İcra başçısı həbs edilən məmurun yerinə müdir təyin edib

İcra başçısı həbs edilən məmurun yerinə müdir təyin edib

CƏMİYYƏT

28.08.2020, 15:55

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhərin Mənzil Təsərrüfatı İdarəsinə yeni müdir təyin edib.

Məlumata görə, bu vəzifəyə Ceyhun Nəcəfov təyin edilib.

Xatırladaq ki, idarənin keçmiş müdiri Eyyub Gülməmmədov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat nəticəsində rüşvət alarkən cinayət başında saxlanılıb.

Binəqədi rayon məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib/Unikal

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR