Minskdə komendant saatı tətbiq edilməyəcək

img

11-08-2020 [20:56]


“Belarus hökuməti Minskdə komendant saatının tətbiq ediləcəyi ilə bağlı xəbərləri təkzib edir”.

"RİA Novosti" xəbər verir ki, bunu Belarus Nazirlər Şurasının mətbuat katibi Alexandra İsaeva bildirib.

O diqqətə çatdırıb ki, yalnız rəsmi məlumatlara etibar edin: “Rəsmi olaraq belə bir məlumat yoxdur”.

Qeyd edək ki, avqustun 9-da Belarusda keçirilən Prezident seçkilərində Aleksandr Lukaşenkonun qalib gəlməsilə bağlı MSK-nın ilkin açıqlamasından sonra ölkənin bir sıra şəhərlərində səsvermənin nəticələri ilə razılaşmayan müxalif qüvvələrin kütləvi icazəsiz etiraz aksiyaları keçirilmişdi/APA. 

Digər xəbərlər
SON XƏBƏRLƏR