"...Səfər Əbiyev mənə pul verib, lap əcəb edib, sizə nə dəxli var?" - Partiya sədrindən qəzəbli açıqlamalar
22-07-2020 [17:16]
Sabiq müdafiə naziri Səfər Əbiyev Tovuz əməliyyatları barədə bir neçə sayta açıqlama verib. Azərbaycan Ordusunun gücündən və Qarabağı azad etmək qüdrətinin olduğundan danışıb.
Adətən mediadan uzaq dayanan sabiq nazirin saytlara açıqlama verməsi, bunun ardınca isə bəzi siyasətçilərin, məsələn, ADP sədri Sərdar Cəlaloğlunun Xural TV-də, həmçinin Reaksiya TV-də onun haqqında müsbət fikirlər səsləndirməsi sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Bəzi sosial şəbəkə fəalları və bəzi saytlarda “Səfər Əbiyevin fəallaşması nə ilə bağlıdır? Keçmiş nazirin ordudakı adamları ordu daxilində hansısa sabotajlara əl ata bilərmi” kimi suallar verilir, həmçinin Sərdar Cəlaloğlunu Səfər Əbiyevin maliyyələşdirdiyi iddiaları irəli sürülür.
Hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, o, Səfər Əbiyevin fəallaşdığını düşünmür:
“Səfər Əbiyevin Tovuz əməliyyatından sonra ordumuzla bağlı açıqlama verməsinə şəxsən mən müsbət yanaşıram və hesab etmirəm ki, burada hansısa fəallaşma marağı var. Mən həmişə o fikirdə olmuşam ki, yüksək vəzifələrdə xidmət etmiş şəxslər ölkənin taleyüklü günlərində görünməlidirlər, xalqda ruh yüksəkliyi yaratmalıdırlar, xalqın yanında olmalıdırlar. Kimsə bunu edirsə və normal mövqe sərgiləyirsə, başqa istiqamətlərə yozmaq düzgün deyil. Ağır və məsuliyyətli günlərdə adam orduya dəstək verirsə, bu, müsbət qiymətləndirilməlidir.
Digər tərəfdən, indi ordumuz o vəziyyətdə deyil ki, kimsə kənardan gəlib sabotaj eləsin. Səfər Əbiyevin ordudan ayrılmasından 7 il keçir. Bu illər ərzində orduda o qədər kadrlar dəyişib ki, Əbiyevin kadrlarından demək olar yüksək vəzifələrdə qalanlar yoxdur".
ADP sədri Sərdar Cəlaloğlu isə bildirdi ki, adıçəkilən internet TV-lərdə Səfər Əbiyevi tərifləməyib:

“Mən demişəm ki, Səfər Əbiyev milli təfəkkürlü adam idi. Orduda əsgər ölümlərini bəhanə edib ona qarşı xüsusi kampaniya aparılırdı. Demişəm ki, Rusiya Səfər Əbiyevi nazir görmək istəmirdi. Çünki o, Rusiyanın təsirindən çıxmaq tərəfdarı və buna çalışan adam idi. Səfər Əbiyev daha çox NATO ilə, ABŞ-la əlaqələrə, əməkdaşlığa üstünlük verirdi. Onun ABŞ-la münasibətlərini pozmaq üçün onu məcbur ediblər ki, ABŞ səfiri ilə görüşdə səfirin səsini yazsın.
Beləliklə, Səfər Əbiyev Amerikadan müdafiədən məhrum olandan sonra ona qarşı guya əsgər ölümlərinə etiraz aksiyasını Bakının mərkəzində təşkil etdilər və onun vəzifədən kənarlaşdırılmasına nail oldular. Mən həmin internet TV-lərə bunları demişəm və üstündə də qalıram. Bizim ordunun problemləri adətən ondan qaynaqlanıb ki, müdafiə nazirləri, ordunun başında dayanan bir sıra şəxslər Rusiyanın təsiri altında olub. Necə ki, Türkiyədə FETO hərbidə kök saldığı üçün Türkiyə son illərə qədər PKK-ya, xarici düşmənə qarşı kəskin, səmərəli mübarizə apara bilmirdi, əməliyyatlar çox vaxt uğurla nəticələnmirdi. Uğurlarımız aprel savaşında və Tovuz döyüşündə olub.
Lakin bilirsiniz ki, aprel savaşında da ordumuza qarşı xəyanət olmuşdu. Hətta hökumət özü vətənə xəyanət ittihamı ilə cinayət işi qaldırmışdı və xeyli sayda zabitlər həbs olunmuşdu. Suallar, faktlar, şübhələr çoxludur. Mən bunları demişəmsə, məgər Səfər Əbiyevi müdafiə etmiş sayılıram?
Mən Azərbaycan xalqının Nəcməddin Sadıkov barəsində uşaqdan böyüyə illərdir dilində əzbərə çevrilmiş fikri səsləndirmişəm. Demişəm ki, Rusiyaya bağlı adamlar ordudan kənarlaşdırılmayınca biz istədiyimiz uğurlu nəticələrə nail ola bilməyəcəyik və itkilərimiz olacaq.
Mən bunları dilə gətirirəmsə, Səfər Əbiyevin adamı oluram?! İndi mənim dediklərimə tutarlı cavab tapa bilmədikləri üçün başlayıblar məni Səfər Əbiyevin adamı çıxarmağa, ”Sərdar Cəlaloğlunu Səfər Əbiyev maliyyələşdirir" uydurmasını ortaya atmağa. Əvvəla, mənim Səfər Əbiyevlə heç bir əlaqəm yoxdur.
Səfər Əbiyevlə ömrümdə cəmi bir dəfə Eldar Sabiroğlunun anasının yasında qarşılaşmışam və bir-iki saniyəlik salam-əleyküm olub. İkincisi, lap fərz edək ki, Səfər Əbiyevdən pul alıram, adama deyərlər Səfər Əbiyev mənə pul verib lap əcəb edib, sizə nə dəxli var, siz zəhmət çəkin mənim qaldırdığım suallara, verdiyim açıqlamalara cavab verin.
Mən sual edirəm ki, 27 ildir neçə dəfə nazir dəyişdiyi halda, baş qərargah rəisi niyə dəyişdirilmir, hansı uğurları olub ki, dəyişdirilmir? Bu suallara cavab versinlər. Mənim kimdənsə pul aldığımı uydurub məsələni başqa səmtə yönəltməsinlər". /Azpolitika.info
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur