Prezidentin köməkçisi “France24”ə danışdı: "Ermənistanın Tovuza hücumunun məqsədlər var"
22-07-2020 [18:02]
Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Fransanın “France24” televiziya kanalına müsahibə verib.
Mia.az-in məlumatına görə, verilişdə Hikmət Hacıyev Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz törətdiyini, 30 ilə yaxın müddətdə Azərbaycan ərazilərini işğal altında saxladığını və Ermənistanın Azərbaycana qarşı başladığı müharibənin davam etdiyini bildirib.
Prezidentin köməkçisi dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş toqquşmanın təsadüfi sərhəd insidenti olmadığını, Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüz siyasətinin tərkibi olduğunu deyib.
H.Hacıyev 2018-ci il Düşənbə görüşündən etibarən Azərbaycanın danışıqlar prosesini irəli aparmaq üçün konstruktiv addımlar atmasına baxmayaraq, Ermənistanın irticaçı xarakter daşıyan hərbi doktrina qəbul etdiyini, Ermənistan müdafiə nazirinin “yeni müharibələr, yeni ərazilər” şüarı ilə çıxış etdiyini, N.Paşinyanın “Qarabağ Ermənistandır” deməklə Azərbaycan ərazilərini anneksiya siyasəti yürütdüyünü xatırladıb.
H.Hacıyev Ermənistanın rasizm və şovinizmə əsaslanan yeni milli təhlükəsizlik strategiyasını qəbul etdiyini vurğulayıb. O, Ermənistanın bu kimi addımlarının Tovuzda baş vermiş yeni təcavüz üçün zəmin yaratdığını deyib.
Hikmət Hacıyev Azərbaycanın Ermənistanla sərhəd zonasında hər hansı hərbi məqsədlərini olmadığını, əksinə ölkəmizin həmin ərazidə sabitliyin təmin olunmasında maraqlı olduğunu vurğulayıb.
Ermənistanın bu hücumu törətməklə aşağıdakı məqsədləri güddüyünü deyib:
- Ermənistan bu yolla Ermənistan-Azərbaycan münaqişəsindən diqqəti yayındırmağa və danışıqlar prosesini pozmağa çalışır;
- Ermənistan regionda yeni gərginlik ocağı yaratmağa cəhd göstərir;
- Ermənistan üçüncü tərəfləri və üzv olduğu hərbi-siyasi təşkilatları münaqişəyə cəlb etməyə çalışır;
- Ermənistan kənarda qaldığı Şərq-Qərb dəhlizi və Azərbaycanın neft-qaz kəmərlərinə təhlükə yaratmağa səy göstərir;
- Ermənistan eyni zamanda gərginlik yaratmaqla ölkədaxili ciddi sosial-iqtisadi problemlərdən diqqəti yayındırmağa çalışır.
Prezidentin köməkçisi Ermənistanın Azərbaycanın mülki obyektlərini hədəfə aldığını və bir mülki şəxsin həlak olduğunu, Ermənistanın hərbi dairələrinin Azərbaycanı və ölkəmizin neft-qaz infrastrukturunu İskander raketləri ilə hədələdiyini diqqətə çatdırıb.
ATƏT-in Minsk Qrupunun həmsədlərinin fəaliyyətinə toxunan H.Hacıyev danışıqların mahiyyətli olmalı olduğunu, həmsədrlərin BMT Təhlükəsizlik Şurasının qətnamələrindən irəli gələn mandatlarını yerinə yetirməli və Azərbaycan ərazilərinin işğaldan azad edilməsi istiqamətində fəaliyyət göstərməli olduqlarını bildirib.
O, Ermənistanın saxtalaşdırılmış tarixin girovu olduğunu qeyd edərək Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğunun hər zaman yeni gərginliyə yol aça biləcəyini vurğulayıb, qoşunların təmas xəttindəki vəziyyətin Birinci Dünya Müharibəsində Fransa və Almaniya arasında olan səngər müharibəsinə bənzədiyini deyib.
H.Hacıyev XXI əsrdə işğalın və güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu vurğulayıb və Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmalı olduğunu bildirib.
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur