Ermənistanın təcavüzünə qarşı milyonerlər ittifaqı... - Məşhur 91-lər siyasi hərəkatının üzvü yazır
02-10-2020 [17:39]
Ariz Abduləliyev,
91-lər siyasi hərəkatının üzvü, jurnalist
[email protected]
****
"Xarici ölkələrdəki Azərbaycanlı iş adamlarına)
2013-ci ilin prezident seçkilərində Rusiyada bir qrup təxribatçı tərəfindən düzənlənən "milyonerlər ittifaqı" adlı qondarma qrup yerli radikallarla birləşərək, "mənəvi parazitlər" kimi ölkəmizdə seçki kampaniyasını qanunsuz şəkildə əngəlləmək, Azərbaycanı siyasi sabitliyin olmadığı ölkə kimi tanıtmaq istəyirdi.
Media materiallarından məlum oldu ki, bu qrupa bir neçə azərbaycanlı iş adamı daxildir və onların bioqrafiyası heç də təmiz deyil. Onları - çörəyi dizləri üstündə olan bu filankəsləri hamımız tanıyırdıq. Onlar öz biznes karyeralarını Azərbaycanda başlasalar da, Azərbaycanda varlı kişi olsalar da, nə yazıqlar ki, vətənə faydalar vermək əvəzinə ziyanlı xislətlərini vətənə qarşı işə salmışdlar.
Seçkilər ərəfəsində həmin "milyonerlər ittifaqı"nın ideoloji başcısı, kinossenarist, dramaturq Rüstəm İbrahimbəyov "xüsusi siyasi missiya" ilə Bakıya göndərildi. Ayağı Bakıya dəyən kimi radikallar onu Milli şuraya fəxri sədr seçdilər. O, da öz pozuculuq missiyasına rəğmən bəyanat verdi ki, guya hakimiyyəti "demontaj etmək" istəyir. Halbuki onun özü on illərdir Moskvada Azərbaycana, dövlətçiliyimizə qarşı demontaj olunmuşdu.
Nə baş verdi?
O baş verdi ki, Rüstəm İbrahimbəyov Milli şuranı özünün qeyri-ciddi, qeyri-peşəkar və ermənipərəst "səyasət damarı"na rəğmən yaxşıca ələ saldı. Onlardan qondarma bir "seçki teatrı" qurdu, şura üzvlərini öz bayağı siyasi komediya teatrının komediantları qismində həvəsləndirib, seçkiləri pozmaq üçün oynatdı. Və sonda onlara vəd etdiyi qonorarı vermədi. Hər axşam oteldə kefindən qalmayan, keflənib Milli şuraya rus dilində gülən və söyən İbrahimbəyov Rüstəm bir gün qurduğu oyuncaq və gülünc siyasi komediya teatrının finalını da yaxşıca qurdu: əkildi! Axı ermənilərin "beynəlmiləlçi" dostu İbrahimbəyov hara, "şurəviyi-milliyə" hara?
Bəs sonra nə baş verdi?
"Ac həriflər" tamaşasında bir personajın bəyanata qol çəkməmək bəhanəsi ilə "abtafam evdə qalıb" deyə əkilməsi sayaq, Rüstəm İbrahimbəyov da "pasportum Moskvada qalıb" deyə, geri döndü və əlbəttə, qayıtmadı. Beləcə, əsl dələduz priyomu ilə "milyonerlər ittifaqı"ndan aldığı pulları Milli şuranın ac həriflərinə vermək əvəzinə, "gələcəm" deyib, əkildi. Yəni pulu cibinə qoydu və Moskvada erməni dostları ilə yenə də konyak içməyində oldu. Beləcə, o taya da, bu taya da yaxşıca "kəf" gəldi. Çünki "imansızın öhdəsindən dinsiz gələr". Zira qondarma "milyonerlər ittifaqı"nın üzvləri də onun tayı idilər. Nə yaxşı ki, ədalətli zaman bu dəfə də hamını öz yerinə qoydu, onları layiqincə cəzalandırdı.
Açıq desək, uzun illər "Mosfilm"də işləmiş Rüstəm İbrahimoviç indiyə qədər 20 Yanvar hadisələrindən, Azərbaycan əsgərlərinin qəhrəmanlığından, Qarabağ müharibəsindən nə sənədli, nə də bədii film üçün ssenari yazmayıb. 20 Yanvar faciəsində Heydər Əliyev Moskvadan dünyaya canlı siyasi bəyanatını verəndə, R.İbrahimbəyov da bəziləri kimi Ulu Öndərin yanında deyildi, demontajlı xislətinə rəğmən gizlənmişdi, çünki erməni dostlarının xətrinə dəymək istəmirdi. Elə xalqımıza utanc gətirən o bədnam "miyonerlər ittifaqı"nın üzvləri də həmin prezident seçkiləri ərəfəsində erməni iş adamları ilə (Qarabağ münaqişəsində hər zaman Ermənistanın yanında olan biznesmenlərlə) dostluq edir, öpüşüb-görüşür, pul qazanmağı vətəndən üstün tuturdular.
