Ermənistanda mülki dronların uçuşu qadağan edildi

img

03-10-2020 [14:46]


Azərbaycanın pilotsuz uçan aparatlarından (PUA) təşvişə düşən Ermənistanda mülki şəxslər və təşkilatlara aid dronların uçuşu qadağan edilib.

Bunu ölkənin Milli Təhlükəsizlik Xidməti (MTX) açıqlayıb.

Məlumata görə, bu addım cəmiyyətdə təşvişi yaratmamaq məqsədilə atılıb.

Eyni zamanda MTX vətəndaşlardan hüquq-mühafizə orqanlarına PUA-dan istifadə edən şəxslər və təşkilatlar barədə məlumat vermələrini xahiş edib./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:47 16.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA