SİYAVUŞ NOVRUZOV SÜKUTU SƏTİRALTI MESAJLA POZDU: "Ölkədə guya “klanlararası mübarizə”nin olduğunu söyləyirlər"
14-09-2020 [16:53]
Bir müddət əvvəl YAP rəhbərliyindən istefa verən deputat Siyavuş Novruzov “Prezident İlham Əliyevin genişmiqyaslı fəaliyyəti təkcə Azərbaycanın deyil, həm də bəşəriyyətin tərəqqisinə xidmət edir” adlı məqalə ilə çıxış edib.
Mia.az xəbər verir ki, deputat öz məqaləsində prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın həyata keçirdiyi sosial, siyasi və humanitar islahatlardan bəhs edib.
Daha sonra müxalifəti sərt tənqid edərək onların antimilli kampaniya apardıqlarını qeyd edib.
“Vaxtilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Valday, Aşqabad və Münxendə erməni yalanlarını ifşa etməsindən, Paşinyana tarix, siyasət, diplomatiya dərsi keçməsindən narahat olaraq ermənilərin maraqlarının müdafiəsinə çalışan bu antimilli ünsürlər bu gün də eyni vəzifəni yerinə yetirirlər. Onlar Ermənistanı sivil, Azərbaycanı isə guya “barbar ölkə” kimi dünyaya təqdim etmək üçün dəridən-qabıqdan çıxırlar. Belə olmasaydı, ən azından, Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində qondarma “seçkilər”in keçirilməsinə münasibət bildirər, işğalçı siyasəti pisləyər, Azərbaycanın haqlı mövqeyini müdafiə edərdilər.
Həmin qondarma “seçkilər”i qınayan və rədd edən bir çox ölkələrin, təşkilatların bəyanatlarında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə tam dəstək ifadə olundu, amma sözügedən antimilli ünsürlər susqunluq nümayiş etdirdilər. Və yaxud işğalçı Ermənistan tərəfindən Azərbaycanın əzəli torpaqlarında qeyri-qanuni məskunlaşdırma aparılması, mülki əhalimizə qarşı hücumların edilməsi, təcavüzkar Ermənistanın silahlandırılması barədə bir kəlimə də danışmadılar.
Hələ bunlar azmış kimi, ölkədə həyata keçirilən uğurlu siyasətin, qazanılan nailiyyətlərin üzərinə kölgə salmaq məqsədilə müxtəlif uydurma məlumatlar yayır, vətəndaşla dövlət arasındakı birliyə xələl gətirməyə çalışırlar. Hətta daha da irəli gedərək ölkədə guya “klanlararası mübarizə”nin olduğunu söyləyirlər. Təbii ki, bütün bunlar sadəcə olaraq onların arzuları və məkrli niyyətləridir. Bu antimilli ünsürlər də, xidmət etdikləri dairələr də yaxşı bilirlər ki, Azərbaycanda Heydər Əliyev siyasəti uğurla davam etdirilir, Prezident İlham Əliyevin rəhbərlik etdiyi vahid komandanın uğurlu fəaliyyəti ölkəmizin sürətli inkişafını təmin edir. Həmçinin Azərbaycan xalqı öz Prezidentini dəstəkləyir, ölkəmizdə sıx xalq-iqtidar birliyi mövcuddur. Azərbaycan xalqına və dövlətinə qarşı istənilən qarayaxma kampaniyası, təxribat cəhdi isə hər zaman iflasa məhkumdur!”.
"Milan" Rafael Leaonu bu yay satacaq - 70 milyon avro...
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir
Azərbaycanda bəzi fondların istifadə olunmamış vəsaiti vahid xəzinə hesabına köçürüləcək - QƏRAR
Robert Levandovski "Barselona" ilə müqavilə imzalamağa hazırdır - Maaşının azaldılmasına razılıq verir
BƏƏ-də ballistik raketin vurulması zamanı düşən qəlpə bir nəfərin ölümünə səbəb olub
Koreya XİN vətəndaşlarının İrandan təxliyəsində köməyə görə Ceyhun Bayramova təşəkkür edib
"Qazaxıstan"da konstitsusiya referendumunda səsvermə keçirilib
Kuba sahillərində zəlzələ baş verdi
Brüssel Kiyevə üzvlük danışıqları üzrə yeni "yol xəritəsi" göndərib
İran Futbol Federiyasiyası FİFA ilə danışıqlara başlayıb
"Fənərbağça" bu axşam "Qaziantep FK" klubunu qəbu edir
"Yuventus" Spalletti ilə yeni müqavilə imzalayacaq
Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib
"Arsenal" Bundesligadan iki oyunçunu transfer etmək istəyir
Pep Guardiola bu oyunçunun transfer edilməsini istədi - Klublar danışıqlara başlayıb
Marta Kos: Avropa Komissiyası Ukraynaya 120 milyon avro ayırır
Sabah 17 dərəcə isti gözlənilir - PROQNOZ
Zelenski Netanyahu ilə danışıqlara hazır olduğunu bildirib
Bakıda yaşayış binası yanır
Ermənistan Omanda səfirlik açır
Suraxanının bəzi ərazilərində işıq olmayacaq