Zaqatalada son iki həftə ərzində “Azərpoçt”un iki şöbəsinə basqın olub

img

14-09-2020 [14:03]


Zaqatalada son iki həftə ərzində “Azərpoçt”un iki şöbəsinə basqın olub.

Məlumata görə, sentyabr ayının birinci on günlüyündə “Azərpoçt”un Zaqatala rayon filialının Zaqatala şəhəri Qaladüzü adlanan yaşayış massivi və Yuxarı Tala kənd ərazisində fəailiyyət göstərən poçt şöbələrinə gecə saatlarında nəməlum şəxs və yaxud şəxslər tərəfindən basqın edilib. 

Nəməlum şəxs və yaxud şəxslər hər iki poçt şöbəsinin inzibati binasının pəncərəsindən dəmir barmaqlıqları dağıltmaq yolu ilə içəri daxil olublar. Lakin onlar poçt şöbələrində olan dəmir seyfə müdaxilə edə bilməyiblər. Oğrular poçt şöbələrinin binasından oğruluq edə bilməyib, binanı tərk ediblər.

Hər iki faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA