Spiker: "Düşmən böyük itkilər verərək geri çəkilməyə məcbur edilib”

img

18-07-2020 [17:54]


“Ermənistan iyulun 12-də dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti təxribat törədib”.

Bunu Milli Məclisin Sədri Sahibə Qafarova deyib.

O bildrib ki, Ermənistanın bu təxribatının qarşısı Azərbaycan Ordusu tərəfindən qətiyyətlə alınıb, düşmənə adekvat cavab verilib: “Döyüşlər zamanı hərbi bölmələrimizin cavab tədbirləri nəticəsində düşmən böyük itkilər verərək geri çəkilməyə məcbur edilib”.

Döyüşlər başladığı andan Azərbaycan xalqının birmənalı olaraq Ali Baş Komandan, Prezident  İlham Əliyevin yanında olduğunu nümayiş etdirdiyini bildirən S.Qafarova vurğulayıb ki, Azərbaycanın qüdrətli ordusu düşmənin bundan sonra da istənilən təxribatının qarşısını almağa hazırdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:50 12.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA