Beyrutdakı partlayışda Türkiyə vətəndaşları da yaralanıb - Çavuşoğlu açıqladı

img

04-08-2020 [23:24]


Beyrutda baş verən partlayışda iki Türkiyə vətəndaşı yaralanıb.

Bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu "Twitter" səhifəsində yazıb.

Nazir qeyd edib ki, yüngül xəsarət alan Türkiyə vətəndaşlarının vəziyyəti hazırda normaldır. 

Qeyd edək ki, bu gün saat 19:00 radələrində Livanın Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında, Beyrut limanı ərazisində güçlü partlayış olub.  Partlayış nəticəsində azı 30 nəfər ölüb, yüzlərlə insan yaralanıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA