24-10-2013 [15:59]
Virtualaz.org saytı Ukrayna mətbuatına istinadən xəbər verir ki, ələ keçirilən sənədlər arasında Ukraynanın Bakıdakı səfirliyinin və şəxsən səfir Aleksandr Mişenkonun sənədləri də yer alır. Sənədlərin bir hissəsi artıq internetdə yayılıb. Orada Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) agentlərindən, nazirlərdən və deputatlardan, Birləşmiş Ərəb Əmirliklərindən və Azərbaycandan olan biznesmenlərdən, Ukrayna ilə Azərbaycan arasında neft-qaz danışıqlarından, Azərbaycan üzərindən daşınan hərbi yüklərdən və s. söhbət gedir.
Hakerlər bildirirlər ki, onlar Ukrayna XİN-in daxili kompüter şəbəkəsinə bu ölkənin "EuroTraceTelcom” telekommunikasiya şirkətinin kompüter şəbəkəsi üzərindən daxil olublar. Belə şirkətin mövcudluğu haqda indiyədək heç ukraynalıların da eşitmədiyi bildirilir.
Ələ keçirilən sənədlərin əksəriyyəti Ukraynanın Azərbaycandakı səfirinin fəaliyyəti barədədir. Hakerlər Azərbaycan-Ukrayna münasibətlərinin qaranlıq tərəflərini araşdırmağa çalışır. Onlar bildirir ki, Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkonun Azərbaycanla əlaqələrini, qaz və neft ticarətini üzə çıxarmağa cəhd edirlər.
Ələ keçirilmiş sənədlərdən bir hissəsi http://imgur.com saytında yerləşdirilib. Lakin sənədlərin sayı minlərlərdir və hakerlər onları hissə-hissə yayacaqlarını elan ediblər.
Hakerlərin bildirdiyinə görə, Azərbaycanın Dövlət Neft Şirkətinin (ARDNŞ) Y.Timoşenko ilə bağlı "bir çox maraqlı işləri” var və Ukrayna səfirliyi bu işləri gizli saxlamağa çalışır.
"Ona görə də biz səfirliyi bir balaca silkələyirik ki, bu sirlər üzə çıxsın” - deyə hakerlər bildirir.
Sənədlərin birində Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ukraynanın "Naftoqaz” şirkətinin prezidentini sutkanın 24 saatı nəzarətdə saxlamasından bəhs olunur. Birləşmiş Ərəb Əmirliklərinin "ARJ Holding” şirkətinin vitse-prezidenti, Dubay əmiri Muhamməd əl-Məktumun yaxın biznes tərəfdaşı Muhammed Cuma Rusiyanın "LUKoil” neft şirkətinin prezidenti Vahid Ələkbərova yazdığı məktubunda bu ərəb ölkəsinin Ukrayna və "Naftoqaz” şirkəti ilə əməkdaşlığın gələcək perspektivlərindən narahatlıq ifadə olunur.
Bu narahatlığın səbəbi prezident Vladimir Putinin iştirakı ilə təsis olunmuş Rusiya Sənaye-İnvestisiya Fondunun prezidenti Aleksandr Baqnyukun məxfi müraciətidir. Həmin müraciətdə A.Baqnyuk "Naftoqaz”ın indiki rəhbəri Yevgeni Bakulinin "psixi baxımdan qeyri-sağlam və qeyri-adekvat” adam olduğunu göstərir. Bu keyfiyyətlərinə görə Rusiya FTX-sı onu nəzarət altında saxlayır.
Sənədlər arasında Ukrayna Sənaye və Energetika Nazirliyinin Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevə bu ilin may ayında göndərdiyi məktub da yer alır. Həmin məktubda Azərbaycanın Ukrayna neftayırma zavodlarına xam neft təchizatı və bu ölkə üzərindən Avropaya neft nəqli planları ilə bağlı aparılmış danışıqlardan bəhs olunur.
Digər sənəd Ukrayna Ali Radasının deputatı, bu ölkənin AŞ PA-dakı nümayəndə heyətinin üzvü Stoyan Mixayloviçin bu ilin iyun ayında Bakıya səfəri ilə bağlı Ukrayna səfirliyinə göndərilib.
Sənədlərdən digəri Ukrayna prezidenti Viktor Yanukoviçin bu ilin iyun ayında Türkmənistana səfəri zamanı onun təyyarəsinin uçuş marşrutu, aeroporta enmə və qalxma vaxtı, bort nömrəsi və digər uçuş göstəriciləri barədə Bakıdakı səfirliyə göndərilmiş teleqramdır.
Qeyd edək ki, açıqlanmış sənədlər arasında hələlik yüksək məxfilik qrifi daşıyan sənədlər yoxdur.
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkı yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR