Kəmaləddin Heydərovun oğlu, Misir Mərdanovun qızı... - Onlar dövlətdən niyə yardım alıb? + SƏNƏD
30-07-2020 [12:14]
Bildiyimiz kimi, koronavirus (COVID-19) pandemiyasının mənfi təsirlərini azaltmaq məqsədilə Nazirlər Kabineti tərəfindən 4 aprel 2020-ci il tarixində Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planının icrası çərçivəsində sahibkarlara da dövlət tərəfindən maliyyə dəstəyi göstərilib.
Dövlət büdcəsindən maliyyə yardımı alan sahibkarlar arasında indiki və sabiq məmurların ailə üzvləri də var.
Pandemiyaya görə dövlətdən maliyyə yardımı alan sahibkarlardan biri sabiq Təhsil naziri Misir Mərdanovun qızı Samirə Mərdanovadır.
Samirə Mərdanovanın sahibi olduğu “Bakı Beynəlxalq Təhsil Kompleksi” və “Göyərçin” uşaq bağçası da muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində dövlətdən maliyyə yardımı alıblar. Qeyd edək ki, 2018-ci ildən fəaliyyət göstərən “Bakı Beynəlxalq Təhsil Kompleksi”ndə illik təhsil haqqı 6 000 – 8 000 manat arasında dəyişir. Məktəblə bağlı maraqlı məqamlardan biri odur ki, “Bakı Beynəlxalq Təhsil Kompleksi” MMC rəsmi dövlət qeydiyyatına alınmazdan əvvəl məktəbə şagir qəbulu elan edib. Üstəlik “Bakı Beynəlxalq Təhsil Kompleksi” MMC-nin binasının istismarına 26.07.2019-cu il tarixində rəsmi icazə verilib. Amma görünən odur ki, məktəb binanın istismara verilməsindən 2 il əvvəl fəaliyyətə başlayıb.
Dövlət büdcəsindən maliyyə yardımı alan sahibkarlardan biri də Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevadır. Sona Vəliyevanın rəsmi və qeyri-rəsmi sahibi olduğu onlarla şirkət muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində dövlətdən maliyyə yardımı alıb. Bu şirkətlər arasında Sona Vəliyevanın təsisçisi olduğu “Kaspi Qəzeti” də yer alıb. Bundan başqa maliyyə yardımı alan şirkətlər arasında “Kaspi Kursları”, “Kaspi Liseyi”, “Kaspi Tur” kimi şirkətləri də var.
İllik təhsil haqqının 12 000 -15 500 manat arasında dəyişdiyi “Avropa Azərbaycan Məktəbi” də dövlətdən yardım alan müəssisələr arasında yer alıb. Pandemiyaya görə dövlətdən maliyyə yardımı alan bu məktəb Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərova məxsusdur.
Dövlətdən maliyyə yardımı alanlar arasında sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun da ailə üzvləri var. İllik təhsil haqqının orta hesabla 5000 manat olduğu “Qərb Universiteti Tam Orta Məktəbi” də pandemiyaya görə dövlətdən maliyyə yardımı alıb. Bu məktəb Hüseynqulu Bağırovun həyat yoldaşı Liana Bağırovanın adına rəsmiləşdirilib./Yeniavaz.com
Ebru Gündeşin keçmiş əri sərbəst buraxılıb (Yenilənib)
Rusiyada İslam Bankı yaradılır - Duma üzvündən açıqlama
"Azərbaycanla Türkiyə iki bədəndə bir candır”– Tənzilə Rüstəmxanlı ilə VİDEOMÜSAHİBƏ
Ərəblər "Fənərbağça"nın hücumçusunu satın alır - Danışıqlar başlayıb
Məşhur müğənninin villası satışa çıxarıldı - 5.2 milyona + FOTOLAR
Sahil Babayev Regional Maliyyə İdarəsinə rəis təyin edib
Arda Turan "Fənərbağça"nın oyunçusunu istəyir
"Arsenal" gənc müdafiəçi Darli Bakola ilə maraqlanır
"Qalatasaray" yeni transferlərə hazırlaşır - Siyahıda kimlər var?
Deputatar bu tarixdə toplanır: hansı dəyişiklik müzakirə olunacaq?
Suriyada məsciddə partlayış: 8 nəfər ölüb, yaralılar var
"Axios" Tramp və Zelenskinin görüş yeri və tarixini yazdı
Çin 6-cı nəsil qırıcı təyyarəsi ilə dünyaya qorxu saldı
Ədliyyə Nazirliyi partiyanın müraciətini geri qaytardı
Ruben Vardanyanın məhkəməsi təxirə salınıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Prezident daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Nazir, komitə, xidmət rəisi... - Onların qəbul günləri açıqlandı
"Bakı Metropoliteni" iş saatlarında dəyişiklik edəcək
“Cəhalətdən Cəmiyyətə” - Qadın liderlər yenə bir arada
XİN başçısından Bakıdakı "Rus Evi"nin ləğvi ilə bağlı - Açıqlama
Üç nəfər futboldan uzaqlaşdırılıb
Xətaidə qətl: 31 yaşlı şəxs 45 yaşlı kişini öldürdü
Ceyhun Bayramov: "Sülh prosesində böyük irəliləyiş əldə olunub"
200 000 manatlıq “Porsche Cayenne” sənin ola bilər!
Hakim Rafail Sadıxovun hakimlik fəaliyyətinə xitam verildi
Bu klublar cərimələnib
Gürcüstana səfər edənlərin diqqətinə: mütləq tibbi sığorta alın! - AZAL-dan xəbərdarlıq
ƏLİ BAĞIŞDAN "ALTI VƏ SIFIR"
Ermənistan vətəndaşları məhkəmədə: Davit İşxanyan son söz deyir
“ASAN Xidmət”də əlbəyaxa dava düşüb
Məhkəmə sədri vəfat edib
Milli Məclisin növbəti iclasının vaxtı bəlli olub
“İstanbul Klinika” cərimələndi
"Patent haqqında" qanuna çoxsaylı dəyişikliklər edilib - Detallar
Sergey Narışkin Azərbaycan prezidentini təbrik edib - MƏTN
Türkiyədə klub tam başsız qaldı - Vitse-prezident də tutuldu
Sabah hava necə olacaq? - Proqnoz
"Azercell" "Kinon" tətbiqinin funksionallığını genişləndirir
QARABAĞA KÖÇ DAVAM EDİR
MİT terrora hazırlaşan İŞİD-çini qandalladı
Əli Əsədov qərar imzalayıb