Azərbaycanda daha 38 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib - Qərargah son məlumatı yaydı

Azərbaycanda daha 38 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib - Qərargah son məlumatı yaydı

GÜNDƏM

28.09.2020, 16:30

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 70 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, son sutkada daha 2 nəfər vəfat edib: "İndiyədək ölkədə ümumilikdə 40 061 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 37 725 nəfər müalicə olunaraq sağalıb, 588 nəfər vəfat edib, aktiv xəstə sayı 1 748 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 382, bu günə qədər isə ümumilikdə 1 104 783 test icra olunub".

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR