Çaplinin "Bəxtəvər"i, "Cücələrim"in yaradıcısı və... - Qəmbər Hüseynlinin 45 il sürən qısa, ancaq zəngin həyatı
MƏDƏNİYYƏT
04.08.2020, 19:44
Nurlanə ƏLİYEVA,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
***
Ötən əsrin 50-ci illərində Azərbaycan kinosunun bir qrup nümayəndəsi Fransaya dəvət alır. Ölkəmizin kino işçiləri həmin tədbirdə iştirak edən dünya kinosunun məşhur ulduzu Çarli Çaplinlə də görüşürlər.
Çaplin qonaqların haradan gəlmələri ilə maraqlanır. Azərbaycan və Bakı adını eşidərkən dərhal pianonun arxasına keçərək “Cücələrim”in melodiyasını ifa edir və deyir: “Demək, siz bu melodiyanın vətənindənsiniz? Məndən o bəxtəvər bəstəkara salam yetirin”.
Bu gün həmin o bəxtəvər bəstəkar - QƏMBƏR HÜSEYNLİ haqqında söhbət açmaq istəyirəm.
Gəlin uşaqlı-böyüklü vaxtilə hamımızın sevə-sevə oxuduğumuz və bu gün bütün dünyanın oxuduğu məşhur “Cücələrim” mahnısının müəllifini - cəmi 45 il ömür sürən Qəmbər Hüseynlini ehtiramla xatırlayaq.
"CÜCƏLƏRİM"- Hansımız sevməmişik bu mahnını?!
Uşaq bağçasında, məktəbin aşağı siniflərində, lap elə evdə hansımız oxumamışıq bu gözəl nəğməni?!
Müəllimim qədər çox sevdiyim mədəni, geyimindən tutmuş danışığı, insanlara münasibəti, yazıları, səliqəsi-sahmanı, ədəb-ərkanı ilə seçilən tanınmış mətbuat adamı, görkəmli şairimiz Tofiq Mütəllibovla birgə yazılan bu nəğmə tamaşaçılara təqdim olunan gündən dillər əzbəri idi.
Tofiq Mütəllibov xatirələrində yazır: "Bir gün Qəmbər Hüseynli mənə zəng edib evlərinə dəvət etdi. "Cücələrim" mahnısının melodiyasını çaldı. Dedi ki, bu musiqiyə mətn yaza bilərsənmi? Razılıq verdim. Bir neçə gündən sonra mətn hazır oldu. Onunla birlikdə mətndə bir sıra dəyişikliklər etdik. Beləliklə, məşhur "Cücələrim" meydana gəldi.
O, həmişə deyərdi: "Mən əminəm ki, "Cücələrim"in səyahəti böyük olacaq".
Görkəmli bəstəkar sözlərində yanılmamışdı. Əgər o, ömrü boyu "Cücələrim" mahnısından başqa heç bir əsər yazmasaydı, yenə də musiqi tarixində layiqli yer tutacaqdı. Bir əsərlə dünyada məşhurlaşmaq hər sənətkara nəsib olmur. Qəmbər Hüseynli "Cücələrim" mahnısı ilə sağlığında özünə abidə ucaltdı".
O vaxtlar, 1948-ci ildə bu gözəl sənət incisini yaratmaq böyük sənət uğuru hesab olunurdu. Xüsusən, Sovet dönəmində dünyanın hər yerində yayılmışdı bu mahnı. Sənətşünasların fikrincə, "Cücələrim" qədər öz müəllifini bütün dünyada tanıtdıran ikinci mahnı olmayıb. Bu mahnı sanki Azərbaycanın "vizit vərəqi"nə çevrilib.
1955-ci ilin payızında sovet nümayəndə heyəti İsveçrədə qarşılanarkən qonaqları bir qrup İsveçrə məktəblisi "Cücələrim" mahnısının ifası ilə salamladı. Bu, Azərbaycan musiqisinin sərhədləri aşması demək idi...
