Zəlimxan Yaqub prezidentə müraciət etdi

img

04-11-2013 [15:21]


Gədəbəy rayonunda açılan "Aşıqlar evi”dən sonra Bakıda belə bir mərkəzi açılması gündəmə gəlib. Aşıqlar Birliyi Bakıda "Aşıqlar evi”nin tikilməsi ilə bağlı ölkə prezidentinə artıq müraciət də ünvanlayıb.

Bu barədə AzNews.az-a məlumat verən Azərbaycan Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqubun sözlərinə görə, edilən müraciətə hələ rəsmi cavab gəlməyib:

"Biz bu müraciəti Gədəbəy "Aşıqlar evi”nin açılışından əvvəl etmişik. Amma hələ müraciətə rəsmi cavab verilməyib”.

Z.Yaqub Aşıqlar Birliyinin VI qurultayının keçirilməsi ilə bağlı da danışıb. Onun sözlərinə görə, vəxt hələ dəqiqləşməyib:

"Hələ ki, bunlar dəqiqləşməyib. Ümumi sözlərdir. Konkretləşəndə bu barədə mətbuata məlumat veriləcək”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
15:05 11.09.2025

Trampın Minskə gedib