləri adından O.Krapivin Ali Baş Komandan İlham Əliyevə ordumuzun qələbələri münasibətilə təşəkkür məktubu da ünvanlanıb.
Məktubda qeyd edilir ki, dövlət başçısnının əzəli doğma torpaqlarımız olan Qarabağın işğaldan azad olunması, ölkəmizin ərazi bütövlüyünün bərpası uğurundakı siyasəti dünya azərbaycanlıları tərəfindən ürəkdən dəstəklənir: “Suqovuşan, Cəbrayıl, Murovdağda Azərbaycan bayrağının ucaldılması, bütün dünya azərbaycanlılarını sevindirir. Şübhəsiz ki, müdrik siyasətiniz nəticəsində düşmən üzərində tam qələbə əldə ediləcəkdir”.
Qeyd edək ki, Kiyev Azərbaycanlıları Konqresi Ukraynadkı Azərbaycan diasporunun əsas aparıcı təşkilatlarından biridir. Təşkilatın rəhbəri Oleq Krapivin sərbəst güləş üzrə 14 qat Azərbaycan çempionudur. Yığma komandalar səviyyəsində müxtəlif beynəlxalq turnirlərin qalibi olub. Sərbəst güləş üzrə dünya çempionu adını qazanıb. 1989-cu ildən Kiyev şəhərində yaşayır. Uğurlu iş adımı kimi O.Krapivin "Forbes"in məlumatına görə, Ukraynanın zənginləri sırasında yer alıb.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İsa Nəcəfov: "Mən İslama dair 16 kitab tərcümə etdirmişəm" - "Əgər mən o kütləyə rəhbərlik etsəydim, bu, dövlətə qarşı çıxmaq olardı" (MÜSAHİBƏ)
Bu rayonlara qar yağır - SİYAHI
300 MİN İSTƏDİ, 16 MİN VERİLƏCƏK - "Tərtər işi"ndə işgəncəyə məruz qalan keçmiş hərbçiyə təzminat ödəniləcək
TƏBİB-in sədr əvəzi özünə müşavir götürdü - FOTO
“İsrail vurdu” mifini Türkiyə təkzib etdi
"Vergi də bir sevgidi, vaxtında bəyan etmək lazımdı" - Mühasiblər və vergi mütəxəssisləri bir araya gəldi (VİDEO, FOTOLAR)
Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı - Açıqlama + FOTO (YENİLƏNİB)
İllər ötdü, Ziya Məmmədov dəyişmədi - Sabiq nazir toyda + FOTO
"Kirayə gəlirləri ilə bağlı yanlış təsəvvür yaranıb" - Vergi Xidmətinin baş idarə rəisi son dəyişikliklərə şərh verib
Sabah yağış yağacaq
Xəzər dənizində zəlzələ olub
Vanda güclü zəlzələ olub
Prezident İlham Əliyevdən İrana iki dildə mesaj: "Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” – Daha 3 ölkənin səyləri də nəticə vermir
Türkiyə-Azərbaycan Universitetinin rektoru: "Biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik" - MÜSAHİBƏ
Nadir şah Əfşardan yadigar qalan "Zindan"... - Deputatın oğlu bu nazirliyin də tenderini qazandı
"Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun" - “Turan Tovuz”un prezidenti əsəbləşdi (VİDEO)
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsalı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi
Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib - FOTOLAR
Güləş Federasiyasında qalmaqal - iki nəfər istefaya göndərildi
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı 12 milyon manatlıq qalmaqal - Taleh Heydərov şirkət rəhbəri ilə məhkəmədə razılaşıb? (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Əli Nağıyev: "Azərbaycan əleyhinə yönələn kəşfiyyat-pozuculuq və..." - DTX-də tədbir keçirilib (VİDEO)
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Sərəncam + SİYAHI
Sabahdan yağış güclənəcək - Xəbərdarlıq
Əli Kərimlinin mühafizəçisinə hökm oxundu - Məhkəmə prosesi
GÜLMƏŞƏKƏR - Kəbutər Hakverdinin hekayəsi
Yaşayış sahəsindən istifadə və... - Ali Məhkəmədən əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı MÜHİM İZAHAT
"e-Sosial" tətbiqi fəaliyyətini tam olaraq dayandıracaq
Makron ABŞ və Çinə "sataşdı": “Məqsədimiz iki dominant gücün vəssal dövlətləri olmamaqdır”
Bəs FİF nə oldu, AFFA? - AFFA yığışdı, amma... - Rövşən Nəcəf Mia.az-ın suallarını cavablandırıb
Bəhreyn İranın hücumu ilə bağlı son məlumatı açıqlayıb
DÇ-2026: FİFA 727 milyon dollar mükafat fondu ayırdı
İran ordusu quru əməliyyatına hazırlaşıb: “Gözləyirik, sizə elə dərs verəcəyik ki..." - Amerika əsgərlərinə fəlakət yaşadacağıq”
Sabah hava necə olacaq? - Proqnoz