Qəmbər Hüseynli təkcə “Cücələrim”in bəstəkarı deyil, yüzlərlə ürəyəyatan mahnının müəllifidir.
"Ay işığında", "Gecələr uzanaydı", "İlk məhəbbət", "Düşür yadıma", "Gülə-gülə", "Sən-sən"... indi də dillərdən düşmür.
Tale aman versəydi, bəlkə minlərlə mahnı, romans yazardı, amma həyatdan çox tez, 45 yaşında köçdü...
Təkcə talemi?!..
Kim idi QƏMBƏR HÜSEYNLİ?

Tanınmış Azərbaycan bəstəkarı, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, Gəncə Dövlət Filarmoniyasının və Azərbaycan Dövlət Radio Verilişləri komitəsi nəzdində Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri Qəmbər Məşədi Muxtar oğlu Hüseynli.
O, 16 aprel 1916-cı ildə Gəncədə dörd yol məhəlləsində, dəmirçi Məşədi Muxtarın ailəsində anadan olub. Kiçik yaşlarından doğma Gəncənin musiqi və poeziya mühitindən təsirlənərək qrammafon vallarına qulaq asmaqdan yorulmaz, tez-tez keçirilən aşıq musiqisi gecələrinə gedər, səhərədək onları dinləməkdən doymazdı.
1925-ci ildə Gəncədəki birinci dərəcəli məktəbdə təhsil almağa başlayanda balaca Qəmbər artıq Seyid Əzim Şirvaninin, Abbas Səhhətin, Mirzə Ələkbər Sabirin bir çox şeirlərini əzbər bilirdi. Gəncənin musiqi mühiti, çal-çağır məclisləri, xüsusilə Qarabağ el şənlikləri və konsertlərə dəvət olunan görkəmli xalq sənətkarlarından Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Bülbül, Malbəyli Həmid, Xan Şuşinski, Qurban Pirimov, Məşədi Cəmil Əmirov və başqalarının çıxışları musiqiyə sonsuz marağı olan balaca Qəmbərə böyük təsir göstərirdi. O dövrdə Gəncədə tez-tez aşıq musiqisi gecələri də təşkil olunurdu. Aşıq İslam Yusifov, Aşıq Əsəd, Bozalqanlı Hüseyn, Aşıq Nağı, Teymur Hüseynov, Aşıq Qədir və başqalarının sazlı-sözlü dünyası balaca Qəmbərin musiqi sənətinə olan marağını daha da artırırdı.
1927-ci ildə orta məktəbdə oxuya-oxuya Gəncə orta ixtisas musiqi məktəbinin tar sinfinə qəbul olunur. 1929-cu ildə isə Gəncə pedaqoji texnikumuna daxil olur. Təhsil illərini sonralar Azərbaycanın böyük bəstəkarı olan Fikrət Əmirov və tarzən Zərif Qayıbovla birgə addımlayırdı. "Rast"ı, "Şur"u, "Zabul segahı"nı və başqa muğamları tarda məharətlə ifa edən gənc və istedadlı Qəmbər Hüseynli hələ tələbə ikən aşıq və el havalarını toplayıb nota alırdı.
1927-ci ildə orta məktəbdə oxuya-oxuya Gəncə orta ixtisas musiqi məktəbinin tar sinfinə qəbul olunur. 1929-cu ildə isə Gəncə pedaqoji texnikumuna daxil olur. Təhsil illərini sonralar Azərbaycanın böyük bəstəkarı olan Fikrət Əmirov və tarzən Zərif Qayıbovla birgə addımlayırdı. "Rast"ı, "Şur"u, "Zabul segahı"nı və başqa muğamları tarda məharətlə ifa edən gənc və istedadlı Q.Hüseynli hələ tələbə ikən aşıq və el havalarını toplayıb nota alırdı.
