NATO Baş katibi Ankarada Qarabağdan danışdı: "Türkiyə nüfuzundan yararlanaraq..." - Çavuşoğlundan Stoltenberqə sərrast cavab
05-10-2020 [15:02]
Bu gün NATO baş katibi Yens Stoltenberq Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
Mia.az xəbər verir ki, Türkiyədə baş tutan görüşün sonunda keçirilən mətbuat konfransında NATO Baş katibi Qarabağdakı vəziyyətə toxunub.
O bildirib ki, NATO tərəflər arasında qarşıdurmanın aradan qalxmasında maraqlıdır: "Hesab edirik ki, Türkiyə bu məsələdə nüfuzundan yararlana və tərəflər arasında atəşkəsin bərpasına güclü təsir edə bilər".
Çavuşoğlu isə Minsk Qrupunun həmsədri Fransanın Ermənistana açıq dəstək verdiyini xatırladıb.
Əlavə edib ki, Azərbaycan torpaqları 30 ildir işğal altındadır, üstəlik, ermənilər Xocalıda 600-dən çox günahsız insanın qətlə yetirib: “Bu il iyulun 12-dən başlayaraq Ermənistan hücumlarını davam etdirir. Artıq Bakıya yaxın ərazini belə atəşə tuturlar. İndi təmas xəttində həm hərbçilərə, həm də dinc insanlara hücum edib, bir çox mülki vətəndaş həlak olub. Çarəsiz qalan Ermənistan dinc əhalini hədəf alaraq raket göndərməyə başlayıb, bu, əslində hərbi cinayətdir. Azərbaycan isə öz torpaqlarını geri almaq üçün mübarizə aparır. Bütün beynəlxalq təşkilatlar və ölkələr ya çox balanslaşdırılmış olmağa çalışır, ya da Ermənistanı dəstəkləyən açıqlamalar verir. Bu problemi çözmək üçün qurulan Minsk qrupundan Fransa açıq şəkildə Ermənistana dəstək verir. Həm Türkiyə, həm də Qərb ölkələri olaraq buranın ərazi bütövlüyünü dəstəkləyirik.
30 ildir Azərbaycan torpaqları işğal altındadır və bir milyondan çox qaçqın və məcburi köçkün varBu məsələnin yeganə həlli yolu Ermənistanın işğal olunmuş torpaqlardan çəkilməsidir. Dünya güclünün yanına deyil, haqlının yanında olmalıdır. Necə olur ki, Ukraynanın, Gürcüstanın və digər ölkələrin ərazi bütövlüyü ilə bağlı dünya vahid mövqe qoyur, ancaq Azərbaycana gəldikdə, fərqli davranır? Bu günədək Azərbaycan Türkiyədən dəstək istəməyib. Əgər istəyərsə, nə lazımdırsa, edəcəyik".
Maraqlı budur ki, bundan sonra NATO Baş katibi bir daha Qarebağla bağlı məsələyə qayıdıb və vəziyyəti diqqətlə izlədiklərini deyib: "Qarşıdurmanı diqqətlə, narahatlıqla izləyirik. Münaqişənin yeganə həlli danışıqlar yoludur...".
Mia.az
İlber Ortaylı ilə vida mərasimi keçirilib
ETX adından istifadə edən kurslarla bağlı - Xəbərdarlıq
Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Qanunsuz onlayn kazino oyunları: 4 nəfər tutulub
Axtarışda olan Azərbaycan vətəndaşı Polşada saxlanılıb
"Bunlar öz sayğaclarına belə hörmət qoymurlar" - QHT rəhbəri "Azəriqaz"ın qanunsuzluğunu sadaladı (FOTO)
Əhməd Məmmədli 6 il müddətinə azadlıqdan məhrum edilib
Azərbaycan yumurta ixracını müvəqqəti dayandırıb
Bakıda keçmiş SSRİ bayraqları ilə yürüşə cəhd edənlər... - Hakim qarşısına çıxarıldı
İspaniya İsrailə bağlı BMT-yə müraciət etdi
NATO-dan Hörmüz boğazı ilə bağlı Trampın təhdidinə cavab verildi
Ramazan bayramının namazı nə vaxt qılınacaq? - Açıqlama
Samir Nuriyev Əlaqələndirmə Qərargahının üzvlərini topladı - Nələr müzakirə olunub? (FOTO)
MART AYINDA BU TARİXLƏRDƏ RƏSMİ İŞ OLMAYACAQ
Xəzər dənizində yenə zəlzələ olub
Gəncə Şəhər MKTİB-nin işçilərinin maaşından tutulma var?
SOCAR-la "PALMALİ" ARASINDA QALMAQAL: "Mübariz Mənsimov və şirkət işçiləri ifadə veriblər" - MƏHKƏMƏ PROSESİ
Vəzifədən azad edilən aparat rəhbərinə bu nazirlikdə vəzifə verildi
Misli Premyer Liqası: XXVI turun oyun proqramı açıqlanıb
MİDA-da aparat rəhbəri dəyişdi - Fərman Qurbanlı getdi, MMC işçisi yüksək vəzifəyə gətirildi
Sabah yağış yağacaq
İran İsrailə yeni nəsil raketləri fırladıb - Açıqlama
Neftçala sakini dəm qazından zəhərlənib
İran BƏƏ-ni ittiham etdi, ardınca hava limanına sərt zərbə endirdi
Xüsusi karantin rejiminin müddəti uzadıldı: quru sərhədləri bu tarixədək açılmayacaq - Əli Əsədov qərar verdi
Yaponiya ehtiyat neftini bazara çıxarmağa başlayır - Açıqlama
Səudiyyə Ərəbistanı: "İranın daha 64 dronu vurulub"
Nazir müavini: "Bu da "yaşıl elektrik enerjisi"ni Qazaxıstan və Özbəkistandan Azərbaycana, oradan isə..."
Xəzər dənizində zəlzələ olub
Dövlət Xidmətindən çağırışçılara xəbərdarlıq: "Hərbi xidmətdən boyun qaçıranlar..."
"Rasim Balayevin müalicəsi yekunlaşır" - Baba Vəziroğlu “Övladları ilə əlaqə saxlayıram deyir
İran XİN başçısı: "İnsanlar sadəcə Tramp əylənmək istədiyi üçün öldürülür" - "440 kiloqram nüvə materialı dağıntılar altında qalıb"
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Siyahı
QƏBUL İMTAHANLARININ TARİXLƏRİ AÇIQLANDI
"Abşeron" yatağında təbii qazın hasilatına başlanır
İran rejimi indi də jurnalistlərə həbs etməyə başlayıb - 18 media mənsubu saxlanılıb
İRAN TRAMPA MEYDAN OXUDU: "Demirsən ki, donanmanı yox etdik, o zaman cəsarətin varsa..."
MN: "Yararsız döyüş sursatları məhv ediləcək"
İrandan Körfəz ölkələrinə xəbərdarlıq: "ABŞ sizi qurban verəcək"