Əli Kərimlinin qərargahı geri alınır

img

22-10-2013 [17:20]


AXCP-nin qərargah üçün icarəyə götürdüyü mülkün sahibinə təzyiqlər başlayıb. Bu barədə Modern.az saytına AXCP sədrinin müavini Fuad Qəhrəmanlı məlumat verib.
"Bizdə olan məlumata görə hakimiyyət həmin mülkün sahibinə təzyiqlər edir ki, qərargahı AXCP-dən geri alsın”-deyə partiya funksioneri bildirib.

Xatırladaq ki, AXCP yeddi il qərargahsız fəaliyyət göstərsə də, 2013-cü ilin oktyabr ayının əvvəlində bu problemi həll edə bilib. Partiya Açıq Cəmiyyət Partiyasının (ACP) Təbriz küçəsində yerləşən əvvəlki qərargahını icarəyə götürüb. AXCP rəhbərliyinin bu binanın icarə haqqı üçün hər ay 2500 manat ödəyəcəyi qeyd olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA