Ermənistan müxalifətinin liderinə şok ittiham: "Kilsədə əcnəbi qadını qrup halında zorlayıblar"

img

17-09-2020 [13:33]


Ermənistanın baş naziri Nikol Paşinyan müxalifət partiyasının lideri, milyonçu, Çiçəklənən Ermənistan Partiyası və parlament fraksiyasının başçısı Qaqik Sarukyanı kilsənin ərazisində qrup halında zorlama törətməkdə ittiham edib.

“Lragir” xəbər verir ki, Nikol Paşinyan bu barədə “Facebook” səhifəsində yazıb.

“Təhsli naziri ilə razılaşmamaq olmur: əvvəlcə bir əcnəbi qadını kilsəni göstərməyə dəvət edirsən. Bundan sonra çavuş işləyərkən həmin qonaq qadını qarət edir, qrup şəklində zorlayırsan. Bütün bunlardan sonra millət adından milli dəyər və maraqların təmin olunmasından danışırsan”, - Nikol Paşinyan Q.Sarukyan barəsində yazıb.

Ermənistan müxalifətinin lideri, milyonçu deputat Qaqik Sarukyan 1979-cu ildə qrup şəklində zorlamaya görə mühakimə edilib. SSRİ dağıldıqdan sonra məhkəmə ona bəraət qazandırmışdı.

Q.Sarukyanın keçmişi ilə bağlı bu cinayəti ötən gün Ermənistanın təhsil, elm, mədəniyyət və turuzm naziri Araik Arutyunyan istefasını tələb edən Çiçəklənən Ermənistan Partiyasının üzvlərinə müraciətində yada salıb. Onun ardınca Nikol Paşinyan “Facebook” səhifəsində nazirə haqq qazandırıb/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
18:22 26.10.2020

Şamaxıda zəlzələ oldu