ƏRDOĞAN MERKELƏ "SONADƏK HAQQIMIZI QORUYACAĞIQ" DEDİ, NATO BƏYANAT YAYDI: "Toqquşma riskini azaltmaq üçün..."
03-09-2020 [21:23]
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Angela Merkelin videokonfrans formatında görüşü olub.
Bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr Şöbəsindən yayılan açılamada bildirilib.
Telekonfransda hər iki lider Şərqi Aralıq dənizi əsas olmaqla bölgədəki vəziyyəti müzakirə ediblər və bunun ardınca Prezident Administrasiyası acıqlama yayıb.
Açıqlamada bildirilib ki, Şərqi Aralıq dənizindəki gərginliklə əlaqədar Türkiyə özünün və Şimali Kipr türklərinin mənafeyini sonadək qoruyacaq, eləcə də Türkiyə dənizkənarı ölkələrin hüquqlarının tapdalanmamasına tərəfdardır. Yunanıstan və Cənubi Kipr Respublikası bu prinsipləri pozur, bəzi ölkələr isə onların bu haqsız mövqeyini müdafiə edir. Açıqlamada Şərqi Aralıq dənizindəki gərginliyə dəstək verən ölkələrin regional sülhə ciddi zərər verdiyi də vurğulanıb.

Həmçinin açıqlamada Angela Merkelin bu problemin həllinə göstərdiyi cəhdlərin də təqdirəlayiq qarşılandığı qeyd edilib.
Qeyd edək ki, videokonfransda Türkiyə tərəfdən Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu, Müdafiə naziri Hulusi Akar, Milli Təhlükəsizlik Təşkilatının sədri Hakan Fidan, PA-nın Kommunikasiya İdarəsinin sədri Fəxrəddin Altun, Prezidentin mətbuat katibi İbrahim Qalın iştirak ediblər/APA.
Mia.az xəbər verir ki, Merkellə görüş davam edərəkən NATO-nun Baş katibi Yens Stoltenberq bəyanat yayıb.

O bildirib ki, Yunanıstan və Türkiyə Şərqi Aralıq dənizində insident və toqquşma riskinin azaldılması üçün mexanizmin yaradılması ilə bağlı texniki danışıqların bərpasına razılıq verib.
Baş katibin sözlərinə görə, hər iki ölkənin liderləri ilə danışıqlardan sonra Yunanıstan və Türkiyə Şərqi Aralıq dənizində insident və toqquşma riskini azaltmaq üçün hərbi dekonflikasiya ilə bağlı mexanizmin yaradılması istiqamətində NATO-da texniki danışıqlara getməyə "hə" deyib: "Yunanıstan və Türkiyə dəyərli müttəfiqlərdir, NATO isə bizim ortaq təhlükəsizliyimizə təsir edəcək bütün məsələləri müzakirə etmək üçün vacib platformadır. Gərginliklərə NATO-nun həmrəyliyi ruhunda həll tapılması üçün mən bütün müvafiq tərəflərlə yaxın təmasdayam".
Türkiyə XİN NATO Baş katibinin bu bəyanatına operativ reaksiya verərək, heç bir ön şərt irəli sürmədən danıışıqlara hazır olduğunu bəyan edib: "Türkiyə Şərqi Aralıq dənizində adil və haqlı paylaşmanın tərəfdarı kimi, problemin həlli ilə bağlı görüşə hər an hazırdır. Hesab edirik, Yunanıstan da NATO Baş katibinin bu qərarına müsbət yanaşmalıdır".
MİA.AZ
"Beşiktaş" "Kasımpaşa" matçının hazırlıqlarına başladı
"Barselona" Nataniel Braunu transfer etməyə yaxınlaşıb
"Qalatasaray" "Liverpul" matçına hazırlaşır
"Trabzonspor" "Eyüpspor" matçına hazırlıqlarını davam etdirir
"Real Madrid" Maykl Olise ilə maraqlanır
Bu gün İlaxır çərşənbədir
Əfsanəvi universitetdə doktorantura proqramına başlayan azərbaycanlı
Avropa Liqası final biletləri satışa çıxıb
Xəzər Universitetinin 35 illik yubileyi qeyd edilir
Braziliya millisinin heyəti açıqlandı
İngiltərə nəhəngi cərimələnib - Transfer qadağası qoyuldu
Tramp: ABŞ neft hasilatını rekord səviyyəyə çatdırır
Masazırda 38 yaşlı qadın iynə vurulduqdan sonra ölüb
Zelenski sabah Britaniyaya səfər edəcək
İsrail parlamenti üzərində İran raketi zərərsizləşdirilib
İlber Ortaylı ilə vida mərasimi keçirilib
ETX adından istifadə edən kurslarla bağlı - Xəbərdarlıq
Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Qanunsuz onlayn kazino oyunları: 4 nəfər tutulub
Axtarışda olan Azərbaycan vətəndaşı Polşada saxlanılıb
"Bunlar öz sayğaclarına belə hörmət qoymurlar" - QHT rəhbəri "Azəriqaz"ın qanunsuzluğunu sadaladı (FOTO)
Əhməd Məmmədli 6 il müddətinə azadlıqdan məhrum edilib
Azərbaycan yumurta ixracını müvəqqəti dayandırıb
Bakıda keçmiş SSRİ bayraqları ilə yürüşə cəhd edənlər... - Hakim qarşısına çıxarıldı
İspaniya İsrailə bağlı BMT-yə müraciət etdi
NATO-dan Hörmüz boğazı ilə bağlı Trampın təhdidinə cavab verildi
Ramazan bayramının namazı nə vaxt qılınacaq? - Açıqlama
Samir Nuriyev Əlaqələndirmə Qərargahının üzvlərini topladı - Nələr müzakirə olunub? (FOTO)
MART AYINDA BU TARİXLƏRDƏ RƏSMİ İŞ OLMAYACAQ
Xəzər dənizində yenə zəlzələ olub
Gəncə Şəhər MKTİB-nin işçilərinin maaşından tutulma var?
SOCAR-la "PALMALİ" ARASINDA QALMAQAL: "Mübariz Mənsimov və şirkət işçiləri ifadə veriblər" - MƏHKƏMƏ PROSESİ
Vəzifədən azad edilən aparat rəhbərinə bu nazirlikdə vəzifə verildi
Misli Premyer Liqası: XXVI turun oyun proqramı açıqlanıb
MİDA-da aparat rəhbəri dəyişdi - Fərman Qurbanlı getdi, MMC işçisi yüksək vəzifəyə gətirildi
Sabah yağış yağacaq
İran İsrailə yeni nəsil raketləri fırladıb - Açıqlama
Neftçala sakini dəm qazından zəhərlənib
İran BƏƏ-ni ittiham etdi, ardınca hava limanına sərt zərbə endirdi