Rövşən Qəmbərdən mitinq çağırışı

img

24-10-2013 [23:16]


Dünya Azərbaycanlıları Məclisi - DAM Sədri Rövşən Qəmbər yeni müraciət göndərib. MİA-ya daxil olan müraciətdə deyilir: 

"Əziz və Ədalətsevər Dostlar!!! Bugün Müsavat partiyasının qərargahında Milli Şuranın çox dəyərli muzakirələr canlı yayınlanmasını 2 gün əvvəl təklif etmişdik və sağ olsun AzadlıqRadiosu canlı yayımı təşkil etdiyinə görə çox dəyərli Ədalətsevər Təmsilçilərimizin çıxışları 50 milyonluq Azərbaycanlıların yeni İdeyaları Ölkəmizdə Hüquqi Dövlətimizin yaranmasına səbəb olacaqdır!! Cəmil Bəyin çıxışı, məsələn, Şahvələd Çobanoğlunun və Milli Şura iştirakçılarının çıxışları göstərdi ki, 20 illik əliyevlər dövründə ölkəmizdə baç vermiş proseslərə aydınlıq gətirməyə çox böyük ehtiyacımız var!!! Dünya Azərbaycanlıları Məclisi - DAM adından bütün Dünyadakı vətəndaşlarımıza və Azərbaycanın Dostlarına müraciət edirik ki, yaşadıqları Məkanlarda bildikləri araşdıra biləcəkləri maraqlı, vacib, dəyərli Faktları araşdıraraq təkliflərini internet şəbəkələrində toparlanmasını arzu edirik! Son 20 ildə Almaniya geri qalmış ölkələrin inkişafına yardım adıyla 500 milyon avrodan çox pulu Azərbaycana serf edib! Almaniyanın İnkişafa Yardım və İqtisadi İşbirliyi Federal Nazirliyi - almanca abriviaturası BMZ adlı nazirliyin qarşısında mitinq edərək yarım milyard avronun hansı inkişafa səbəb olduğunu izah etmələrini istəməliyik!! Milli Şuraya da yarım milyard avronun son 20 ildə Azərbaycan vətəndaşlarının hansı problemlərinin həllinə səbəb olduğunu araşdırmaları üçün müraciət edirəm!!! Bakıda 27 Oktyabrda "Məhsul" stadionunda daha Məhsuldar Mitinq iştirakçıların sayına görə deyil, səsləndirilən Problemlərin həllinə aid Təkliflərin böyüklüyü ilə yadda qalsın və mitinq edərkən Almaniya xalqından verilən yarım milyard avronun hansı inkişafa səbəb olduğunu izah etmələrini istəməliyik!!! Digər inkişaf etmiş ölkələrin də Azərbaycan adına son 20 ildə sərf etdiyi vəsaitlərin təxminən milyard avroluq imkanlar Xalqımızın hansı sosial qruplarının inkişafına səbəb olmasına da Milli Şuranın aydınlıq gətirə biləcəklərinə inanıram!!! 

Rövşən Yunisoğlu Qəmbər Dünya Azərbaycanlıları Məclisi - DAM Sədri 24 Oktyabr, Almaniya

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA