İrandan Azərbaycana narkotik gətirilməsinin qarşısı alınıb

img

17-08-2020 [16:47]


Avqustun 17-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara rayonu Sım kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədindən külli miqdarda narkotik vasitənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

DSX-nin mətbuat mərkəzindən Mia.az-a bildiriblər ki, sərhəd pozucuları hava şəraitinin qaranlıq və dumanlı olmasından istifadə edərək qaçaqmalı hadisə yerində ataraq sərhəd naryadının təqibindən xilas olmaq üçün İran İslam Respublikası istiqamətində geri qaçıblar.

Hadisə yerinə baxış zamanı 1 kiloqram 930 qram heroin, 1 kiloqram 500 qram metamfitamin, 6 kiloqram 990 qram tiryək, 1 kiloqram 25 qram həşişə oxşar narkotik vasitələr, 2500 qram “Metodon 40”, 20 həb “Klonozepam” və 40 həb “Zolpidem” psixotrop maddələri, 5 ədəd “Ardene” mazı, 5 ədəd “Klobetasol” dərman preparatı aşkarlanaraq götürülüb.

Hazırda faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR