Bakıda maşın qaçıran tutuldu - FOTO

img

17-09-2020 [11:25]


Binəqədi rayonunda yaşayan paytaxt sakini olan bir nəfər Rayon Polis İdarəsinin (RPİ) 5-ci Polis Bölməsinə (PB) müraciət edərək ona məxsus “Tofaş” markalı avtomobilin naməlum şəxs və ya şəxslər tərəfindən qaçırıldığını bildirib.

DİN-dən Mia.az-a verilən məlumata görə, bölmə əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində qeyd edilən avtomobili oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Fətəliyev saxlanılıb.

Onun qaçırdığı avtomobil polislər tərəfindən müəyyən edilərək sahibinə qaytarılıb. Z.Fətəliyev ifadəsində qeyd edilən  nəqliyyat vasitəsini talamaq məqsədi ilə yox, idarə etmək üçün qaçırdığını bildirib.

Faktla bağlı saxlanılan şəxs barəsində 5-ci  PB-də toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA