"Mənim oğlum, yəqin ki, heç vaxt prezident olmayacaq" - Lukaşenko

img

06-08-2020 [23:49]


Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, 15 yaşlı oğlu Nikolayı özünə varis hazırlamır.

Bu barədə o, “Dmitri Qordonun qonaqlığında” verilişində deyib.

"Yox, mənim Kolyam, yəqin ki, heç vaxt prezident olmayacaq. Mən istəmirəm", - deyə  Lukaşenko bildirib.

O qeyd edib ki, seçkiqabağı kampaniyası ərzində oğlu Nikolay başqa uşaq olub, böyüyüb.

Dövlət başçısı vurğulayıb ki, oğlu kimya, biologiyanı və ingilis dilini yaxşı bilir.

Xatırladaq ki, Belarusda prezident seçkiləri avqustun 9-a təyin edilib, ən yüksək dövlət postuna Lukaşenko da daxil olmaqla, beş nəfər iddialıdır. Lukaşenko altıncı dəfədir ki, prezidentliyə namizəddir/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR