"Belaruslular öz liderini sərbəst seçmək hüququna malikdir" - Avropa İttifaqı Lukaşenoya qarşı toplanır

img

17-08-2020 [14:44]


Avropa İttifaqına üzv ölkələrin dövlət və hökumət başçıları arasında Belarusdakı vəziyyətə dair videokonfrans keçiriləcək.

Bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel “Twitter” səhifəsində bildirib.

“Belarusdakı vəziyyəti müzakirə etmək üçün bu çərşənbə günü saat 12:00-da Avropa İttifaqı Şurası üzvlərinin görüşünü çağıracağam. Belarus xalqı öz gələcəyinə dair qərar vermək, öz liderini sərbəst seçmək hüququna malikdir. Etirazçılara qarşı zorakılıq yolverilməzdir və məqbul sayıla bilməz”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR