"Azərbaycan diplomatik nümayəndəliklərinə qarşı vandalizm aktları cəhdləri olur" - XİN rəsmisi
21-07-2020 [11:29]
“Xarici İşlər Nazirliyi (XİN) tərəfindən ilk olaraq 12 iyul tarixində Tovuz istiqamətində baş verən hadisə ilə bağlı bəyanat səsləndirildi”.
Bunu bu gün mətbuat konfransında XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.
O bildirib ki, Ermənistanın əməli hərbi təcavüz və terror aktıdır: “12 iyul tarixində Ermənistan silahlı qüvvələrinin başladığı təxribatla bağlı beynəlxalq ictimaiyyətin reaksiyasına diqqət ayırmaq istərdim. Beynəlxalq ictimaiyyət - Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, GUAM Ermənistanın hərbi təxribatını qəti şəkildə qınadı. 14 iyul tarixində Türk Şurasının Baş katibi Ermənistanın Azərbaycanın mülki obyektlərini atəşə tutmasını qətiyyətlə pisləyib. Baş katib Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dair Türk Şurasının məlum mövqeyini bir daha təsdiq edib. İslam Əməkdaşlıq Təşkilatının Baş Katibliyi də bəyanatla çıxış edib, Azərbaycana dəstək ifadə olunub, Ermənistanın təxribat cəhdi pislənilib”.
XİN rəsmisinin sözlərinə görə, Qoşulmama Hərəkatı iyulun 18-də qəbul etdiyi kommunikedə baş verən təxribatı qətiyyətlə pisləyib: “Qoşulmama Hərəkatına üzv dövlətlər Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyünə dəstəklərini ifadə ediblər”.
L.Abdullayeva qeyd edib ki, beynəlxalq təşkilatlarla bərabər ayrı-ayrı dövlətlər də Ermənistanın təxribatını pisləyib: “Son günlər Azərbaycan diplomatik nümayəndəliklərinə qarşı vandalizm aktları cəhdləri olur, aksiyalar keçirməyə çalışırlar. Azərbaycanlılar tərəfindən həmin ölkələrdə Ermənistanın bu cəhdlərinə qarşı cavab aksiyaları təşkil olunur. Erməni radikal təşkilatlarının bu hərəkətlərinə aksiyalarla cavab verilir. Dövlət başçısının birbaşa rəhbərliyi altında diplomatik nümayəndəliklərimiz tərəfindən Ermənistanın təcavüz siyasətinin nəticələri barədə məlumatlandırma işləri davam etdirilir”.
APA
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur