Rusiyadakı Azərbaycan diaspor təşkilatları BMT və ATƏT-in Minsk Qrupuna müraciət ünvanlayıb
19-07-2020 [12:47]
İşğalçı Ermənistanın ölkəmizin dövlət sərhəddində törətdiyi son hərbi təxribatlara etiraz əlaməti olaraq Rusiyanın bir sıra regionlarında fəaliyyət göstərən diaspor təşkilatları BMT-nin mənzil-qərargahına və ATƏT-in Minsk Qrupuna müraciət ünvanlayıblar.
Diasporla İş üzrə Dövlət Komitəsindən Mia.az-a verilən məlumata görə, Rusiya Federasiyasının Sverdlovsk vilayətində fəaliyyət göstərən "Azərbaycan-Ural" milli-mədəni ictimai təşkilatının sədri Şahin Şıxlinski, Rusiya Azərbaycanlı Gənclər Birliyinin Yekaterinburq şəhər təşkilatının sədri Toğrul Həsənzadə, Murmansk vilayətindəki "Azərbaycan mədəni mərkəzi" ictimai təşkilatının sədri Afil Hüseynov və "Rusiya Azərbaycanlılarının Regionlararası Assosiasiyasının" Məşvərət Şurası rəsmi məktublarla BMT-nin mənzil qərargahına və ATƏT-in Minsk qrupuna müraciət ediblər.
Məktubda bildirilib ki, Ermənistanın son hərbi təxribatları regionda stabilliyin pozulmasına növbəti cəhddir.
Məktub müəllifləri Avropa Birliyinin daim tərəfləri atəşkəs rejiminə əməl etməyə, resursları koronavirus pandemiyası ilə mübarizəyə yönəltməyə, eləcə də münaqişənin sülh yolu ilə həllinə çağırışlar etdiyini, Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonların azad olunması ilə bağlı BMT-nin 4 qətnamə qəbul etdiyini xatırladıblar.
Sonda həmvətənlərimiz beynəlxalq təşkilatları və dünya ictimaiyyətini Ermənistanın təcavuzkar siyasətini, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ona bitişik 7 rayonunun Ermənistan tərəfindən işğal olunması faktını pisləməyə, həmin ərazilərin azad olunması və qaçqınların əzəli torpaqlarına dönməsi barədə BMT qətnamələrinin dərhal yerinə yetirilməsini tələb etməyə çağırıb.
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur