Deputatdan ermənilərin dinc əhalini qəsdən hədəfə almasına sərt reaksiya: "Bu, artıq əndəzanı aşmaqdır"
28-09-2020 [14:00]
"Ermənistan bu gün öz xislətinə və faşist mahiyyətinə uyğun olaraq, dinc əhalini bilərəkdən və qəsdən hədəfə alır. Bu, artıq əndəzanı aşmaqdır".
Bunu Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, deputat Azay Quliyev deyib.
O bildirib ki, dünəndən etibarən Ermənistanın həyata keçirdiyi hərbi təcavüz nəticəsində Azərbaycanın mülki əhalisi və cəbhəyanı ərazidə yerləşən kəndlərə iriçaplı artilleriyadan atəşlər açılır, hücumlar edilir: "Artıq son məlumatlara görə, Azərbaycanın mülki əhalisi arasında yaralananlar və ölənlər var. Cəbhədən xeyli uzaqda yerləşən Naftalanda bir ailənin bütün üzvləri tamamilə həlak oldu. Bu gün də cəbhəyanı bölgələrdə Ermənistanın insan əleyhinə olan cinayəti davam edir. Mülki əhaliyə hücum etmək bütün beynəlxalq konvensiyalar tərəfindən birmənalı şəkildə qadağan edilir. Bu cür hərəkətlər müharibə cinayəti hesab edilir. Hərb qanunlarında heç vaxt dinc əhaliyə silah qaldırılmır və onlar hədəf seçilmir. Bütün qaydaları, qanunları pozan və hər hansı qayda və qanuna əməl etmək kimi bir anlayışa sahib olmayan Ermənistan və onun indiki rəhbərliyi - Paşinyan diktaturası növbəti dəfə öz çirkin əməllərini həyata keçirir və öz simasını göstərir. Bu gün Azərbaycanın bütün qurumları beynəlxalq təşkilatlara müraciətlər edirlər. Təəssüflər olsun ki, hələ bununla bağlı konkret və təsirli addımlar atılımayıb. İşğalçı Ermənistanın haqq etdiyi tənqid və yaxud da müəyyən çağırışları biz müşahidə etmirik. Bu da bizdə çox ciddi narahatlıq doğurur. Yenə də anlaşılan budur ki, beynəlxalq təşkilatlar işğalçı ilə işğala məruz qalan arasında fərq qoymur, ümumi çağırışlar edirlər. Bu, qəbuledilməzdir və heç bir halda ədalətli və obyektiv sayıla bilməz".
A. Quliyev nəzərə çatdırıb ki, Azərbaycanın əkshəmləsi Azərbaycanın tam olaraq haqqıdır: "BMT-nin Nizamnaməsinin 51-ci maddəsi Azərbaycana tam əsas verir ki, bu əməliyyatları həyata keçirsin. Azərbaycan hazırda bu hüququndan istifadə edir və Ermənistanın təcavüzünün qarşısını almaq üçün işğalçı ordunu geri oturdur. Dünən və bu gün Azərbaycan Ordusu müvəffəqiyyətlə əks hücuma keçib. Nəticədə Azərbaycanın 10-a yaxın kəndi və bir sıra əhəmiyyətli yüksəkliklər işğaldan azad edilib. Bu gün Azərbaycanda yüksək əhval-ruhiyyə və döyüş ruhu var. Azərbaycanda siyasi əqidəsindən, platformasından, hökumətə münasibətindən asılı olmayaraq, hamı bir nəfər kimi Ali Baş komandanın ətrafında sıx birləşib və ordumuzun yanındadır. Əminəm ki, 30 illik üzləşdiyimiz haqsızlığa, ədalətsizliyə, nəhayət, son qoyulacaq"/APA.
MSK sədri, Baş prokurorun və Milli Məclisin spikerinin aylıq vəzifə maaşı artırılıb
Dövlət adından yaradılan və dövlət büdcəsindən vəsait alan qurumların əməkhaqqı sistemi təkmilləşdirilib
"ASAN xidmət" mərkəzlərindəki digər dövlət orqanları işçilərinin sosial müdafiəsi gücləndirilib
Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırılıb
Bundan sonra sığortaolunanların dərman və tibb vasitələri ilə təmin edilməsinə TƏBİB baxacaq
ABŞ müdafiə naziri Hegseth: Biz İranda 7000-dən çox hədəfi vurduq
İTSDA-nın icbari tibbi sığorta sahəsindəki səlahiyyətləri ləğv olunub, yeni agentlik yaradılıb - FƏRMAN
İran: Səhərdən bəri davam edən hücumlarda İsrail və ABŞ-ın 5-ci Donanmasının hədəfləri vurulub
Abşeronda motosiklet yük avtomobilinə çırpılıb, ölən var
Bank olmayan kredit təşkilatlarının adından fişinq yolu ilə kiberdələduzluq edən haker şəbəkəsi ifşa olunub
Azərbaycan şəxslərin dövlətlərarası axtarışı haqqında MDB müqaviləsində edilən düzəlişləri təsdiqləyib - FƏRMAN
İlham Əliyev Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyanı təsdiqləyib
Sabunçuda evlərdən 25 min manatlıq oğurluq edən şəxs saxlanılıb
"Trabzonspor" borcunu açıqlayıb
Hikmət Hacıyev Şimali Baltik Səkkizliyi ölkələrinin siyasi direktorları ilə fikir mübadiləsi aparıb
Lukaşenko ABŞ-yə səfər etməyi planlaşdırır
Vilayət Eyvazov Cəlilabadda vətəndaş qəbulu və sıra baxışı keçirəcək
Fərid Əhmədov Xaçmazda vətəndaşları qəbul edəcək
Noa Lanqın əməliyyatı uğurlu keçib
NOVRUZ GƏLDİ, YAZ GƏLDİ...
BMT-nin konfransında QHT təmsilçimiz çıxış edib
Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Özbəkistana təhvil verib
Küveytdə neft emalı zavoduna PUA hücumu meydana gəlib
Səudiyyə Ərəbistanı 1 raket və 8 PUA vurulduğunu açıqladı.
İran İsrailin Ben Qurion hava limanında üç özəl təyyarəni vurub
Lukaşenko özünü Trampın tərəfdarı adlandırıb
Azərbaycanda dövlət sirrini yaymaqda ittiham edilən xarici ölkə vətəndaşına hökm oxunub
Şuşa məktəbində Novruz bayramı qeyd olunub
Jadon Sancho "Borusiya Dortmund"a qayıda bilər
Livanın şərqindəki Şaat şəhərində bir binaya İsrailin hücumu nəticəsində altı nəfər həlak olub
Qətər: Ras Laffan Sənaye Bölgəsi zərbə aldı
Arne Slot: "Bu, həyatımın ən yaxşı nəticələrindən biri idi"
"Santos" klubu baş məşqçisini istefaya yollayıb
"Kremoneze" baş məşqçi Davide Nikola ilə yollarını ayırıb
Eray Yazqan: "UEFA nümayəndələrinə şikayət etdik"