Bəs indi necə, Azərbaycanlı iş adamları Azərbaycan üçün nə edirlər?
Yuxarıdakı hadisəni xatırlamağım və sualı verməyib səbəbsiz deyil. Bilirsiniz ki, Rusiyanın televiziya kanallarında, bəzi xarici ölkələrin KİV-lərində Qarabağ müharibəsi haqqında aparılan müzakirələr ərazi bütövülüyümüz uğrunda haqq savaşımızın və Azərbaycan-Türkiyə dostluğunun gözdən salınmasına, Azərbaycan hakimiyyəti ilə Türkiyə prezidenti haqqında yanlış, qərəzli rəyin yaradılmasına hesablanır. Rusiyadakı ermənipərəst siyasi şərhçilər, erməni lobbisinin və icmasının maliyyələşdirdiyi ictimai-siyasi təşkilatlar, jurnalistlər və politoloqlar bu müzakirələrin daimi iştirakçılarıdır. Bir sözlə, Azərbaycanın öz ərazi bütövlüyü uğrunda apardığı ədalətli savaşa qarşı total bir şəkildə qərəzli təbliğat maşını işləyir. Əlbəttə, erməni biznesmenlərinin pulları sayəsində.
Baxın, əslən Bakıdan olan kinorejissor və ssenarist Karen Şaxnazarov Rusiyanın aparıcı kanallarında Azərbaycana, Dağlıq Qarabağ probleminin ədaləti həllinə qarşı mütəmadi qərəzli çıxışlar edir, yanlış rəy yaradır, fəal bir anti-Azərbaycan təbliğatı aparır. Bəs R.İbrahimbəyov, bəs digər ziyalılarımız, bəs Azərbaycanlı iş adamları, elm-təhsil adamları, yaradıcı simalar? Niyə onlar da xarici ölkələrin, Rusiyanın KİV-lərində görünmürlər? Niyə pullu iş adamlarımız Azərbaycanın haqq savaşını dəstəkləmək istəyənləri informasiya-təbliğat fəallığına cəlb etmirlər?
Azərbaycanın haqq savaşını gözdən salan, münaqişənin həqiqətlərini yanlış təbliğ edən belə proqramlara baxdıqca, Avropa ölkələrində, Türkiyədə, Rusiyada və digər ölkələrdə yaşayıb-işləyən Azərbaycanlı biznesmenlərin vətənin bu günündə özlərini milli maraqlardan kənar tutmasını heç cür başa düşmək olmur. Onların KİV-lərə, informasiya agentliklərinə güclü təsir imkanları olduğu halda, bu istiqamətdə iş görməmələri, informasiya-təbliğat maşını qurmamaları təəssüf doğurur. Halbuki 30 ilə yaxındır Azərbaycana qarşı yayılan dezinformasiyalar, ideoloji təxribatlar, ölkəmizə qarşı media fəaliyyəti xaricdəki ölkələrdəki azərbaycanlı biznesmenlər tərəfindən zərərsizləşdirilməli idi.
Bəs Azərbaycanlı biznesmenlər, iş adamları bu Müqəddəs Vətən Müharibəsində necə iştirak edirlər? Edirlərmi?
Hələ gec deyil. Xüsusilə Rusiyada erməni konqresinin yalanlar və təxribatlar üzərində qurulan fəaliyyətinə qarşı ciddi-cəhdlə iş qurulmalı və əsl həqiqətlər dünyaya çatdırılmalıdır. Azərbaycan ordusunun işğal altında olan ərazilərimiz uğrunda qanlı-qadalı, haqlı müharibəsinə qarşı dezinformasiyalar Azərbaycanlı iş adamları tərəfindən mütləq hədəfə alınaraq, zərərsizləşdirilməlidir. Onlar xaricdə aparıcı telekanallar, siyasi şərhçilər, ictimai təşkilat rəhbərlər, İnternet resursları, elektron mediası ilə ardıcıl, prinsipial iş aparılmalı və haqlı savaşımızın dəstək çevrəsini daha da genişləndirməlidirlər. Bu gün milyonlarla vəsaitin dividentlər gətirən ən sərfəli, ən doğru istiqaməti vətənimizdir, xalqımızın vətən uğrunda haqq savaşıdır.