1934-cü ildə texnikumun tar sinfini fərqlənmə diplomu ilə bitirən Qəmbər Hüseynli pedaqoji kollektivin qərarı ilə təhsilini davam etdirmək üçün Bakıya göndərilir. Ona Bakı Musiqi Texnikumunun violonçel sinfində təhsil almaq təklif olunanda tərəddüd etmədən razılıq verir. İki il müddətində tanınmış musiqi pedaqoqu A.S.Şvartsın violonçel sinfində təhsil alır. Qərb ölkələrində geniş yayılan bu aləti öz fitri istedadı ilə "özününküləşdirməyi" bacarır.
Lakin Qəmbərin musiqi bəstələməyə olan hədsiz marağı onu bir an belə, rahat buraxmır. Bu cəhət o dövrdə texnikumda çalışan görkəmli musiqi pedaqoqlarının da diqqətindən yayınmır. Qəmbəri orta ixtisas məktəbinin bəstəkarlıq şöbəsinə keçirirlər. O, burada Q.Z.Buruşteynin sinfində təhsilini davam etdirir.
Çox keçmir ki, Qəmbərin bəstəkarlıq üçün çox zəruri olan qabiliyyətləri özünü göstərir. O, görkəmli dramaturq Cəfər Cabbarlının sözlərinə "Tellər oynadı" romans-mahnısını bəstələyir. 50 ildən çox bir müddətdə dillərdən düşməyən bu gözəl vokal əsəri ilə gənc Qəmbər istedadlı bir bəstəkar olacağını təsdiqləyir.
1939-cu ildə Qəmbər Hüseynli milli musiqimizin beşiyi olan Şuşanın Musiqi Texnikumuna direktor vəzifəsinə göndərilir. O, burada cəmi bir il çalışsa da, əhəmiyyətli işlər görməyə müvəffəq olur.
Bir il sonra Qəmbər Hüseynlini yenidən Bakıya dəvət edirlər. O, Filarmoniyanın nəzdində fəaliyyət göstərən Azərbaycan Xalq Çalğı Alətləri Orkestrində dirijor köməkçisi vəzifəsində çalışmaqla yanaşı, Üzeyir bəyin tövsiyəsi ilə həmin illərdə yaranan Sazçı Qızlar Ansamblının həm təşkilatçısı, həm də bədii rəhbəri işləyir.
Gənc bəstəkar 1951-ci ildə yenidən A.Zeynallı adına Bakı Orta İxtisas Musiqi məktəbinin bəstəkarlıq şöbəsinə daxil olaraq professor B.İ.Zeydmanın sinfində təhsilini davam etdirir. Üç ildən sonra tanınmış şair Mirmehdi Seyidzadənin librettosu əsasında diplom işi kimi "Qızıl quş" operasını yazaraq, 1954-cü ildə həmin məktəbi müvəffəqiyyətlə bitirir.
Görkəmli bəstəkarın yaradıcılığında mahnı və romans yaradıcılığı mühüm yer tuturdu. O simli kvartet, fortepiano üçün pyeslərin, dram tamaşalarına musiqinin və mahnıların da müəllifidir.
Onun mahnı və romansları lirizm, milli musiqi və poeziya ilə üzvi əlaqəsi, yeni intonasiyaları ilə fərqlənir.
Unudulmaz sənətkarın romans lirikasının zirvəsi sayılan "Ay işığında", "Gecələr uzanaydı", "İlk məhəbbət", "Düşür yadıma", "Gülə-gülə", "Sən-sən" və s. əsərlərindəki zərifliyə heyran qalmamaq mümkün deyil.
Ancaq bəstəkarın mahnı çələngində öz təravəti, xalq təranələri ilə könüllər oxşayan, bütün dünyanı diyar-diyar dolaşan bir sənət incisi - "Cücələrim" də var idi...
Amma...
SON SÖZ YERİNƏ:
Çarli Çaplinin bəxtəvər adlandırdığı "Cücələrim"in müəllifinin son günləri çox ağır olub...
Yaradıcılığı Azərbaycan milli musiqi mədəniyyətinin parlaq guşələrindən birini təşkil edən, mahnı janrına bir sıra yeniliklər gətirən, 300-dən çox sevilən musiqi əsərinin müəllifi olan Qəmbər Hüseynli heç də rahat həyat yaşamamış, çəkdiyi əzab-əziyyətlərə, qısqanc və haqsız münasibətlərə tab gətirməyən səhhəti onu ömrünün 45-ci baharında bu dünyasından, sevdiyi peşəsindən ayırmışdır.
Böyük bəstəkar xalqımızın millətsevər övladları Hüseyn Cavidi, Əhməd Cavadı, M.Müşfiqi... müdafiə etdiyinə görə həbsxana küncünə atılır. Bu "cinayət"ə görə repressiya qurbanına çevrilən Qəmbər Hüseynli həbsxanada da çalıb-oxuyanları ətrafına toplamış, hətta özü tar da düzəldibmiş.
Həbsdən qayıtdıqdan sonra bəstəkar ailəsi ilə birlikdə Bakıda zirzəmini xatırladan yarıqaranlıq mənzildə yaşamalı olur. Lakin bir gün də olsa, yaradıcılığından qalmır. Sanki Tanrının ona verdiyi ömrün çox qısa olduğunu bilirmiş deyə, hər şeyə tələsir, gecə-gündüz çalışırmış. Sonralar Qəmbər Hüseynliyə təzə mənzil versələr də, həbsxana həyatı, neçə illər yaşadığı rütubətli ev "xalq düşmənləri"ni müdafiə etdiyinə görə aldığı tənələr, zərbələr öz işini görmüşdü. Ağır xəstəlik onu 44-45-də yaxalayır və çox keçmədən - 1961-ci il iyulun 31-də 45 yaşında əbədi olaraq gözlərini yumur.
Təzə mənzilində heç iki il də yaşaya bilmir...
Qəmbər Hüseynli Gəncə şəhərində dəfn olunub.

Böyük bəstəkar qısa həyat sürdü.Lakin onun misilsiz musiqi əsərləri, bəstələdiyi mahnılar və xalqımızın beşik nəğməsinə, laylasına çevrilən "Cücələrim" 70 ildən çoxdur ki, yaşayır və heç şübhəsiz, hələ çox belə onilliklər də nəinki xalqımızın, dünyanın bütün uşaqlarının sevimli nəğməsi kimi səslənəcək. Hər səsləndikcə də müəllifini, onun uca adını yaşadacaq...
Mia.az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Pakistandan Husilərə sərt xəbərdarlıq: "Müqəddəs məkanlarımızı qorumaq bizim vəzifəmizdir"
Bugün, 01:12 GÜNDƏM
-
"Beşiktaş" Avropa Liqasının ilk oyununa qələbə ilə başladı
Bugün, 00:58 İDMAN
-
Kadir İnanırın vəsiyyətnaməsinin oxunması təxirə salındı - 28 iddiaçı var
Bugün, 00:15 MƏDƏNİYYƏT
-
CHP üzvü istefa verdi, daha sonra isə... - FOTO
Bugün, 00:05 SİYASƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 CƏMİYYƏT
-
VI turun hakim təyinatları açıqlanıb
17.09.2026, 23:22 İDMAN
-
Ermənilərin Qarabağ və Şərqi Zəngəzura səfər edən diplomatlara hücumu... - Aynurə Məhəmmədova yazır
17.09.2026, 21:02 SİYASƏT
-
Əli Nağıyev Qazaxıstanda: "Mlli təhlükəsizliyin etibarlı təmin edilməsi və..."
17.09.2026, 19:37 SİYASƏT
-
Karyera dəyişikliyi, yeni layihə və... - Bu bürc sahiblərinə yeni şans doğacaq?
