Komitə sədrinin qızı da modelyerliyə başladı - Foto

img

31-10-2013 [12:09]


Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qızı Kəmalə İbrahimova Azərbaycanda moda aləminə daxil olmaq iddiasındadır. Xanım İbrahimovanın geyimlərini hansı brend adı altında təqdim edəcəyi də məlumdur. Belə ki, o, əl işlərini "De Camie" brendi kimi nümayiş etdirəcək.  

Kəmalə İbrahimovanın gənc modelyerlərə dəstək olacağı deyilir.

Qeyd edək ki, Nazim İbrahimovun qızı bir müddət əvvəl Londonda yaşayıb.

Onun anası Minayə xanım da bəstəkar kimi fəaliyyət göstərir. Mahnıları məşhur müğənnilərin ifasında səsləndirilir(qafqazinfo).

Xatırladaq ki, Azərbaycanda bir neçə məmurun qızı da moda reklamları və sərgiləri ilə məşğul olurlar. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
15:05 11.09.2025

Trampın Minskə gedib