Xarici ölkələrdəki Azərbaycanlı iş adamlarına, milyonerlərə üz tuturam: Azərbaycanda doğulmusunuz; Azərbaycanın çörəyi, havası və suyu ilə böyümüsünüz; damarlarınızda Azərbaycanlı qanı axır; babanızın, atanızın, ananızın, əminizin, dayınızın ruhu bu torpaqdadır. Pullar qazandığınız Azərbaycanda ölməz şəhid ruhları sizlərdən qeyrət, kişilik, fayda gözləyir. Bu gün hər biriniz mərd Azərbaycan əsgəri kimi vətənin xidmətində dayanın. Ağlınızı, əməlinizi, pulunuzu, imkanlarınızı, xislətinizi vətən üçün, torpaqlarımızın işğaldan xilası üçün, ordumuzun qələblələri üçün, haqq işimizin təbliği üçün, düşmənin informasiya təxribatlarının məhvi üçün səfərbər edin.
Onsuz da qələbə bizimlədir. Sadəcə, zaman sizlərə - xaricdəki Azərbaycanlı milyonerlərə, iş adamlarına, milli birliklərimizə böyük bir şans verib - vətənə xidmət, vətən uğrunda vuruş və qələbə şansı! İstəsəniz, Ermənistanın illərdir vətənimizə və xalqımıza yönəlmiş işğalçılıq siyasətinə, siyasi və hərbi təxribatlarına, dezinformasiyalarına qarşı milyonerlər ittifaqı da yaradın! Nəhayət, Azərbaycanı qələbələrə aparan yolda - işğal altındakı torpaqlarımızın azadlığı uğrunda qeyrətamiz əməli hərəkətə gəlin! Xaricə yaşasanız da, Azərbaycan xalqı ilə, vətənlə bir olun!
P.S. Deyəsən axı siz Azərbaycanlı biznesmenlər azad olunacaq Qarabağ ərazilərimizdə də biznes qurmaq fikrindəsiniz.
Mia.az
Prezident QHT-lərlə bağlı fərman imzaladı
Gürcüstan XİN: “Regional platformanın yaradılması üçün Cənubi Qafqazın üç ölkəsi arasında dialoq tələb olunur”
Goranboyda silah-sursat tapılıb
Kamerunda yol qəzasında 53 nəfər ölüb, 29 nəfər yaralanıb
XİN-in vəzifəli şəxslərinin qətimkan tədbiri müddəti uzadıldı
Azərbaycanda daha 326 nəfər koronavirusa yoluxub, 7 nəfər vəfat edib - Qərargah son məlumatı yaydı
Hikmət Hacıyev: "Türkiyə ilə media və diaspor sahəsində birgə görəcəyimiz işlər var"
Daha 64 dövlət əmlakı hərraca çıxarılacaq
Sərt karantin dövründə 17 milyon SMS-ə mənfi cavab verilib
Azərbaycan və Türkmənistan dostluğu...
“Baklift-1”in rəisinə hökm oxundu
Rusiyada qaz hasilatı artırlacaq
Yerevanda uşaq girov götürülüb
Prezident Şuşanın xüsusi nümayəndəsini qəbul etdi: "Üzərinizə çox böyük məsuliyyət düşür"
Fuad Nağıyev: “Qaydalara əməl etməyən hotellər cərimə olunacaq”
İcra başçısı yeni şöbəyə müdir təyin edib
Sabahın hava proqnozu açıqlandı
İcra başçısı: "Bizim bu məsələdə heç bir iştirakımız yoxdur, yəqin ki, Müdafiə Nazirliyi qərar verib” - Şəhid məzarları ilə bağlı qalmaqal
Prezidentin Şuşada xüsusi nümayəndəsi təyin edildi - SƏRƏNCAM
Nazirlik: "Əgər yoluxma sayı kritik həddə çatsa, 5-9-cu siniflərdə tədrisin bərpası ləngiyəcək"
İran və Ermənistan XİN başçıları Qarabağdakı vəziyyəti müzakirə edib
Tərtərdə avtomobil elektrik dirəyinə çırpılıb, ölən var
Şəmkirdə keçmiş məhkumdan silah götürüldü
Bakıda qadın evdən 40 min manatlıq oğurluq edib
Rusiyada daha 17741 nəfərdə koronavirus aşkarlanıb
Bakıda dəhşətli hadisə: gənc qadını doğrayıb zibil qutusuna atdılar
Məktəblərdə qış tətili başlayıb
XİN: "Fərman İsmayılovun nəşi Baş Prokurorluğa təhvil veriləcək"
Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Qarabağa gələcək
Sumqayıtda su sayğaclarını oğurlayanlar saxlanılıb
İranın Gürcüstandakı səfiri : "44 günlük müharibədən sonra Qafqazda tamamilə yeni vəziyyət yaranıb"
COVID-19-a qarşı yeni potensial təsirli vasitə tapıldı
Prezidentin köməkçisi yeni naziri kollektivə təqdim edib
Bakıda şirniyyat sexində karantin qaydaları belə pozulub - VİDEO
Ermənistanda daha 195 nəfər koronavirusa yoluxub
Gürcüstanda daha 742 nəfərdə koronavirus aşkarlanıb
Azərbaycan nefti bahalaşdı
Maliyyə Nazirliyindən QHT-lərə - Xəbərdarlıq