17.09.2026, 19:19 CƏMİYYƏT
-
Səməd Səmədovu bu sözlərlə yad etdi
17.09.2026, 19:11 GÜNDƏM
-
Təhsil ekspertinə hökm oxunub
17.09.2026, 18:54 KRİMİNAL
-
Çəkələklə döyüşən savaşçılar super gücü dizə gətirdi - ABŞ və Husilər Omanda gizli razılaşmaya getdi, "Reuters" iddianı azı 5 mənbədən dəqqiqləşdirib!
17.09.2026, 18:03 GÜNDƏM
-
Belçikada Qərbi Nil Virusuna yoluxma sayı artıb
17.09.2026, 17:31 DÜNYA
-
Prezident İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda - FOTOLAR (YENİLƏNİB)
17.09.2026, 17:24 GÜNDƏM
-
Türkiyə Milli Kəşfiyyat İdarəsinin rəhbəri Pakistanda görüşlər keçirib
17.09.2026, 17:18 DÜNYA
-
Ceyhun Bayramov Casurbek Çoriyevlə müzakirə aparıb
17.09.2026, 17:09 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
17.09.2026, 17:00 İQTİSADİYYAT
-
Türk idmançılara viza verilmədi - Komanda yarışdan imtina etdi
17.09.2026, 16:36 İDMAN
-
49 DSK-nin tərkibi dəyişir: "Çalışmışıq ki, layiqli şəxslərin namizədliyi irəli sürülsün"
17.09.2026, 16:21 SİYASƏT
-
Lerikdə zəlzələ oldu
17.09.2026, 16:12 GÜNDƏM
-
Xankəndi şəhəri ilə qardaşlaşma prosedurunu başlayan ilk Avropa şəhəri: Rumıniyanın Baia Mare şəhəri + FOTOLAR
17.09.2026, 16:04 SİYASƏT
-
Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbərləri bir arada: mühüm mesajlar verildi - FOTOLAR (FOTOLAR)
17.09.2026, 16:00 GÜNDƏM
-
Prezident AAK sədri barədə sərəncam imzaladı
17.09.2026, 15:43 GÜNDƏM
-
Paşinyan mətbuat konfransında Moskvaya belə mesaj verdi: "Bizə sizin hərbi baza lazım deyil, əgər onu çıxarmaq istəyirsinizsə..."
17.09.2026, 15:25 GÜNDƏM
-
Yurgen Klopp "Qalatasaray"ın oyunçusunu yığmaya çağırmadı
17.09.2026, 15:14 İDMAN
-
Şəmkirdə 13 il əvvəl törədilmiş qətl: şübhəli şəxs saxlanılıb
17.09.2026, 14:57 KRİMİNAL
-
"Sultana"filminin təqdimatında qalmaqal - Aktrisaların bir-birlərinə replikası gündəm oldu
17.09.2026, 14:19 MƏDƏNİYYƏT
-
Konsertdə müğənniyə qarşı əxlaqsızlıq... - Demet Akalının cangüdənlərinə səsləndi: "Alın bu əxlaqsızı..."
17.09.2026, 14:14 ŞOU-BİZNES
-
Milli Məclisdə vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
17.09.2026, 13:59 CƏMİYYƏT
-
Bakıda tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər" mövzusunda konfrans keçirilib (Yenilənib)
17.09.2026, 13:56 MƏDƏNİYYƏT
-
Noyabr ayı üzrə qeyri-iş günləri bəli olub
17.09.2026, 13:54 CƏMİYYƏT
-
İlham Əliyev: "Ətrafımızda müharibələr gedir, bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür"
17.09.2026, 13:20 GÜNDƏM
-
Pərviz Şahbazov: "BP ilə enerji tərəfdaşlığımızın yeni layihələrlə genişləndirilməsi, təmiz enerjiyə keçid..."
17.09.2026, 13:13 İQTİSADİYYAT
-
Tarixi proses başlayır - Ramiz Mehdiyev Ramiz Mehdiyev məhkəməyə müraciət edib, deyib ki...
17.09.2026, 13:01 SİYASƏT